Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda yanacaqsız qalan sürücülər aksiya keçirdi

Çərşənbə günü səhər Yerevanda onlarla avtobus və mikroavtobus sürücüsü yanacaq tədarükünün olmamasına görə etiraz aksiyası keçirərək işləməyiblər. Sputnik Ermənistan xəbər verir ki, onların sözlərinə görə, yanacağı CPS şirkəti tədarük etməyə başlayandan sonra çətinliklərlə üz-üzə qalıblar. Sürücülər bildiriblər ki, hər iş gününün sonunda maşınlarına yanacaq doldurduqları halda dünən anbarlarda nə benzin, nə də dizel tapıblar. Bu baxımdan 35, 20, 5, 45, 38, 33, 26, 4 və digər bir sıra marşrut xətləri səhər işə çıxmayıb.

"Dünən yanacaq ala bilmədik. İndi necə işləyə bilərik? Dövlət düşünsün, meriya problemi necə həll edəcəyini düşünsün. Minlərlə soydaşımız nəqliyyatsız qaldı",-deyə sürücülərdən biri bildirib. Onların sözlərinə görə, paytaxt rəhbərliyi onların işləməsini istəmirsə, o zaman sadəcə işləməyəcəklər.

Yerevan bələdiyyə başçısının mətbuat katibi Hakop Karapetyan problemin yanacaq tədarükçülərində olduğunu deyib. O, qeyd edib ki, tədarükçülərlə müzakirələr aparılır və problemlər tamamilə texniki xarakter daşıyır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar