Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni hərbi üsullar: Qanlı müharibələrin yerini nələr alacaq?

Muzdlu əsgərlər həm dövlətlərin işini görür, həm də dövlətlərə ənənəvi müharibə kimi riskli və bahalı deyil... 

Həsən Basri Yalçın

“Sabah” qəzeti, Türkiyə, 26 dekabr 2019-cu il

Dünyada müharibə etmək formaları yavaş-yavaş dəyişir. İkinci Dünya Müharibəsindən bu yana dövlətlər arasında daha az müharibə baş verib. Lakin indi bütün bunları nüfuz qazanma müharibəsi əvəzləyib..

Nüvə silahlarının kölgəsində davam edən Soyuq Müharibə dönəmində super qüvvələr bir-birlərini tükətməyə çalışırdılar. Sovet İttifaqı Vietnam və Koreya müharibələrində Amerika əleyhinə qrupları dəstəkləyərkən, ABŞ da Əfqanıstanda olduğu kimi bir çox müharibələrdə bəzi qruplara Sovet əleyhinə dəstək verirdi. 90-cı illərdən bu yana, xüsusilə Afrika və Yaxın Şərq kimi ərazilərdə terror təşkilatlarının və ya müxtəlif milis qüvvələrinin iştirak etdiyi toqquşmalar çoxalmağa davam edir. 

Ənənəvi müharibələrin xərci çox olduğu üçün dövlətlər ağır itkilər vermək əvəzinə, dolaylı bir mövqe göstərməyə çalışır. Suriya, Yəmən, Liviya da eynilə buna uyğun mübarizə sahəsidir. Dövlətlər fərqli ideoloji qruplara dəstək verməklə yanaşı, özəl hərbi şirkətləri də aktivləşdirir. Amerika və Rusiya bu mənada ən proqressiv nümunələr hesab edilə bilər. Muzdlu əsgərlər həm dövlətlərin işini görür, həm də dövlətlərə ənənəvi müharibə kimi riskli və bahalı deyil.

Amerika dünyanın uzaq bir ərazisində əsgərlərini itirməyi qəbul edə bilmədiyi üçün muzdlu əsgər tutan bir çox şirkətlə müqavilə bağlayır. Rusiya onsuz da hibrid adlandırdığı yeni müharibə sisteminə keçid edib. Krımı işğal edərkən bu üsuldan ustalıqla istifadə etmişdi. Ukraynaya sivil vətəndaş kimi daxil olan muzdlu əsgərlər bir anda ortaya çıxıb Krımı ələ keçirdişər. Bütün dünya şübhə etsə də, hadisə ortaya çıxana qədər heç bir reaksiya verməyib. İşğal dəqiqləşdikdən sonra artıq ediləcək bir şey qalmamışdı.

Türkiyə regionunda bənzər şəkildə Səudiyyə Ərəbistanı və BƏƏ kimi müharibəyə meyillənən bir çox oyunçu ortaya çıxıb. İran onsuz da uzun illərdir ideoloji milis qüvvələrindən istifadə edir. Bu milislərə pul ödəndiyi üçün də İranın bahalı hərbi üsullardan istifadə etdiyini deyə bilərik. 

Türkiyədə belə bir ənənə yoxdur. Türk ordusu olduqca ənənəvi bir məntiqə sahibdir. Lakin son illərdə baş verən hadisələr məcburi şəkildə Türkiyəni də bu yola salıb. Bir az təmkinli şəkildə olsa belə, Türkiyənin də yol qət etdiyini deyə bilərik. “Fərat Qalxanı”ndan “Zeytun Budağı”na və oradan da “Sülh Çeşməsi” Hərəkatına qədər geniş prosesə baxdıqda Suriya Milli Ordusunun uğur qrafikinin birbaşa yüksəldiyini görmək mümkündür. Təbii ki, buna hələ də muzdlu əsgər və ya özəl hərbi şirkət demək olmaz. Amma ən azından milis qüvvələrini dəstəkləyən və hibrid müharibə aparan qüvvələr inkişaf edir.

Bu yeni müharibə üsulunu qlobal olaraq yanlış hesab edə bilərsiniz. Özəl hərbi şirkətləri bir çox səbəbə görə tənqid etmək olar. Lakin yeni dünya heç belə deyil. Əxlaqi olaraq nə qədər tənqid etsək də, rəqiblərin yeni silajhı budur. Əvvəl-axır digər ölkələr də bu sistemə keçid edəcək. Xüsusilə Liviya hadisələrinə baxdıqda bunun önəmi ortaya çıxır. Yəni heç kim vaxt itirmək istəməyəcək.

Orijinal 

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar