Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni icra başçısı sakinlərin problemlərini dinləyib - Səmimi söhbət...

Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib...

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşmışdı.

Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı Anar Tağıyev bildirmişdir ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilmişdir. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırmışdır.

Anar Tağıyev qeyd etmişdir ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində pespublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz vermişdir.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verildi. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar