Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Yol polisində nömrə biznesini idarə edən polkovnik işdən çıxarıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, avqustun 12-də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

“Yeni Sabah” xatırladır ki, M. Rəhimov yol polisində nömrə biznesini idarə edən şəxs hesab olunur. Bu vaxta qədər onunla bağlı mediada onlarla neqativ xəbərlərə rast gəlmək mümkündür. Onun bu biznes hesabına böyük var-dövlətə sahib olduğu bildirilir.(APA)

Pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar