Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeniyetmələrin böyük əksəriyyəti hərəkətsizdir – DST

Bu gün dünyada yeniyetmələrin cəmi beşdə biri, o cümlədən qızların 15 faizi gündəlik hərəkət normasını yerinə yetirir...

DW xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının “The Lancet” elmi nəşrində dərc olunan və 2001-2016-cı illər ərzində 146 ölkədə 11-17 yaş həddindəki 1,6 milyon uşaq arasında aparılmış sorğuya əsaslanan araşdırmasında bildirilir.

Araşdırmaya görə, yeniyetmələrin hərəkətdən qalması daha çox “elektron inqilab”, bir sıra ölkələrdə isə təhlükəsizliyin təmin olunmaması ilə bağlıdır.

Araşdırmanı hazırlayan ekspertlərdən Lian Rayli bu barədə deyib: “Bəzi yerlərdə küçəyə çıxmaq, orada çox hərəkət etmək getdikcə daha təhlükəli olur. Bayıra çıxmaq xatalı olanda yeniyetmələr məktəbə piyada getməməyə, çıxıb velosiped sürməməyə daha çox üstünlük verməyə başlayırlar”.

Ümumiyyətlə, DST-nin tövsiyəsinə görə, 5-17 yaş həddindəki uşaqlar gündə ən azı 60 dəqiqə, 18-64 yaş həddindəki şəxslər isə həftədə ən azı 150 dəqiqə hərəkətdə, yaxud da ən azı 75 dəqiqə idman məşğələlərində olmalıdır. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar