Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni həll prosesi: PKK kimlərin əlaltısıdır?..

Türkiyə öz maraqlarını qorumağa çalışan kimi PKK, HDP, Ermənistan, Yunanıstan və Kipr-yunan tərəfinin eyni anda reaksiya verməsi səbəbsiz deyil. Çünki hamısı eyni mərkəzdən idarə olunur...

Özcan Yeniçeri

“Yeniçağ” qəzeti, Türkiyə, 9 iyun 2020-ci il

Soyuq müharibənin marksist-leninist təşkilatı olan PKK özünü Türkiyədəki yaşayan əzilmiş insanların taleyini dəyişdirmək istəyən, anti-imperialist (!) bir quruluş olaraq xarakterizə edirdi. Guya proletariatın, əməkçinin, əzilənin və işçinin partiyası olan bu təşkilat, qəfildən ABŞ-ın Suriyadakı qurğuları və texnikası altında imperializm üçün müharibə aparan bir vəhşiyə çevrildi. Yəni anti-imperialist bir paradiqmadan imperializmin xidmətçisinə çevrilib. Soyuq müharibədən sonra bu təfəkkür bir anda anti-türk şəxsiyyətinə bürünərək qırğınlara başlayıb.

Türkiyədəki iqtidar da axırda bu terror təşkilatının məqsədini, əlaqələrini, nə etmək istədiyini və kim tərəfindən istifadə edildiyini başa düşüb.

“Həll Prosesi” adlı oyuna aldanan bu dövlət ağlı (əslində ağılsızlığı) bu dəfə oyunda qalmaq üçün ciddi şəkildə işləyir.

Bir vaxtlar deyilən “PKK silahı yerə qoysun, siyasətlə məşğul olsun”, “yeni bir həll prosesinə başlamalıyıq”, kimi açıqlamalar yenidən təkrarlanır. Türkiyə terrorla mübarizədən nəticə almağa başladıqda kəşfiyyat xidmətlərinin yerli əlaltıları “bu iş silahla olmaz”, deyərək sülh həvariliyi etməyə başladılar.

Həll Prosesinin “müdrik adamları” və mediadakı əlaltıları yavaş-yavaş səhnədəki yerlərinə doğru irəliləyirlər.

HDP-li millət vəkillərindən silahlı terror təşkilatına üzv olan 2 nəfər barədə məhkəmənin verdiyi qərar TBMM-də oxunduğunu üçün hər birinin vəkilliyi ləğv olunub və siyasət, sülh, demokratiya və buna uyğun olaraq yeni bir həll prosesi haqqında danışmağa başlayıblar.

Axı HDP-li vəkillərin belə bir problemi yoxdur. Onlar terror təşkilatının kütləvi qətlləri və insanları öldürmələri üçün bəhanələr yaratmaqla məşğuldurlar. HDP-nin millət vəkili: “Kürd problemi davam etdiyi müddətcə müharibə də, qarşıdurmalar da davam edəcək”, deyib. Bir başqası da terrorçu qatilin öldürdüyü şəhidlərin deyil, terrorçunun cənazəsində iştirak edir.

Silah və ya siyasət, sülh və ya müharibə, zorakılıq və ya demokratiyanı seçmək insanı silah, müharibə və şiddətə doğru sürükləyir.

Bəs yeni həll prosesi haqqında danışanlara nə olub?

PKK imperialist bir vasitədir.

HDP və ya PKK öz iradəsini imperialist qüvvələrə təslim etmiş passiv təşkilatlardır. Artıq hər kəs bunu başa düşməlidir.

HDP-nin ipləri PKK-nın, PKK-nın ipləri isə ABŞ-ın əlindədir və bu, geosiyasi reallıqdır.

HDP-nin PKK-dan və PKK-nın da Mossad və MKİ kimi kəşfiyyat xidmətlərindən müstəqil şəkildə hərəkət edə biləcəyini düşünmək bölgədə baş verənləri tam başa düşməməkdən irəli gəlir.

PKK bölgədə ABŞ və başqaları adından mübarizə aparan, yadlaşdırılmış yerlilərdən ibarət bir qətliam dəstəsidir. Daha dəqiq desək, PKK imperialist bir vasitədir.

Suriyada PYD/PKK-nı on minlərlə TIR silahla təchiz edən, silahlandıran və idarə edən kimdirsə, Qəndildəki PKK-nı, Ankaradakı HDP-ni idarə edən də həmin qüvvədir.

Əslində, HDP üzvləri ABŞ-ın komandanlığı altında döyüşən PYD kimi qüvvələrə arxalandıqlarını gizlətmirlər. İradəsi imperialist güclərin əlində olan bir terror hərəkatı onun varlığına səbəb olan gücə xəyanət etməz.

Bu çərçivədə “HDP Türkiyələşsin” və ya “PKK silahı atsın, siyasət etsin!”, “yeni bir həll prosesi başlasın” tipli boş fikirlər səsləndirmək də birmənalı deyil.

Yaxın Şərqdə baş verənləri başa düşməmək strateji cəhətdən kor və ya sadəlövh olmaq deməkdir.

TSQ İraqda və ya Suriyada əməliyyatlara başlayanda Cənub Şərqdəki dağların hərəkətliliyi səbəbsiz deyildi. Türkiyə Şərqi Aralıq dənizinə öz gəmilərini göndərdikdə İdlib və ya Əfrində bombalı hücumlar da bir-birindən müstəqil deyildi.

TSQ Liviyada ona qarşı aparılan oyunu pozmağa çalışdıqda PKK-nın əməliyyatlara başlaması da təsadüfi deyildi. Türkiyə öz maraqlarını qorumağa çalışan kimi PKK, HDP, Ermənistan, Yunanıstan və Kipr-yunan tərəfinin eyni anda reaksiya verməsi səbəbsiz deyil. Çünki hamısı eyni mərkəzdən idarə olunur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: PKK HDP Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar