Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni müharibə, yeni strategiya və qlobal “Roma”laşma...

Kütlələr intellektual, etik və bəşəri dəyərlərlə deyil, pulla ön plana çıxacaqlarsa, bu, o deməkdir ki, Qərbin əlində ideoloji, iqtisadi, siyasi və sosial bir kozır qalmayıb...

Ömer Özkaya
“Şarkul Avsat” qəzeti, 13 sentyabr 2021-ci il

“Hərbi təşkilatın tərkibi və təbiəti, sosial nizamdakı yeri və əhəmiyyəti yenidən nəzərdən keçirilməli olan problemlərə çevrilmişdi. Köhnə təsnifatlar artıq qüvvədə deyildi. Yeni bir dövr başlayırdı. Bununla belə, kəskin bir quruluşa sahib olmaq lazımdır. Yeni tarixi qüvvələrin yüksəlişini və yeni siyasi nizamın inkişafını başa düşmək üçün ağıl və siyasətlə çox yaxından məşğul olmaq lazımdır.

Mövcud siyasi anlayışların yetərsizliyi böyük bir siyasi hadisə nəticəsində uzun müddət davam edən mühakimələrin və fikirlər yıxıldığı zaman meydana çıxır. Beləliklə, siyasi vəziyyətin yenidən qiymətləndirilməsi üçün yeni bir fürsət yaranır. İnsanların bir-birini öldürmədiyi, şəhərlərin və ya ölkələrin məhv edilmədiyi bir müharibəyə müharibə demək olmaz. Düşmən dövlətin tamamilə məhv edilməsi savaşın əsas məqsədi olmalıdır. Əsl müharibə yaşamaq uğrunda mübarizədir və bu mübarizədə hər şeyi etmək olar. Əgər ölkənin təhlükəsizliyi alınacaq bir qərardan asılıdırsa, bu qərar ədalət və ya ədalətsizlik, insanlıq və ya qəddarlıq, şərəf və ya ayıb sayılmamalıdır. Müharibə üsulları tamamilə verdikləri qazanclara görə mühakimə olunmalıdır”.

Makiavelli Kasturikkio Kastrakaninin müharibə ilə bağlı fikirlərini də yüksək qiymətləndirir: “O, aldatma yolu ilə qalib gələ biləcəyi halda, heç vaxt güc tətbiq etməyə çalışmadı. Çünki dediyi kimi qalibə şərəf gətirən qələbənin özüdür, qələbənin necə əldə edildiyi deyil.

Makiavellinin fikrincə, generallar nəinki hərbi fəaliyyətlə məşğul olmalı, həm də düşməni aldatmaq üçün təsirli üsullar icad etməli və onu həvəsdən salmaq üçün hiylə işlətməlidirlər. Makiavellinin müharibədə bütün mümkün vasitələrdən istifadə etməsinə inqilabi baxışı köhnə nəzakət çərçivəsində baş verən müharibələr nəticəsində ortaya çıxmışdır”.

Yuxarıdakı sitat alman əsilli ABŞ vətəndaşı olan müharibə tarixçisi Feliks Gilbertə aiddir. Onun intibah və müharibə ilə bağlı məqalələri hələ də müasir müharibə texnikalarında və strategiyalarında istifadə olunur. Yuxarıdakı iki paraqraf dəyişən zamanlarla bağlı diaqnozun qoyulması və yeni dövrlərin qavranılması texnikası baxımından böyük əhəmiyyət kəsb edir. Əlavə olaraq, “müharibə” anlayışının keçdiyi dəyişikliklərin tarixçəsini xronoloji olaraq ortaya qoyması və Qərb tarixini və Qərb dövlətlərini müharibə kontekstində anlamaq üçün bir bələdçi olaraq xidmət etməsi çox maraqlı bir araşdırmadır. Bu kontekstdə, əsrlər boyu davam edən prosesə və xüsusən də, Birinci və ikinci Dünya müharibələrinə baxdıqda da yuxarıda verilən müharibə tərifinə əməl edildiyi görülür.

Müharibənin yuxarıdakı tərifi Vyetnam, Koreya, İran-İraq müharibəsi, İraq, Suriya, Liviya və Livanda tam olaraq tətbiq edilmişdir. Əfqanıstana gəlincə isə ABŞ-ın NATO-nun və onun tərkib hissələrinin 20 illik macərası “döyüşkən” bir mənzərəni vurğulayır. Həmin “döyüşkən” xarakteristika türk ordusunun etnik separatçı PKK-ya qarşı mübarizəsinin “zəif intensivlikdə” olması konsepsiyasına bənzəsə də, regional və qlobal ölçüləri, Əfqanıstandakı mərhələləri və qlobal radikal dini terroru ilə yeni bir polihibrid müharibəyə bənzəyir.

“Həm müharibədir, həm də müharibə deyil”, yəni döyüşkən bir səhnə işğal olunmuş ölkədə böyük bir əhalini işğalçıya qarşı blokadaya alır. Bu halda işğal olunmuş ölkəni coğrafiyadan silmək, xalqını talan etmək və böyük ölçüdə məhv etmək strategiyası Əfqanıstanda “qismən” həyata keçirildi və yeni bir döyüş tərzi sınandı.

“Həm müharibə, həm də müharibə deyil” strategiyasının “yumurtlayan toyuğu kəsməmək, amma bir az döymək” mənasını da özündə daşıdığı bilinir. Bu səbəbdən, Əfqanıstandakı mənzərə və ondan sonrakı müharibələri hansı dövlətin və ya paktın məğlub olması və qalib gəlməsi baxımından deyil, Əfqanıstanın tərk edilməsinin müharibənin bütün tərəflərinin gözləntilərini doğrultması mənasına gəldiyini də qəbul etmək lazımdır.

Neyl Ferqusonun “İmperatorluq və Böyük Britaniyanın dünyanı formalaşdırması” kitabı və mövcud Qərb strategiyaları çərçivəsində, Qərbin dünənə qədər beynəlxalq əlaqələr xəttini dəyişdirdiyi göz qabağındadır. Fransa və Almaniyanın öz müstəmləkələrindən üzr istəməsi, Neyl Ferqusonun öz kitabında Böyük Britaniyanın müstəmləkəçilik təcrübəsindən çox utandığını vurgulaması və ABŞ-ın ağ dərililərdən başqa digər siyasi aktyorlara da ən yüksək səviyyədə yer verməsi bu yeni marşrutu daha da aydınlaşdırır.

Almaniya kansleri Merkelin “Mən feministəm və bütün qadınlar feminist olmalıdır” ifadəsinin Qərbdən kənardakı dünyaya yönəldiyini və qlobal dəstək alacağını da əlavə etsək, Qərbin digər ölkələrdə cinsi ayrı-seçkilik və bərabərsizlik mövzusunda bir yenilik əldə edəcəyini deyə bilərik.

Çin ilə ABŞ arasındakı ticarət müharibəsinə əsaslanan gərginliyin tarixinə nəzər salsaq, “ticarət qurbanı olan ABŞ” və “bütün dünyanı ticarət baxımından işğal edən Çin”in profilinin getdikcə daha da böyüdüyünü qeyd etmək lazımdır. Bundan əlavə, Qərbin tərk etdiyi bir çox ölkəyə Çinin sərmayə qoyaraq və kreditlər verərək dəstək olması onun iqtisadi və siyasi işğalçı profilini yumşaldır.

Bir tərəfdən yüksək texnologiyaya əsaslanan silahlanma, qeyri-adi nüvə silahı paneli və nəticədə, pandemiya, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə həyata keçirilən sağlamlıq strategiyaları, heyvandarlıq sektorunu hədəf alan çıxışlar, radikal dini terrorizm, qaçqın axını və kriptovalyuta spekulyasiyaları, kəşfiyyat müzakirələri, sosial media inhisarçılarının iddiaları və sosial medianın kəşfiyyat toplama vasitəsi olaraq istifadə edilməsi iddiaları, Qərb bürokratiyasında tez-tez ortaya çıxan irqçi münasibətlər və dini ayrı-seçkiliklər kimi yüzlərlə sahədə polihibrid döyüş texnikalarından və strategiyalarından istifadə olunur.

Qərbin “beynəlxalq münasibətlər qalereyası üçün yeni vasitələrə ehtiyac duyması” nəticəsində bütün lazımi vasitələri bir-bir nümayiş etdirdiyini görmək heç təəccüblü olmayacaq. Bu mənzərəni daha yaxşı anlamaq üçün ən əlverişli sahə futboldur. Yerlilərdən daha çox, xarici oyunçularla dolu olan komandalar qələbə üçün hər vasitədən istifadə edildiyini açıq şəkildə göstərirlər. Buna görə də, müxtəlif səbəblərdən Roma imperiyası kimi çoxşaxəli, çox mədəniyyətli və çox dinli olan yeni bir dünya ortaya çıxır. Bu qlobal “Roma”laşma tendensiyası etnik mənsubiyyəti və dini formanı yaşadan, lakin “dövlət” fenomenini və milli dövlət anlayışını daha da gücləndirən bir paradoksu da meydana gətirir.

Bu səbəbdən, Əfqanıstanda yaşanan təcrübələr, Qərb ölkələrində radikal dini terrorun yaratdığı travma və son zamanlarda Qərbə qarşı yönələn “asimmetrik” parametrlər Qərb ölkələrini öz təcrübələrini yeniləməyə vadar edir. İlk addımlar da Fransa, Almaniya və İngiltərənin müstəmləkəçilik keçmişindən peşman olması və bunun üçün diplomatik üzr istəməsi idi.

Neyl Ferqusonun Böyük Britaniyanın liberal və ya libertarian siyasi sistemini Böyük Britaniyanı həm böyüdən, həm də alçaldan bir mexanizm olaraq təyin etdiyini və bu həqiqətə görə qınandığını da qeyd etmək lazımdır. Azadlıq anlayışı Qərb üçün qlobal strateji bir tarazlıq mexanizmi olaraq qarşıdakı dövrdə daimi bir trend mövzusu olacaq. Beləliklə, Qərb məna axtarışında yeni bir dövr başlatmağa çalışacaq.

Digər tərəfdən, Çinin tətbiq etdiyi “Pul, lüks həyat və istehlak varsa, düşüncə və siyasi azadlığın mənası yoxdur” strategiyası da insanın “məna axtarışı”na məğlub olacaqmı?

Kütlələr intellektual, etik və bəşəri dəyərlərlə deyil, pulla ön plana çıxacaqlarsa, bu, o deməkdir ki, Qərbin əlində ideoloji, iqtisadi, siyasi və sosial bir kozr qalmayıb.

İnsanın məna axtarışı pulla bitəcəksə, o zaman vurğulamaq lazımdır ki, Çin cəmiyyəti “siyasi və intellektual azadlıq, yoxsa pul?” sualına hələlik “pul” cavabını verir.

Kripto pulların “pulsuz” kütlələrə yayılması mümkün olsa, pulu ələ keçirən iqtisadi cəhətdən əlverişsiz kütlələr, ehtimal ki, puldan kənar olan bütün tələblərdən imtina edəcəklər və bunu da mütləq nəzərə almaq lazımdır. Bu vəziyyətdə narkomaniya asılılığı kimi, pul asılılığı anlayışını da irəli sürmək və kütlələrin pul asılılığının ən təhlükəli asılılıq növünə çevrildiyini bildirmək çox vacibdir.

Pulun insanı insan edən həyati bir dəyərə çevrilərək fərd üçün ən strateji “maddə” olması qlobal dəyişikliyin və çevrilmənin simvoludur. Bu simvol dünən Avropaya qeyri-adi bir motivasiya verdi və bu gün eynisini Asiyaya da edir. Bu motivasiya dairəsi hələlik ideologiyaları ləğv etsə də, yeni ideologiyaların istehsalı və rəqabətə girməsi tezliklə bütün dünyanı gərgin mübarizəyə, şiddətli qarşıdurmaya və hər cür amansız güc mübarizəsinə sürükləyəcək.

Bu kontekstdə, Çin maddi cəhətdən sosial məmnunluq layihəsini tətbiq etsə, yuan fenomeni qısa müddətdə bütün ideologiyaları məhv edəcək. Daha sonra ideologiyalar, fəlsəfələr və digər referanslar pulu yenidən öldürəcəklər. Təəssüf ki, bu məsələdq ümidli olmaq mümkün deyil.

Siyasət koridorlarında deyil, iclas salonlarının oturacaqlarında yüksələn rifah insanı sadəcə pul yeyən bir varlığa çevirə bilər. “Pulum olsa, hər şeyi alıb hər şeyi edə bilərəm” fikrinin reallaşması, mənfi anarxizm və dağıdıcı hedonizm bəşəriyyətin məna axtarışını sonsuza qədər məhv edə bilər. Belə bir mühit “Newyork, Newyork” filmində də təsvir olunub.

Bundan əlavə, “istədiklərimi versən, öz istədiyini ala bilərsən” prinsipi yeni beynəlxalq münasibətlər dinamikası kimi önə çıxır. Keçmişdə dövlətlər öldürərək qalib gəlməyə çalışarkən, bu gün isə dövlətlər strategiya inkişaf etdirərək qazanmaq yoluna giriblər. Demoqrafik zəhərli bir maddə kimi qəbul edilən “doğub-törəyən əhali”nin pulla “yemlənən” yeni bir varlıq kimi kodlanması yeni bir strateji dəyər kimi sorğulanmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar