Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Yeni müharibə, yeni simalar: İŞİD-in sonudur, yoxsa oyun yeni başlayır?..

YPG də, Məzlum Kobani də, Bağdadi də işin içindədir. Əlbəttə ki, ABŞ və Pentaqon da...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 30 oktyabr 2019-cu il

Vaşinqtonun niyyətini və məqsədini anlamadan addım atmaq düzgün deyil. Son hadisələr, sanki, bizə 11 sentyabr hücumunu xatırlatdı. O zaman da qüllələr vurulduqdan 1-2 saat sonra Əl Qaidə və Bin Laden hədəf kimi göstərilmişdi.

Tora-Bora mağarasında yaşayan bir adam gəlib ABŞ-ı düz ürəyindən vurmuşdu. Özü də ABŞ-ın öz təyyarələri ilə! Bu, çox böyük təhlükə idi. İnsanlar ölürdü və MKİ ilə Pentaqonun bundan xəbəri yox idi. Nağılın da adını Bin Laden qoymuşdular və inanmağımızı istəyirdilər.

11 sentyabrdan sonra Buşun “ABŞ heç nə əvvəlki kimi olmayacaq”, deməsinin ardınca nələr baş verdiyi gördük: ABŞ dünyadakı təsirini 100% artırmağa nail oldu. Hücum Nyu-Yorka qarşı edilsə də, ABŞ hər yerə girirdi.

Lakin bundan sonra rollar yenidən dəyişməyə başladı. İŞİD adlı bir təşkilat quruldu. Bu təşkilat İraqda və Suriyada aktiv olan bir terror təşkilatı idi. Üstündə İslam sözü yazılmışdı, amma fəaliyyətlərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur.

İŞİD hər kəsi hədəfə qoyur, lakin təkcə yəhudiləri ayrı tuturdu. Fransa başda olmaqla, bir çox Avropa ölkəsinə qarşı edilən hücumlarda İŞİD-çi xristianları görürdük. İslam dinini müdafiə etdiyi deyən İŞİD Türkiyə kimi əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə 20-dən çox terror aktı törədib.

Ümumiyyətlə Vaşinqtonun Bağdadi ilə yeni bir yola qədəm qoyduğu aşkar idi. Bunu başa düşmək üçün çox da iti zəka lazım deyil. Pentaqondakı bütün komandirlərdən bir telefon zəng qədər uzaq olan Bağdadi çox şişirdilirdi. ABŞ mediasının da missiyası bu idi.

İŞİD rəqəmlərlə şişirdilir və buna qarşı çıxan qüvvələr ortaya çıxırdı və bu da YPG idi. İŞİD-in olduğu hər yerdə həmişə təsadüfən ABŞ-ın planları qurulurdu. Keçən gün dediyim kimi, bu da Ladinin aqibətinə bənzəyirdi və dünən də Bağdadinin cəsədinin dənizə atılması xəbəri çıxdı. Yəni oyun davam edir...

İndi oyun ikinci mərhələyə keçilib. Hələ heç nə bitməyib. Bağdadinin cəsədi dənizə atıldıqdan sonra ABŞ-dan daha bir açıqlama gəlib: “Bağdadinin yerinə Abdullah Qardaş keçdi”. İŞİD bitmiş kimi görünsə də, əsas bundan sonra daha da böyüyəcək.

İraq və Asiya yeni oyun sahəsinə çevriləcək və bu bölgədə sarsıdıcı əməliyyatlar keçiriləcək. İraq sarsılarkən ABŞ da, təbii ki, “İraqın yanındayıq”, deyəcək.

ABŞ Qardaşla birlikdə İraqdakı və xüsusilə də, Mosul və Kərkükdəki nefti YPG ilə birləşdirəcək. Bunun üçün də ABŞ Türkiyənin Suriyadakı tələblərini qəbul edib. Bəli, Rusiyanın və Əsəd qüvvələrinin, YPG-nin Suriya Milli Ordusunun yerləşdiyi və 13 müxtəlif kəşfiyyat təşkilatından 2000-ə yaxın agentin olduğu İdlibdə Bağdadi öldürülüb.

Bağdadi kimi böyük bir təşkilatı idarə edən adamın İdlibə gəlməsi sizə də məntiqsiz görünmür?

Bağdadi 3 ildir ABŞ-ın nəzarətində Afrikada yaşayır. Hələ də eyni evdədir və öldüyünü ekrandan izləyir. ABŞ medianın gücüylə yenə Bağdadinin hekayəsini öz üstünə götürür. Üstəlik, bu hekayədə Məzlum Kobaniyə qəhrəman adı verərək İraq planını tətbiq etməyə çalışır.

Abdullah Qardaşla Məzlum Kobaninin 2010-cu ildə ABŞ-da oxuduğunu bütün kəşfiyyat şəbəkələri bilir. Həmçinin 3 hıəftıə eyni otaqda yaşamaları da gizli deyil. Yəni ki, yeni İŞİD-lə YPG qardaşlıq elan edəcək.

Sünni bir təşkilat kimi tanıdılan İŞİD ilə digər sünni təşkilat olan YPG heç müharibə etmədiyi üçün indi birlikdə hərəkət edəcəklər. Əlbəttə ki, qarşılarında bir şiə ittifaqı da olacaq. ABŞ bölgədəki təsirini artırmaq üçün kürd qruplarını birləşdirməyə qərar verib. Türkiyənin əməliyyatları da bir birləşməni sürətləndirib. İndi də İraqda və Suriyada Türkiyə ilə birlikdə hərəkət edən tayfalar YPG-nin və İŞİD-in hədəfində olacaq.

Bərzani daha da güclənəcək və vaxtı gələndə kənarlaşdırılacaq. Yeni bir kürd qəhrəmanı yaradılacaq.

11 sentyabr hücumları və nəticələri ortadadır. Hücumlardan sonra 3 prezident dəyişsə də, ABŞ-ın planı rahat şəkildə irəliləyir. Abdullah Qardaşın adını da hələ çox eşidəcəyik. Qardaş ingiliscə, fransızca, almanca və türkcə çox yaxşı danışır. Yəni beynəlxalq münasibətlərdə mütəxəssis sayılır.

ABŞ-da hədəf eynidir. Neftin vətənini mühasirəyə alıblar. Vaşinqton-Pentaqon-MKİ xətti nefti heç vaxt başqa birinin əlinə buraxmayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar