Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Yeni qanun xalqımızı qida terrorundan qoruya biləcəkmi?..

Yeni qəbul ediləcək qanunda istehsal sahələrinin ictimaiyyət üçün açıq tutulması ilə bağlı maddənin də olmasına ciddi ehtiyac var...

Qida eksperti: “Ümidvaram ki, bu qanun qida terrorunun qarşısını almaq üçün bütün lazımi müddəaları özündə birləşdirəcək”.

“Məlum olduğu kimi GMO məhsulların və toxumların ölkəyə idxalı, istehsalı, satışı müxtəlif qanunlarla qadağandır. Lakin bu gün satışda olan məhsulların az qala 100 faizi GMO-dur”.

Bu sözləri tanınmış qida eksperti Elçin Bayramlı müzakirəyə çıxarılacaq “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini və AQTA-nın kolbasa istehsal edən sexlərə qarşı tam səssizliyini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu il payız sessiyası dövründə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Qeyd edək ki, hazırda ölkəmizin qida bazarında satılan malların böyük əksəriyyəti sağlamlığımız üçün böyük təhlükə mənbəyidir. Xaricdən gətirilən qida məhsullarının böyük bir hissəsi isə ucuz süni kimyəvi qatqılarla zəngin olan qidalardır. Ona görə də “Qida təhlükəsizliyi haqqında” qanunun qəbul olunması ciddi məsələdir. Həm də məsələ təkcə qanun qəbulu ilə bitmir. Eyni zamanda qanunun birmənalı şəkildə icrası çox mühümdür.

Onu da qeyd edək ki, problem təkcə xaricdən gətirilən mallarla bağlı deyil. Ölkədə istehsal olunan ərzaq məhsulları xaricdən gətirilən qidalardan daha təhlükəlidir. Süd və süd məhsullarının, o cümlədən yağların tərkibinə çox təhlükəli kimyəvi qatqılar vurulur. Bu yolla istehsal artırılır və talabatın ödənilməsinə açlışır.

Ölkədə istehsal olunan şirələr də bu qəbildəndir. Ət və ət məhsullarının istehsalında da eyni vəziyyət müşaiyət olunmaqdadır. Bilirik ki, ölkədə kolbasa və sosislər əsasən heyvan dərisi ilə kimyəvi maddələrin qatışığından, (Çindədən gətirilən tozlardan) hazırlanır. Amma kolbasaların üzərində bu məhsulların təmiz ətdən hazırlandığı qeyd olunur. Bu kolbasa məhsulları isə sağlamlığımızada ciddi problemlərin yaranmasına səbəb olur.

Maraqlıdır ki, AQTA kolbasa istehsal edən sexlərə qarşı tam səssizlik nümayiş etdirir. Kolbasa istehsal edən şirkətlər isə istehsal prossesini dövlət sirri kimi gizli saxlayırlar. Qeyd edək ki, PİA.az müxtəlif zamanlarda kolbasa və sosis istehsalı ilə məşğul olan müxtəlif şirkətlərə istehsal prossesi ilə tanış olmaq üçün müraciət etsə də, həmin şirkətlər bunun mümkün olmadığını bildiriblər. Sual olunur, kolbasa və sosis istehsal edən şirkətlər niyə istehsal sahələrini gizli tuturlar? Əgər onların istehsal etdikləri məhsullar kolbasa və sosislərin üzərində yazıldığı kimi təmiz ekoloji məhsullardan hazırlanırsa, o zaman niyə bu şirkələr şəffaflıqdan qaçır və istehsal prosseslərini gizli saxlayırlar.

Qeyd edək ki, “Azərsun” şirkəti hər ay özünün istehsal sahələrinə jurnalist ekuskursiyaları təşkil edir və bu turlarda jurnalistlər “Azərsun” şirkətinin müxtəlif sahələrdə istehsal prossesləri ilə canlı tanış olmaq imkanı qazanırlar. Niyə digər şirkətlər bu şəkildə şəffaf olmaqdan qaçırlar?

Ona görə də qanunda istehsal sahələrinin ictimaiyət üçün açıq tutulması ilə bağlı maddənin də olmasına ciddi ehtiyac var. Azərbaycanda əsas problemlərdən biri olan ekoloji təmiz qidalanma üçün bu vacib məsələdir.

Müqayisə üçün bildirək ki, yaxın qonşularımızın qida təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələdə Azərbaycandan çox-çox qabaqdadırlar. Misal üçün Rusiyanın qida təhlükəsizliyinin təminatı ilə məşğul olan “Rospotrebnadzor” və “Rosselxoznadzor” qurumlarının iş qaydaları və fəaliyyəti ilə AQTA-nın fəaliyyətini və iş qaydalarını müqayisə etmək belə mümkün deyil. Rusiyanın sözü keçən qurumları öz ölkələrinin əhalisinin genefondunu doğrudan müdafiə etdikləri halda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə əhalisinin genefondunu birbaşa məhv etməklə məşğul olur. Gürcüstan və Ermənistanda, o cümlədən Türkiyə və İranda da qida təhlükəsizliyinin təminatı ilə bağlı məsələ qat-qat fərqlidir.

Yeni qəbul ediləcək qanun layihəsi ilə, həmçinin qida sektorunun indiki vəziyyəti iləbağlı PİA.az-ın əmkdaşı “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlının fikirlərini öyrənib.

Elçin Bayramlı: “Xaricdən gətirilən ərzağın da 90 faizi təhlükəlidir. Yəni konkret olaraq bu gün yerli və xarici işbazlar tərəfindən əhaliyə qarşı açıq terror həyata keçirilir”.

Hazırda mağazalarda təbii qida adına demək olar ki, heç nəyin olmadığını qeyd edən tanınmış qida eksperti bildirib ki, mağazalarda qidaların hamısı saxta, kimyəvi qatqılarla qidaya oxşadılmış, ən yaxşı halda tam keyfiyyətsiz məhsullardır. Ekspert hesab edir ki, bu terrora qarşı mübarizə aparan hər hansı orqan isə yoxdur. AQTA isə heç bir halda öz vəzifələrinin öhdəsindən gəlmir:

“Qanun layihəsi ilə hələ tanış olmamışam, lakin ümidvaram ki, bu qanun qida terrorunun qarşısını almaq üçün bütün lazımi müddəaları özündə birləşdirəcək. Hazırda mağazalarda təbii qida adına demək olar ki, heç nə yoxdur. Hamısı saxta, kimyəvi qatqılarla qidaya oxşadılmış, ən yaxşı halda tam keyfiyyətsiz məhsullardır. Bu terrora qarşı mübarizə aparan hər hansı orqan yoxdur. AQTA isə heç bir halda öz vəzifələrinin öhdəsindən gələ bilmir.

Məlum olduğu kimi GMO məhsulların və toxumların ölkəyə idxalı, istehsalı, satışı müxtəlif qanunlarla qadağandır. Lakin bu gün satışda olan məhsulların az qala 100 faizi GMO-dur. Ət və süd məhsulları tam saxtadır və xərçəng yaradır. İçkilərin az qala hamısı saxtadır. Çörəyə vurulan ultraximikat maya çox təhlükəlidir.

Elçin Bayramlı: “Bu terrora rəvac verən orqanlar Kənd Təsəsrrüfatı Nazirliyi, Gömrük Komitəsi, AQTA, GEM-dir. Bu orqanların rəhbərləri həbs olunmalıdır”.

Təhlükənin bu qədər kütləvi olmasına baxmayaraq, əlaqədar qurumlar tam məsuliyyətsizlik nümayiş etdirirlər və kimlərinsə pul qazanmaları naminə insanlarımızın kütləvi şəkildə tədricən zəhərlənməsinə və müxtəlif xəstəliklərə düçar olmalarına göz tumurlar. Bunu nəyin qarşılığında etdiklərini də özləri bilirlər.

Kolbasa və sosiskaların hamısının təhlükəli kanserogen olmasına baxmayaraq Qida Təhlükəsizliyi Agentliyi onlarla yox, kəndlərdən sağlam heyvan gətirib əhaliyə satan qəssablara qarşı mübarizə aparır.

Xaricdən gətirilən ərzağın da 90 faizi təhlükəlidir. Yəni konkret olaraq bu gün yerli və xarici işbazlar tərəfindən əhaliyə qarşı açıq terror həyata keçirilir. Bu terrora rəvac verən orqanlar Kənd Təsəsrrüfatı Nazirliyi, Gömrük Komitəsi, AQTA, GEM-dir. Bu orqanların rəhbərləri həbs olunmalıdır.

Qanuna gəldikdə xeyli gec də olsa, buna ehtiyac var. Təbii ki, bu qanun digərləri kimi kağız üzərində qalmayacaqsa, onda ölkənin qida sektorunda normallaşmaya nail olmaq olar. Xalqımızı bu qorxunc terrordan qorumalıyıq. Əks halda çox qısa müddətdə genefondumuz tam məhv olacaq”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...