Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Yeni rabitə naziri kimdir? - Dosye

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

PİA.az-ın məlumatına görə, Rəşad Nəbiyev Prezidentin 2011-ci il 24 yanvar tarixli sərəncamı ilə “Azərkosmos”un sədri təyin edilmişdi.

O, “Azərkosmos”a sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Mərkəzi Bankın Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib. (modern.az)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq...”

“YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar...” – Sensasion müsahibə

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

Ağstafanın 35 yaşlı icra başçısında bu qədər pul hardandır? - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi ilə tanış olub

Ən çox oxunanalar