Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni epidemiyalar niyə qaçınılmazdır və dünya növbəti pandemiyaya niyə hələ də hazır deyil?..

Virus meydana gəldikdən sonra onu məğlub etmək üçün peyvənd yaradılır. Ancaq əksər mütəxəssislərin fikrincə, əsas məsələ peyvənd yaratmaq deyil, bəri başdan virusun yaranmasının qarşısını almaqdır...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 29 mart 2020-ci il

Qlobal səviyyəli bir çox mütəxəssisin fikrincə, bütün dünya yaşadığımız epidemiyadan güc-bəla ilə canını qurtaracaq. Yenə də bu mütəxəssislər Covid-in aradan qaldırılmasından sonra çox sayda yeni epidemiyanın olacağını deyirlər və üstəlik, yeni epidemiyaların bu gün yaşadığımızdan daha şiddətli olacağını və xərclərin daha çox yüksələcəyini düşünürlər.

“Yeni ortaya çıxan xəstəliklər: Yabanı təbiətə əsaslanan ticarət və istehlak - Güclü bir qlobal idarəçiliyə ehtiyac var”, mövzuda bir qlobal veb-seminardan və oxuduqlarımdan öyrəndiyimə əsasən, deyə bilərəm ki, dünyanın yeni böyük bir epidemiyadan qaçması qeyri-mümkün görünür.

Hələlik vəziyyətdən çıxmağımıza kömək edən peyvəndi yaradan “Biontech” şirkətinin qurucularından Uğur Şahinin də dediyi kimi, qlobal səviyyədə baş verə biləcək yeni epidemiyalara görə ən azı üç ay ərzində peyvəndlər üzərində işləmək, istehsala və tətbiqetməyə hazırlamaq üçün kifayət qədər peyvənd yaratmaq lazımdır.

Dünyanın bunun öhdəsindən necə gələcəyini yaşayıb görəcəyik. Amma bundan əvvəl yeni bir epidemiyanın niyə qaçınılmaz olduğunu izah etmək lazımdır.

Yeni epidemiyalar niyə qaçınılmazdır?

Covid epidemiyasının harada başladığı barədə hələ də elmi müzakirələr davam edir. Ancaq bir çox alim mənbənin Çinin Vuhan bölgəsi olduğunu düşünür. Digər nəzəriyyələr heç də düzgün deyil. Epidemiyanın bölgədəki laboratoriyada istehsal olunan bir virusun səhvən və ya qəsdən buraxılması səbəbindən başladığı düşünülmür. Əksinə, virusun mövcud normal şərtlər nəticəsində meydana gəldiyi və dünyanı təhdid etdiyi düşünülür.

İndi isə bu epidemiyanın necə baş verdiyinə və şərtlərinə baxsaq, dünyamızda yeni epidemiyaların niyə qaçınılmaz olduğunu anlaya bilərik.

Çində vəhşi heyvanlar üzərindən aparılan sıx ticarət şəbəkələri var və həmçinin, buna əsaslanan qida mədəniyyəti də mövcuddur. Yabanı heyvanlara baxan baytarları bu heyvanların bir-birinə yaxınlaşması və insanlarla təmasda olması səbəbiylə virusların yarana biləcəyini müəyyənləşdiriblər.

Bu təhlükənin qarşısını almaq üçünsə insanlar ətraf mühit şəraitini pozan və təbiətin normal fəaliyyətinə mane olan çirklənməyə yol verməməlidirlər. Bundan əlavə, cəmiyyətlər təbiətlə insan arasındakı məsafəni məhv edən şəhərsalmaya, havanın çirkləndirilməsinə və ətraf mühitə ziyan dəyməsinə icazə verməməlidirlər.

Lakin Çində belə həssaslıq yoxdur. Şəhərlər təbiətin güclü olduğu əraziyə getdikcə daha da yaxınlaşır, daha çox şəhər salınır və bu bölgəni ələ keçirir. Nəticədə isə virusun meydana gəlməsinə və insanların sıx olduğu şəhərdə sürətlə yayılmasına səbəb olur.

Əlbəttə ki, bu cür səhvlər yalnız Çində deyil, Latın Amerikasında, xüsusən Amazon bölgəsində və Afrikada da mövcuddur. Buna görə də, bu mənbələrdən birindən yeni bir epidemiyanın başlaması qaçılmaz görünür.

Ağıllı kollektiv fəaliyyətə ehtiyac var

Virus meydana gəldikdən sonra onu məğlub etmək üçün peyvənd yaradılır. Ancaq əksər mütəxəssislərin fikrincə, əsas məsələ peyvənd yaratmaq deyil, bəri başdan virusun yaranmasının qarşısını almaqdır. Bunun qlobal səviyyədə baş verməsi üçün isə ağıllı kollektiv fəaliyyətlərə ehtiyac var.

Bunların nə olduğuna gəlsək: insanlar ən qısa müddətdə dünyamızda təmiz su ehtiyatları, sağlam təbiət və ekosistemlər, baxımlı meşələr, sağlam ətraf mühit şəraiti və sağlam qida mədəniyyəti yaratmalıdırlar.

Ümumiyyətlə dünyaya baxarkən aydın görünür ki, yeni virusların meydana gəlməsi üçün əlverişli mühiti olan bölgələrdə epidemiyanın qarşısını alan sağlam şərtlərin yaradılması üçün heç bir səy göstərilmir. Hətta epidemiyanın başlamasına səbəb olacaq bölgələrdə Çində Covid-dən əvvəl edilən bütün səhvlərin təkrarlandığını görə bilərik.

Türkiyədəki vəziyyət

Bu müzakirələr dinləyərkən dünyanın yeni bir epidemiyanın qarşısını almaq üçün təəssüf ki, heç şüurlu şəkildə hərəkət etmədiyini və Türkiyənin də xüsusilə təhdid altında olduğunu düşündüm. Çünki burada ətraf mühitə də zərər verilir. Meşə sahələri məhv edilir, havanın çirklənməsinə əhəmiyyət verilmir, ekosistemləri və təbiəti məhv edən çoxlu inşaat zonaları var. Digər tərəfdən isə məlumdur ki, şüursuz siyasətlər və ya təbii şərtlər səbəbindən kənd təsərrüfatı məhsulları azalan ölkələrin insanları da təbiətə əsaslanan qida mədəniyyətini inkişaf etdirə bilirlər.

Türkiyə mütləq şəkildə həm öz daxilində virus yaradacaq şərtləri düzəltməli, həm də bu baxımdan dünyada aktiv şəkildə iştirak etməlidir. Ölkənin və bəşəriyyətin gələcəyi bu cür şüurlu addımlardan asılıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar