Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yerevan bu yaşlı ermənilərə də sahib çıxmır

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir...

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək ErmənistanAzərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb: “Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə birtərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı bir tərəfli qaydada təklif verib. Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - Video

loading...

Ən çox oxunanalar