Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanın keçmiş meri Yervand Zaxaryana qarşı cinayət işi açılıb

Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildirilib

"Yerevanın sabiq merinin qanunsuz qərarına görə, Qələbə parkının 10 min kvadrat metrlik torpaq sahəsi mənimsənilib", - deyə məlumatda qeyd olunur.

Belə ki, şəhər merinin 12 mart 2008-ci il tarixli qərarına əsasən, Yerevanın Azatutün prospektində yerləşən, Yerevan baş planına uyğun olaraq ictimai təyinatlı yaşıl zonaya daxil edilən 10 min kvadrat metrlik torpaq ərazisi Qələbə parkı ərazisindən əsassız və qanunsuz şəkildə ayrılıb.

Qərar Qələbə parkının ərazisinin dəqiqləşdirilməsi bəhanəsilə qəbul olunub. Yeni dərc edilmiş ümumi planda isə bu ərazi yaşıl zonanın bir hissəsi kimi qeyd olunmayıb.

Merin 8 aprel 2008-ci il tarixli digər qərarıyla həmin torpaq sahəsi qanunsuz olaraq satılıb və 164.760.000 drama "Golden Palace Mehmanxanası" şirkətinə verilib. Yəni 1 kvadrat metrə cəmi 16.476 dram (30 dollardan bir az çox) düşüb.

29 may 2015-ci ildə şirkət həmin ərazini Ermənistan banklarının birinə girov qoyaraq 2.800.000 dollar kredit götürüb. Kredit müqaviləsinə daxil edilmiş dəyişikliklər nəticəsində bu məbləğ tədricən 70 dəfə artaraq 12 milyard dramadək qalxıb.

Yuxarıdakı faktlarla əlaqədar Ermənistanın Cinayət məcəlləsinin 308-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) 1-ci hissəsinə uyğun olaraq, cinayət işi başlanılıb.

İstintaq davam edir.

Xatırladaq ki, Yervand Zaxaryan 2003-2009-cu illərdə Ermənistan paytaxtının meri vəzifəsini tutub. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar