Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yol polisi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məsələyə aydınlıq gətirib...

İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sözügedən faktla bağlı "Report"a bildirib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb.

Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Komendant saatının ləğvi ilə bağlı açıqlama

loading...

Ən çox oxunanalar