Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yenidənqurma”nın başladılmasından 35 il keçdi... - Qorbaçov olmasaydı indi SSRİ var olacaqdımı?..

“Yenidənqurma” Qorbaçovun iddia etdiyi kimi zamanın tələbi idi, yoxsa bəzi iddilarda vurğulandığı kimi daha çox Qərb xüsusi xidmət orqqnlarının həyata keçirdiyi böyük “əməliyyat" idi?..

Politoloq: “Qorbaçov “yenidənqurma”, “aşkarlıq”, “demokratik sosializm”, “plüralizm” şüarlarını ortaya atmaqla əslində çox millətli bir imperiya dövlətində “cini şüşədən” çıxarmış oldu. Amma “cinin” öhdəsindən gəlmək üçün lazım olan siyasi qabiliyyət və iradə nümayiş etdirə bilmədi”.

SSRİ-nın çökməsinin səbəblərindən biri və birincisi Qərbin iqtisadiyyatının surətli inkişafı və bunun fonunda SSRİ-nin başçılıq etdiyi sosializm düşərgəsinin çox aşağı iqtisadi göstəricilərlə irəliləməsi idi. Eyni zamna Qərbin SSRİ-yə və sosialist düşərgəsinə tətbiq etdiyi sanksiyalar SSRİ-nin iqtisadiyyatına öldürücü zərbə vurdu. Artıq bütün sosializm düşərgəsində aclıq başlamışdı və sosializm düşərgəsi kapitalizmlə rəqabət aparacaq durumda deyildi”.

Bu sözləri politoloq Qabil Hüseynli 35 il əvvəl “Yenidənqurma”nın başladılmasının SSRİ-nin süqutuna təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Qorbaçovun sədrliyi ilə keçirilən və sovet tarixinin yeni bir səhifəsini açan Sov.İKP-nin məşhur plemunundan, yəni “yenidənqurma”nın başladılmasından 35 il ötdü. Məhz “yenidənqurma”nın təkan verdiyi prosseslər dünyanın iki supergücündən biri olan SSRİ-nin süqutuna və bu imperiya ittifaqını yaradan müttəfiq respublikaların müstəqillik qazanmasına yol açdı. Düz 35il əvvəl SSRİ adlanan azman həbsxananın qapıları xarici mühitə açıldı və bu nəhəng imperiyada son 70 ildə heç kimin görmədiyi və gözləmədiyi prosseslərə yol açdı.

23 aprel 1983-cü ildə Sov.İKP-nin gənc və yeni seçilmiş baş katibi Mixail Qorbaçov partiyanın yeni kursunu elan etdi və Qorbaçovun həmin plenumdakı çıxışı sözün bütün anlamlarında tarixi çıxış idi. Çünki məhz bu çıxış tarixin axarını dəyişərək dünyada yeni siyasi və geosiyasi mənzərə yaratdı. Bu çıxış “soyuq müharibə”ni bitirməklə yanaşı, Şərqi Avropada və Asiyada çoxlu sayda yeni müstəqil dövlətlərin yaranmasına yol açdı. Sov.İKP-nin gənc Baş Katibi çıxışında yeni kursdan, xalqın sosial-iqtisadi rifahının gücləndirilməsindən danışır və qeyd edirdi i, o, nə etmək lazım olduğunu bilir...

Qeyd edək ki, 1985-ci ildə SSRi-də artıq mağaza və dükanların rəfləri boşalmışdı və əhali əsas ərzaqları talonla alırdı.

35 il sonra “yenidənqurma”nın nəticələrini şərh edən Mixail Qorbaçov dünən verdiyi açıqlamada “yenidənqurma”nın uğursuzluğunu “QKÇP” ilə əlaqələndirib. Qorbaçova görə “QKÇP” olmasaydı SSRi bu gün də öz yolunu davam edəcəkdi? Bu doğrudanmı belədir?

Axı Qorbaçovun yeni “İttifaq Müqaviləsi”ni Pribaltika respublikaları ümumiyyətlə imtina edirdi. Boris Yeltsinin timsalında Rusiya, həmçinin Ukrayna yeni “İttifaq Müqaviləsi”nə şübhə ilə yanaşırdı və müqavlənin SSRİ-ni saxlaya biləcəyinə inanmırdılar. “Yenidənqurma”nın məntiqi sonucunda Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq və hakimiyyətdə qalmaq üşün “İttifaq Müqaviləsi”ndə bəlkə də yeganə müttəfiqi Qazaxıstan və Nazarbayev idi. O cümlədən digər Orta Asiya Respublikalarının rəhbərləri. Bu durumda Qorbaçovun SSRİ-ni qoruyb saxlaya bilməsi hələ o zaman SSRİ məkanında belə çox az inandırıcı görünürdü.

35 il əvvəl gedən prossesləri və bu prossesin nəticələrini bu gün necə şərh etmək olar? “Yenidənqurma” Qorbaçovun iddia etdiyi kimi zamanın tələbi idi, yoxsa bəzi iddilarda vurğulandığı kimi daha çox Qərb xüsusi xidmət orqanlarının həyata keçirdiyi böyük “əməliyyat" idi? Ümumiyyətlə “yenidənqurma” prossesi olmasaydı, SSRİ-nin hələ də mövcud olması mümkün idimi?

Mövzunu PİA.az-ın əməkdaşı həmin dönəmin siyasi şərhçilərindən və siyasətçilərində olan politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Qorbaçovun zəif iradəsi Şərqi Avropanın sürətlə əldən çıxması ilə nəticələndi cə sonunda bu prosses eyni sürətlə SSRİ-də baş verdi. Bu baxımdan “sosialist düşərgə”nin və SSRİ-nin parçalanmasına və süqutuna görə məsuliyyət Qorbaçovun üzərinə düşür”.

Qorbaçovun “yenidənqurma”, “aşkarlıq”, “demokratik sosializm”, “plüralizm” şüarlarını gündəmə gətirdiyini və SSRİ-də islahatların artıq zərurətə çevrildiyini xatırladan politoloq PİA.az-a dönəmi şərh edərkən bildirib ki, Çin rəhbərliyindən fətqli olaraq Qorbaçov islahatların öhdəsindən gəlmək üçün lazım olan siyasi qabiliyyət və bacarıq nümayiş etdirə bilmədi:

“Həmin dövrdə həqiqətən də “yenidənqurma”nın və SSRİ-də islahatların keçirilməsi bir zərurət idi. Çünki Qorbaçova qədər SSRİ iqtisadiyyatında mövcud olan durğunluq, əhalinin maddi rifah halının aşağı düşməsi, eləcə də kütləvi korrupsiya, ölkədə iqtisadi durğunluğun daha yüksək mərhələyə çatması və istehsalın sürətlə azalması, daha doğrusu istehsal vasitələrinin sürətlə köhhəlməsi bu islahatları zəruri edən amillərdən idi. Bir-birlərini əvəz edən qoca liderlər, məsələn Brejnev, onun ardınca Andropov, Çernenko və başqaları yaşlarının ixtiyar çağlarında, həm də intellektuallarının və potensiallarının tamamilə söndüyü bir zamanda hakimiyyətə gəlmişdilər.

Xüsusən Brejnevin hakimiyyətinin son dövrlərində ölkədə iqtisadi inkişafda depressiya, milli gəlirin ağlagəlməz dərəcədə azalması prosesləri ortaya çıxmışdı və bir daha deyirəm ki, istehsal vasitələri köhnəlmişdi və heç bir işə yaramırdı. Bu da istehsalın azalmasına və geriləməsinə səbəb olmuşdu. Hamı bildirirdi ki, idarəçilik forması təkmilləşdirilməlidir. Yəni birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçirilməlidir. Həm də ölkədə xüsusi mülkiyyətin tətbiqinə imkan yaradılmalıdır. Nəticə etibarilə siyasi və iqtisadi prularizm mərhələşdirilməlidir.

Mən qeyd edim ki, eyni vəziyyət Çində demək olar ki, hökm sürürdü. Ancaq Çin liderləri siyasi deyil, iqtisadi azadlıqları artırmaqla islahatlar həyata keçirməə üstünük verdi.

SSRİ-də bu proseslərin, yəni “yenidənqurma” islahatının ideoloqu Sov.İKP MK-nın katibi Yakovlev idi. O, əvvəllər SSRİ-nin Kanada da səfiri işləmiş, daha sonra ABŞ-a səfir getmişdi. Sözün əsl mənasında Aleksandr Yakovlev Qərb həyat tərzini, Qərb iqtisadiyyatını, Qərb siyasi sistemini dərindən bilirdi. Bu sistemin əlamətlərinin SSRİ-də təkrarlanmasına cəhd edirdi. Bəziləri deyirdilər ki, Yakovlev Qərbin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş və Qərbin diqtəsi ilə işləyən adam idi.

Qabil Hüseynli: “Qorbaçov “yenidənqurma” proseslərinin yönləndirilməsi əvəzinə siyasi repressiyalara, bəzi müttəfiq respublikalarda özünü göstərən milli müstəqillik hərəkatlarına qarşı hərbi repressiya siyasətinə başladı”.

Amma SSRİ-nın çökməsinin səbəblərindən biri və birincisi Qərbin iqtisadiyyatının surətli inkişafı və bunun fonunda SSRİ-nin başçılıq etdiyi sosializm düşərgəsinin çox aşağı iqtisadi göstəricilərlə irəliləməsi idi. Eyni zamna Qərbin SSRİ-yə və sosialist düşərgəsinə tətbiq etdiyi sanksiyalar SSRİ-nin iqtisadiyyatına öldürücü zərbə vurdu. Artıq bütün sosializm düşərgəsində aclıq başlamışdı və sosializm düşərgəsi kapitalizmlə rəqabət aparacaq durumda deyildi. Buna görə də əvvəl SSRİ-nin, sonra isə bütün sosialist düşərgənin zəruri islahatlara ehtiyacı var idi. Bu islahatlar da ortaya atıldı. Müəyyən şüarlar irəli sürüldü. Amma bu şüarların konseptual nəzəriyyəsi işlənib hazırlanmadı. Üstəlik də az-çox mövcud olan siyasi fikirləri ideallaşdırmaq üçün bacarıqlı rəhbərlər tapılmadı. Şablon şüarlar ortaya atıldı və bu da təbii ki, ac qarınları doyurmafı. Xalq hərəkatların yaranması ilə prosseslər tamamilə nəzarətdən çıxmış oldu.

Qorbaçov “yenidənqurma”, “aşkarlıq”, “demokratik sosializm”, “plüralizm” şüarlarını ortaya atmaqla əslində çox millətli bir imperiya dövlətində “cini şüşədən” çıxarmış oldu. Amma “cinin” öhdəsindən gəlmək üçün lazım olan siyasi qabiliyyət və iradə nümayiş etdirə bilmədi. “Yenidənqurma”nın müəyyən dövründə siyasi proseslər tamamilə Kommunist Partiyası və partiyanın baş katibi Qorbaçovun nəzarətindən çıxdı. Mərkəzdənqaçma meyilləri çox sürətləndi və xalq hərəkatları böyüdükcə Qorbaçov bu “yenidənqurma” proseslərinin yönləndirilməsi və iqtisadi azadlıqlara daha çox üstünlük vermək əvəzinə siyasi repressiyalara, xüsusən də bəzi müttəfiq respublikalarda özünü göstərən milli müstəqillik hərəkatlarına qarşı hərbi repressiya siyasətinə üstünlük verdi. İqtisadi inkişaf əldə etmədən bu repressiyaların başladılması yanlış addım idi. Qorbaşov ittifaq dövlətini ancaq ciddi iqtisadi nəticələr əldə etdiyi şəraitdə qoruyub saxlaya bilərdi. Ancaq Qorbaçovin başlatdığı iqtisadi islahatlar çox tezliklə korrupsiyaya uğradı.

Xalq üsyanları əvvəl özünü Qazaxıstanda göstərdi. Almatada ayağa qalxan insanları Sovet daxili qoşunlarının köməyi ilə qanlarına qəltan elədilər. Halbuki islahat aparmaqda israrlı olan Qorbaçov daha fərqli yanaşma tətbiq etməliydi. Daha sonra bu repressiv hərəkət Tbilisidə təkrarlandı. Gürcüstanda da ayağa qalxan xalqa qarşı çox ciddi repressiya tədbirləri həyata keçirildi. Bu hadisələr təxminən 1988-1989-ci illəri əhatə edir.

Qabil Hüseynli: “Azərbaycan xalqının siyasi iradəsi qaşısında aciz qalan Qorbaçov və onun başçılıq etdiyi Siyasi Büro Azərbaycanda milli azadlıq hərəkatını yatırmağa yönəlik qanlı tədbirlər planı hazırladılar”.

Nəhayət 1999-cu ildə ermənilərin Azərbaycanda separatizm hərəkətlərə başladılar və millətçilik şüarları ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd etdilər. Qorbaçov bu zamanda lazım olan syasi qabiliyyət nümayiş etdirə bilmədi və faktiki olaraq erməni separatizminin tərəfini tutdu. Bi böyük və dəhşətli siyasi səhv idi və bu səhv SSRİ-də separatizmi rəsmiləşdirdi. Qorbaçovun ermənipərəst mövqe sərgiləməsi Azərbaycanda da milli azadlıq mübarizəsinin alovlanmasına səbəb oldu. O zaman Azərbaycanda milli azadlıq hərəkatı öz vüsətinə, miqyasına görə çox əzəmətli və tayı bərabəri olmayan bir hərəkat idi. 1990-cı il BMT səviyyəsində Azərbaycan xalqı ilin xalqı elan edildi. Azərbaycan xalqının siyasi iradəsi qaşısında aciz qalan Qorbaçov və onun başçılıq etdiyi Siyasi Büro Azərbaycanda milli azadlıq hərəkatını yatırmağa yönəlik qanlı tədbirlər planı hazırladılar. Bu da 20 Yanvar qırğını ilə başa çatdı.

Qabil Hüseynli: “SSRİ-nin bir ittifaq dövləti olaraq surətlə gözdəndüşmə prosesi, mərkəzdənqaçma proseslərin artması 20 yanvarda Bakıda baş verən qanlı qırğınının təsiri altında baş verdi”.

Düşünürəm ki, ermənilərin siyasi ambitsiyaları ilə mübarizə aparmaq əvəzinə Kremlin qəzəbinin Azərbaycan xalqına qarşı çevrilməsi əsassız və yerində olmayan hərəkat idi. Sonradan bunu Qorbaçov da öz xatirələrində etiraf edib.

SSRİ-nin bir ittifaq dşvləti olaraq surətlə gözdəndüşmə prosesi, mərkəzdənqaçma proseslərin artması 20 yanvarda Bakıda baş verən qanlı qırğınının təsiri altında baş verdi. 1991-ci ildə SSR-ni qoruyub saxlamaq üçün Qorbaçavoun cəhdi də iflasa uğradı. Qorbaçovun yeni “İttifaq Müqaviləsi”ni imzalamağa hazırlaşdığı bir dönəmdə Siyasi Büro çevriliş cəhdinə əl atdı. Tarixə “QKÇP” çevrilişi ilə düşən bu cəhd SSRİ-nin tam iflası ilə sona çatdı. Bundan sonra “müstəqilliklər paradı” deyilən prosses başladı və milli respublikalar bir-birinin ardınca özlərinin müstəqilliklərinin elan edərək Moskvadan ayrıldılar. Nəticədə Sovet İttifaqının mövcudluğuna xitam verildi. 15 müttəfiq respublika özlərinin müstəqilliyini elan etmiş oldu. Sonradan Belarusiyada SSRİ-nin qurucuları olan Rusiya, Ukrayna və Belarusiya tərəfindən SSRİ bir ittifaq dövləti olaraq ləğv edildi və Müstəqil Dövlətlər Birliyi yaradıldı. Bundan əvvəl isə Şərqi Avropada sosializm düşərgəsi iflas etmişdi və bu düşərgənin hərbi bloku olan “Varşava Paktı” buraxılmışdı. Beləliklə də nəhəng sosialist imperiyası dağıldı. Onun yerində 15 müstəqil suveren respublika yarandı. Rusiya Federasiyası isə SSRİ-nin varisi elan edildi. Şərqi Avropa isə Qərbin bir hissəinə çevrilərək NATO-ya qoşuldular.



Qərb bu proseslərə müəyyən qədər təsir edirdi və müəttən diqtələr edirdi. Xüsusən “Varşava Paktı”nın buraxılması Qərbin çox böyük uğuru idi və burda Qərbin xüsusi orqanlarının rolunu da istisna etmək olmaz. Eyni zamanda Şərqi Avropada baş verən böyük xalq üsyanları Qərb tərəfindən idarə olunurdu. Bütün bunlar isə Qorbaçovun susqunluğu və siyasi iradəsizlyi fonunda baş verirdi. Qorbaçovun zəif iradəsi Şərqi Avropanın sürətlə əldən çıxması ilə nəticələndi və sonunda bu prosses eyni sürətlə SSRİ-də baş verdi. Bu baxımdan “sosialist düşərgə”nin və SSRİ-nin parçalanmasına və süqutuna görə məsuliyyət Qorbaçovun üzərinə düşür.

Amma obyektivlik naminə onu da qeud etməliyik ki, “sosialist düşərgə”nin və SSRİ-nin parçalanmasına yol açan səbəblər obyektiv səbələr idi və Qorbaçov olmasaydı da bu siyasi və iqtisadi səbəblər “sosialist düşərgə”nin və SSRİ-nin süqutuna yol açağcaqdı. Bəlkə də “yenidənqurma” olmasaydı, bu prosses daha da qanlı olacaqdı və prossesin dünya müharibəsi səviyyəinə qədər böyümə ehtimalı vardı. İkinci bir ehtimal isə odur ki, Çində olduğu kimi “yenidənqurma” uğurlu ola bilərdi SSRİ tamamilə yeni bir formada yaşaya bilərdi.

Uzunmüddət bir partiyanın hegemonluğu altında idarə edilən, metodları tamamilə dövrün tələblərinə yaramayan, hakimiyyət dəyişməsi prosesində xalqın uzaqlaşdırılması, hakimiyyətin formalaşmasında xalq nümayəndələrinin iştirak etməməsi SSRİ-də Kommunist Partiyasını tamamilə gözdən salmışdı. Bu partiya ya ciddi dəyişikliklər ilə siyasi islahatlar xəttini elan edib bunu reallaşdırmalı, ya da tarixin səhnəsindən silinib getməli idi. Hesab edirəm ki, islahatların bəzi konturları elan edilsə də, onun konseptual xarakterinin olmaması və onu həyata keçirəcək liderin siyasi iradəsinin olmaması səbəbindən SSRİ çökdü. Bu çökmənin əsaında isə həm iqtisadi amillər, həm də siyasi amillər dayanırdı”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar