Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq İqtisadiyyat naziri Şahin Mustafayev haqda bilmədiklərimiz

Şahin Mustafayev haqda maraqlı məlumatlar...

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında ötən gün sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

PİA.az “Yeni Sabah” - a istinadən Şahin Mustafayevin tərcümeyi-halını təqdim edir. Şahin Abdulla oğlu Mustafayev 1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.

2016-cı ilin yanvarın 15-dən bu günə kimi iqtisadiyyat naziri işləyib.

Ailəlidir, 3 övladı var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar