Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı tədbir keçirilib

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir həyata keçirilib

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Belə ki, Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.

Tədbir zamanı Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib və onlara xəbərdarlıq olunub.

Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar