Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Yenilənib, Video

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyaçılar şəhərin mərkəzində yerləşən Maştos prospektini bağlayıblar.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

"Biz ölkəmizin gələcəyindən narahat olan vətəndaşlar kimi bir sıra aksiyalara başlayır, Paşinyanın istefasını tələb edirik", - aksiya iştirakçılarından biri bildirib. Onların hamısı bundan sonra "Satqın Nikol", - deyə qışqırmağa başlayıblar.

Polis Maştos prospektini bağlayan etirazçıların bir neçəsini saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməklə aksiyaçıların ayaqlarından və əllərindən tutaraq onları zorla polis maşınlarına mindiriblər.

“Vəziyyət gərgin olaraq qalmaqda davam edir”, - “News.am” bildirib.

Qeyd edilir ki, Yerevanın polis əməkdaşları etiraz aksiyası zamanı ümumilikdə 33 nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıları sıxışdırmağa çalışıblar.

***

Ermənistanın paytaxtı İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya zamanı saxlanılan olmayıb.

Ümumilikdə Nazirlər Kabineti binası yaxınlığında keçirilən aksiya təxminən iki saat davam edib. Etiraz aksiyasında iştirak edənlərin sayı 50 nəfərədək olub. Aksiya dinc şəkildə keçib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar