Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Yeravanda gün-gündən ağırlaşan sosial-siyasi vəziyyət... - Ermənistan hara gedir?

Bu gedişlə Paşinyan təzyiqlərə davam gətirə biləcək, yoxsa hanısa qüvvələrin hesabına hakimiyyətini davam etdirəcək?..

Politoloq: “Bu bir ay müddətində baş verənlər onu göstərdi ki, Paşinyanın hakimiyyətdən getməsinə Rusiya da maraqlı deyil”.

Ermənistanın Azərbaycana məğlub olmasından sonra Ermənistanda daxili vəziyyət sabit olmayacaqdı”

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın baş nazir Nikol Paşinyanı sərt tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın sabiq milli təhlükəsizlik naziri, prezidentin Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi David Şahnazaryan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.

David Şahnazaryan Nikol Paşinyanı Qarabağı satmaqda və ciddi hərbi-siyasi səhvlər buraxmaqda ittiham edib.

“Xatirinizdədirsə, Paşinyan oktyabrın 6-da əks-hücum hazırlandığını və böyük qələbənin astanasında olduğumuzu söylədi. Həmin çıxış Cəbrayıl istiqamətində əks-hücumu nəzərdə tuturdu. Bu Baş Qərargaha, generallara açıq siyasi təzyiq idi. Bəzi generallar inadla deyirdi ki, bu hücum qəbuledilməzdir. Yaranmış situasiyada müdafiənin birinci, ikinci, üçüncü və s. xətləri yaradılmalı idi. Bu aydın idi. Ən əsası, biz səmada üstünlüyü tam itirdik. İsrail pilotsiz təyyarələri zirehli texnikamızı tam məhv edirdi. Tək mən deyil, mütəxəssislər də Paşinyanın bu siyasi oyunlarının ordumuzun belini qırdığını söyləyir”.

Göründüyü kimi artıq Ermənistanda Paşinyana öz nazirləri səviyyəsində etirazlar başlayıb. Paşinyanın Kabinetində də istefalar ardı-ardına gəlməkdədir. Bəs bu gedişlə Paşinyan təzyiqlərə davam gətirə biləcək, yoxsa hanısa qüvvələrin hesabına hakimiyyətini davam etdirəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Revanş götürmək istəyənlər və Paşinyanın səhvlərinə görə Ermənistanın bu duruma düşməsindən istifadə etməyə çalışanlar var gücləri ilə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar”.

Gələcəkdə Ermənistanda revanşizm meyillərinin daha da güclənməsini istisna etməyən politoloq PİA.az-a açıqlamasında bildirib ki, hazırda Ermənistanda ciddi dəyişikliklər baş verməkdədir. Bir yandan Rusiya Ermənistanda güclənib, digər yandan isə Ermənistanda Rusiyaya anti-simpatiyası olanların sayı çoxalıb:

“Təbii ki, Ermənistanın Azərbaycana məğlub olmasından sonra Ermənistanda daxili vəziyyət sabit olmayacaqdı. Revanş götürmək istəyənlər və Paşinyanın səhvlərinə görə Ermənistanın bu duruma düşməsindən istifadə etməyə çalışanlar var gücləri ilə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar.

Lakin biz onu da görürük ki, Nikol Paşinyanın arxasında heş də az olmayan kütlə dayanmaqdadır. Ən əsası da budur ki, bu bir ay müddətində baş verənlər onu göstərdi ki, Paşinyanın hakimiyyətdən getməsinə Rusiya da maraqlı deyil. Yəqin ki, Rusiyada indi klanlar və siyasi qüvvələr arasında balansı yoxlayır və gələcəkdə Paşinyanı kimin əvəz edəcəyini müəyyənləşdirməyə çalışır. Bu arada Ermənistan prezidenti Armen Sarkisyan da aparıcı siyasi fiqura çevrilməkddir. Ola bilsin ki, birləşdirici fiqur kimi Rusiya gələcəkdə daha çox onunla çalışmağa üstünlük verəcək.

Zaur Məmmədov: “Yəqin ki, Rusiyada indi klanlar və siyasi qüvvələr arasında balansı yoxlayır və gələcəkdə Paşinyanı kimin əvəz edəcəyini müəyyənləşdirməyə çalışır”.

Azərbaycan üçün isə Ermənistanda baş verənlər kifayət qədər maraqlıdır. Yeravanda baş verən siyasi-soial prosseslər bizim diqqətimizdən kənarda qala bilməz. Çünki bilirik ki, Ermənistan düşmən ölkə olaraq düşmənçilik siyasətini bundan sonra da Azərbaycana qarşı davam etdirəcəklər.

Gələcəkdə Ermənistanda revanşizm meyillərinin güclənməsi və “Qarabaq klanı”nın yenidən hakimiyyətin yüyənini öz əlinə keçirmək istəməsini də müşahidə edə bilərik. Onların lideri dəyişə bilər, amma zənn etmirəm ki, siyasi kurs dəyişsin.

Bütün hallarda Ermənistanda ciddi dəyişikliklər baş verməkdədir. Bir yandan Rusiya Ermənistanda güclənib, bir yandan isə Ermənistanda Rusiyaya anti-simpatiyası olanların sayı çoxalıb. Düşünürəm ki, Azərbaycan diplomatiyası bütün bu məsələlərdən gələcəkdə yararlanacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

"Azərbaycanın İrəvandakı nümayəndəliyi..." - Babayan hiddətləndi

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Azad Rəhimov: “Narahatlığa heç bir əsas yoxdur”

Masallıda əməliyyat keçirilib - Saxlanılanlar var

“Siyavuş Novruzov karyerdə daş ata-ata hüquq üzrə elmlər doktoru olub?” – Tural Abbaslı

Ən çox oxunanalar