Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib

Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib. Tədqiqatın nəticələri "Astronomy and Astrophysics" jurnalında dərc edilib.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Bern və Cenevrə universitetləri mütəxəssislərinin rəhbərliyi ilə beynəlxalq astrofizika qrupu Yerdən 120 işıq ili məsafədə yerləşən bürcdəki TOI-1266 qırmızı cırtdan ulduzun yaxınlığında iki ekzoplanet aşkar edib. Kəşf, o cümlədən Meksikada SAINT-EX rəsədxanasından aparılan müşahidələr əsasında əldə olunub.

Alimlərin fikrincə, qırmızı cırtdan obyektlər soyuq ulduz təsiri bağışlayır, buna görə də onların yaxınlığındakı planetlərdə suyun potensial mövcudluğu imkanı ehtimal olunur. Ekzoplanetlə onun ulduzu arasında məsafə birincinin aşkarlanması üçün başlıca amildir. Onlar bir-birinə yaxın olduqca astronomların Yerdən müşahidələr əsasında planeti aşkar etmək şansı da çoxdur.

TOI-1266b və TOI-1266с ekzoplanetlər öz ulduzuna Günəş sistemindəki planetlərlə Günəş arasında olan məsafə baxımından daha yaxındır və ulduzunun ətrafında Yerdəki 11 və 19 sutkaya bərabər müddət ərzində tam dövr edir. Onların ulduzu Günəşdən xeyli soyuqdur, bu halda TOI-1266с-nin temperaturu Venera ilə müqayisə edilə bilər. Lakin TOI-1266с öz ulduzuna Veneranın Günəşə yaxın olmasından yeddi dəfə çox yaxındır.

Hər iki planetin sıxlığı oxşardır. Alimlərin fikrincə, planetlər qaya süxurları və metallar, yarısı isə sudan ibarət ola bilər. Lakin ölçü baxımdan onlar fərqlənir. TOI-1266b-nin diametri Yerin diametrindən, demək olar, iki dəfə böyükdür və beləliklə, "minineptun" sinfinə aid edilir. TOI-1266с isə "superyer" sinfinə aiddir, Yerdən 1,5 dəfədən çox böyükdür. Mütəxəssislər hesab edirlər ki, bir ekzoplanet sistemində müxtəlif siniflərin olması onların qarşılıqlı təsirini öyrənmək üçün böyük imkanlar yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar