Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Yerusəlim Post”: İrana hücüm ola bilərmi?

Son günlər İsrailin və ABŞ-ın İrana hücum etməyi planlaşdırdığı haqda müxtəlif fərziyyələr dolaşır. Novator.az saytı bununla əlaqədar İsrailin “Yerusəlim Post” qəzetində dərc olunmuş “İsrail və Amerika İrana hücum etməyi planlaşdırırmı?” başlıqlı məqaləni ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Məqalənin müəllifi “Yerusəlim Post”un baş redaktoru Yaakov Katsdır. Amerika əsilli İsrail jurnalisti və analitiki olan Yaakov Kats “Yerusəlim Post”da baş redaktor postunu 2016-cı ildən tutur. O vaxta qədər isə 10 il ərzində qəzetdə hərbi reportyor və müdafiə məsələləri üzrə analitik kimi çalışıb.

Yaakov Kats “İsrail İrana qarşı: kölgələrin müharibəsi”, “Silah ustaları” kitablarının həmmüəlifi, “Kölgə zərbəsi: İsrailin Suriyanın nüvə energetikasının məhvi üzrə məxfi missiyası” kitabının müəllifidir.

2008-ci ildə ABŞ-da prezident seçkisinin nəticəsi bəlli olanda bəzi İsrail rəsmiləri inanırdılar ki, Corc Buş Ağ evi Barak Obamaya təhvil verənədək İranın nüvə obyektləri məsələsini həll edəcək. Onlar yanılmışdılar. İranın nüvə təsisatları nəinki yerindədir, həm də daha güclü və daha böyükdür.

Spekulyasiya olsa da, yenə qeyd edilir ki, prezidentliyinin son həftələrində Donald Tramp ya Amerika ordusunu İrana qarşı hərbi əməliyyata qaldıracaq, ya da bunu İsrailin etməsi üçün yaşıl işıq yandıracaq, hətta İsrailə yardım edəcək.

Bu spekulyasiyaya əslində bir neçə səbəb var. Birincisi, keçən həftə Mark Esperin müdafiə naziri vəzifəsindən qovulması, onun və Pentaqonun digər yüksək rütbəli şəxslərinin Tramp ideologiyalı şəxslərlə əvəzlənməsidir. ABŞ-ın bəzi KİV-ləri xəbər verir ki, Tramp Esperi mübahisəli hərbi planları daha asan həyata keçirə bilmək üçün işdən çıxarıb.

Bundan başqa, İran üzrə artıq bir çox işin koordinasiyalı şəkildə aparıldığı şübhəsizdir. Amerika administrasiyanın İran üzrə əsas elçisi Elliott Abrams bu həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gəlib. ABŞ-ın dövlət katibi Mayk Pompeo danışıqları davam etdirmək məqsədilə gələn həftə üç gün İsraildə olacaq. Noyabrın 12-si gecə isə İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Aviv Koçavi amerikalı həmkarı, Birləşmiş Qərargah Rəsiləri Komitəsinin rəhbəri ordu generalı Mark Mille ilə video görüş keçirib.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Makmaster noyabrın 11-də “Fox News”a müsahibəsində deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin İran siyasətindən ehtiyatlanan İsrail, çox güman, Tramp hələ vəzifədəykən İrana hücum edəcək.

İsraillə İranı daima izləyən təcrübəli şəxslərə bu bəlkə də 2008 və 2012-ci illərdəki vəziyyəti xatırladacaq. O zamanlar belə bir təəssürat vardı ki, İsrail bu gün-sabah İrana hücuma keçəcək.

Nazirlər sonradan təsdiqləmişdilər ki, həqiqətən 2012-ci ildə Netanyahu hücuma keçmək istəyib, amma baş nazir kabinetdən lazımi dəstəyi ala bilməyib, ona görə ordu da axırda məcbur qalıb bu işdən əl çəkməli olub.

İndiki spekulyasiyalar fonunda bütün bunları yada salmaq çox vacibdir. Əslində hər şey ola bilər, xüsusilə də Tramp kimi adam varsa, amma hazırda təcili hücuma bir zərurət görünmür.

Eyni zamanda Müdafiə Ordusunun davranışında müharibəyə hər hansı işarə – şimal bölgəsində qüvvələrin gücləndirilməsi və ya ön cəbhənin raket hücumuna hazırlanması kimi bir hərəkətlilik yoxdur. Digər tərəfdən, biz hücumqabağı əlamətlərə mütləq bir şərt kimi də baxmamalıyıq. 2007-ci ildə İsrail Suriyada nüvə reaktorunu bombaladı, onda nəinki ölkədə, hətta orduda da buna hazırlıq getdiyini demək olar heç kim bilmirdi.

Vəziyyətin təcili tədbirlər tələb edib-etmədiyinə gəlincə, Beynəlxalq Atom Enerjisi Agentliyi bu həftə İranın uran ehtiyatının artdığına dair hesabatını açıqlayıb. Hesabat narahatlıq doğursa da, Tehran hələ atom bombası düzəltmək nöqtəsində deyil, çünki zənginləşdirilmiş uranın miqdarı o həcmə çatmayıb. Çatsaydı, gözümüzü saatlarımıza dikib mütləq bir bombalamanın olacağını gözləyə bilərdik. Amma vəziyyət o həddə çatmayıbsa, ortada bizim bilmədiyimiz hansısa bir gizli kəşfiyyat məlumatı yoxdursa, onda hücuma təcilli əsas da yoxdur.

Nəzərə alın ki, İsrailin İrana zərbəsi son dərəcə mürəkkəb məsələdir və ordu bu məsələyə həmişə son zərurət halı kimi yanaşır. Hazırda isə təhlükə hərbi müdaxiləni zəruri edə biləcək bir həddə yetişməyib.

Siyasətə gəlincə, Netanyahu bir-iki həftəyə başlayacaq yeni seçki kampaniyası ərəfəsində kifayət qədər problem yaşayır. Koronavirusun yaratdığı böhranı cilovlamaq cəhdləri onu çox zəiflədib. Onun reytinqi aşağı düşür. İsrailin hər tərəfinə minlərlə raket yağdıra biləcək bir müharibənin çətin ki, ona bir köməyi dəysin.

Ancaq orası da var ki, Tramp və Netanyahu kimi liderlər olan yerdə nə desən ola bilər – onların hərəkətini proqnozlaşdırmaq mümkün deyil, belə liderlər gündəmdə və vəzifədə qalmaq üçün çox şeyə gedə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Araik Moskvaya qaçdı - Bakıya təhvil verilə bilər

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...”- İlginc açıqlama

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar