Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yer üzü yetim qalıb - Nazim Əhmədlinin şeri

Yer üzü yetim qalıb

kölgəm bir ağac boyu,
özümdən aralıda;
könlüm alışdı qəfil,
yandı da, qaraldı da;

dərimi çıxartılar,
dəyişdilər adımı;
mən bir ayrı dünyanın,
ayrı yerin adamı;

daha qanadlarımda,
qalmadı, bir lələk də;
bir yalançı nağılla,
qaldım üzü küləkdə;

ulduzların da şamı,
sönəcəkdi, bir azdan,
uzun, lap uzun bir qış
dönəcəkdi bu yazdan;

bax, payız yarpaqları,
harasından bükülür;
bulud-bulud kölgələr,
axşamlara çəkilir;

mən kimə üz tutacam,
qanadlarım göynəyir,
yuxumda dişsiz itlər,
əllərimi çeynəyir;

kölgəm məndən uzaqda,
kölgəm adam deyil ki;
birdən baxmaz üzümə,
Tanrı atam deyil ki;

yay da ötdü, beləcə,
payız bir ötüm qalıb;
tanrılar çıxıb gedir,
Yer üzü yetim qalıb.

Nazim ƏHMƏDLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar