Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı "vəzifədən" qovuldu

Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən qovulub.

“Report” “Sputnik Armeniya” istinadən xəbər verir ki, qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan onu “tutduğu vəzifədən” azad edib.

B.Avakyan aprelin 19-da Yerevanda jurnalistlərə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə “vəzifəsi"ni itirib. Belə ki, o, səlahiyyət həddini aşdığı üçün “tutduğu vəzifədən” uzaqlaşdırılıb: “Boris Avakyan Yerevanda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə görə daxili işlər naziri Karen Sarkisyanın əmri ilə işdən çıxarılıb. Avakyanın səsləndirdiyi fikir və iddiaların çoxunu bölüşmürük. Bundan başqa, söylədiklərinin bir qismi həqiqətə uyğun deyil. Uyğunsuz davranışı və vəzifəsindən sui-istifadə etdiyinə görə Boris Avakyan işdən çıxarılıb”.

Xatırladaq ki, B.Avakyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycanla sülh olmayıb və yoxdur. 25 il bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətin müəyyən qismi elə zənn edirdi ki, biz onlarla artıq sülh şəraitindəyik, məsələ həll olunub. Ancaq bu gün sülh yoxdur. Qarşımızda düşmən ovqatında dövlət var. Biz onunla danışıq aparırıq. Hərbi əməliyyatların keçirilməməsi sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi imzalanmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar