Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Yeniyetmələrə siqaret satanlar cərimələndi 

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi tədbirlər keçirilir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.

Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: siqaret cərimə

Şərh yazın.

loading...

Ən çox oxunanalar