Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni ruslaşma dalğası: Putin etnik xalqların mədəniyyətini məhv edir...

Türk respublikası olan Çuvaşıstanın keçmiş lideri Mixail İqnatiyev Putini məhkəməyə verib. Rusiya tarixində ilk dəfədir ki, belə bir hadisə baş verir...

Nadir Dövlət
“Independent” qəzeti, 31 may 2020-ci il

Vladimir Putin çoxdandır ki, Rusiyadan kənarda olan kiçik respublikaları və bölgələri məhv etmək planını tətbiq edirdi. Beləliklə, onları rus xalqının çox olduğu bölgələrdə birləşdirərək Sovet İttifaqı dövründə və daha sonra Rusiya Federasiyasında verilən hüquqlarından məhrum edirdi.

Görünür, Putinin narahatlığı Rusiya əhalisinin azalması və yaşlanması ilə bağlıdır. Buna görə, Sovet İttifaqının dağılmasından sonra yaranan respublikalarda rusların vətəndaşlığı, yəni ikili vətəndaşlıq qanunu qəbul edildi. Rusiyadakı azlıqların səsini kəsmək üçün də hər cür tədbir görülür. Keçən il respublikalarda ana dili təhsilinin qarşısı alınıb və etnik dillər həftədə iki saatdan çox olmayan seçmə dərsinə çevriliblər.

Rusiya Federasiyasında bölgələrin birləşdirilməsi prosesi 2003-cü ildə başlamışdı. Bununla, 10 muxtar bölgədən 6-sı xəritədən silinib.
Yerli Azlıqlara Dəstək Mərkəzi və BMT-nin yerli xalqların hüquqları üzrə mütəxəssis olan Rodion Sulyanzigi deyib:

“Milli bölgələri məhv etmək etnik-mədəni və dil müxtəlifliyini qorumaq baxımından dünya miqyasında qəbul edilmiş dəyərlərə qarşı bir hərəkatdır”.

Putinin bir digər narahatlığı isə milli respublikaların 1991-ci ildə müstəqil olan digər milli respublikalarla eyni rolu oynaması, müstəqil olmasıdır.

Rusiya Federasiyası Krımı işğal etdikdən sonra federal hissələrin sayı 85-ə, respublikaların sayı isə 22-ə çatıb. 33 dil rəsmi olaraq qəbul olunur. 31 qurumun öz parlamenti var. 146 milyonluq ölkə dünyanın ən böyük ərazisidir və 17 milyon kvadrat kilometrdir. Bu nəhəng ölkə əhalisinin 20%-ni azlıqlar təşkil edir. Putin onları ruslaşdırmaqla ölkəni parçalanmaqdan qoruyacağını düşünür.

Putinə olan etibarın azalmasına və səhhəti ilə bağlı bəzi söz-söhbətlərin gəzməsinə baxmayaraq, institutlar hələ də işləməyə davam edirlər. Putin sonuncu dəfə koronavirusun yayılmasından istifadə edərək bir neçə bölgəni yenidən birləşdirmək istəyib. Birləşdirmək istədiyi bölgələr şimaldakı Arxangelsk vilayəti, Nenets muxtar rayonu və Komi Respublikasıdır. Bu üç vilayətin əhalisi elə də çox deyil. Bu vilayətlərin ümumi sahəsi Skandinaviya ölkələrinin cəminə bərabər olacaq. Lakin əhalisinin sayının 27 milyona çatdığı Danimarka, Finlandiya, Norveç və İsveçlə müqayisədə bu bölgədəki əhalinin sayı cəmi 2 milyon olacaq.
Komi parlamentinin keçmiş deputatı Bratenkov bu addımın qeyri-rəsmi rus dillərinə qarşı olacağını və Putinin Rusiyanı tamamilə ruslaşdırmaq xəyalına təkan verəcəyini bildirib.

Bu proses, yəni Arxangelsk vilayətinin Nenets Muxtar Vilayəti ilə vahid şəkildə birləşdirilməsi və daha sonra Komi Respublikasının da buna əlavə edilməsi narazılıqla qarşılanıb. Bu layihəyə daxil olacaq Komi və Nenets xalqı öznarazılıqlarını bildiriblər. Çünki onlar beləcə paytaxtlarını, siyasi və mədəni hüquqlarını itirəcəklər. Onların onsuz da adi bir Rusiya Federal Birliyinə çevriləcəyi aydındır, lakin bununla zəifləyən ana dillərini də itirəcəklər.

Komilər fin-uqor irqinə mənsubdurlar və dilləri Ural dil ailəsinə daxildir. Rusiyada 6 xalq eyni qrupdadır. Bundan əlavə, finlər və macarlar da eyni dil ailəsinin üzvləridir və cəmi 25 milyon insan bu dillərdə danışır.
Nenetslər Arktika bölgəsində yaşayan Sibir xalqları ilə qohumluğu olan bir cəmiyyətdir və ümumi əhalisi 41 mindir. Onlar da öz mədəniyyətlərini və dillərini qorumaq istəyirlər. İndiyə qədər 10.000 Nenets bu layihəyə etiraz edən petisiyalara imza atıb.

Komi Respublikasında neft çıxarıldığı üçün onlar daha zəngindirlər. Ona görə də, gəlirlərini itirməkdən qorxurlar. Əslində, Moskva bu respublikaların gəlirlərinin 70%-ni özünə götürür.

Neft hasil edən Tatarıstan və Başqırdıstan da eyni vəziyyətdədir. Başqa sözlə, yerli xalqlar mərkəz tərəfindən ciddi şəkildə istismar olunurlar. Tatarıstana qarşı edilən sonuncu təzyiq isə mayın 26-da Şəhabəddin Mərcani adına Tarix İnstitutunun bağlanması oldu.

Rusiyadakı qeyri-rus xalqları çox narahatdırlar. 26 mayda mətbuatda çıxan bir xəbər Putinin respublikalara qarşı etdiyi təzyiqləri yenidən gündəmə gətirib.

Türk respublikası olan Çuvaşıstanın keçmiş lideri Mixail İqnatiyev Putini məhkəməyə verib. Rusiya tarixində ilk dəfədir ki, belə bir hadisə baş verir. Putin onu 29 yanvar 2020-ci il tarixində “etibarını itirdiyini” bəhanə edərək müddəti bitmədən vəzifəsindən azad etmişdi.
Yaxşı, bəs indi Putinə olan inam da 20%-ə düşdüyünə görə onu kimlər vəzifəsindən azad edə bilər?

Rusiyada nadir hallarda görülən bu hadisə yerli və xarici medianın manşetlərində öz əksini tapıb. Rusiya Federasiyasına bağlı olan Çuvaşıstanın keçmiş lideri Mixail İqnatiyev də vəzifəsindən azad edildiyi üçün Putini məhkəməyə verib. Çuvaşıstan Məhkəməsi isə ərizəni qəbul edib. İlk məhkəmə iyunun 30-da olacaq.

Şübhəsiz ki, məhkəmələrin müstəqil olmadığı, totalitar bir ölkədə Putin məğlub olmayacaq. Lakin İqnatiyev bütün digər respublikaların rəhbərlərindən daha cəsarətli olduğunu göstərdi. Məlumdur ki, yerli respublikanın prezidentlərini Putin özü təyin edir. Deməli, bu şəxsi çox incidib ki, o da belə bir addım atıb.

Bir sözlə, ruslaşdırmaq, rus əhalisinin tərkibindəki azlıqları əritmək, mədəniyyətlərini və ana dilini məhv edərək onları rusa çevirmək arzuları heç vaxt bitməyəcək.

Sovet dövründə “Sovet insanı” yaratmaq siyasəti tətbiq edilirdi. Qarışıq millətlərdən olan insanların evlənməsi təşviq edilirdi. Bu beynəlmiləl təlqin nəticəsində valideynlər övladlarına müsəlman adlarını deyil, bəzi xarici sosialistlərin (Marat, Robert və s.), rusların adlarını və ya uydurma qısaltmaları (Vil, Lenara, Kim, Rim, Marlen və s.) verirdilər.
Təəssüf ki, 21-ci əsrdə də azlıqlar mədəni bir zənginlik kimi qəbul edilmək əvəzinə, demək olar ki, hər ölkədə bir problem kimi qəbul edilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar