Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dünya sistemində Türkiyə ön sıralarda!

Bu yazı araşdırma və analizin vəhdəti formatındadır!

I. Türkiyə↔Qətər münasibətləri
II. Səudiyyə Ərəbistanı↔Türkiyə konflikti
III. Türkiyə↔Misir gərginliyi
IV. Birləşmiş Ərəb Əmirliyi↔Türkiyə ixtilafı
V. Türkiyənin yeni sistemdə mövqeyi
Rusiya ilə Ukrayna konflikti siyasi arenada balansı dəyişdirdi. Artıq dünya təkqütblülük üçün mübarizənin şahidi olacaq. Bu mübarizə "soyuq" formada başlasa da, "odlu" səpkidə davam edəcək. Türkiyə elə bir siyasət yeridir ki, bütün tərəflərə sərf edən dövlət rolundadır. Həm NATO, həm Rusiya, həm Orta Şərq dövlətləri, həm də Cənubi Qafqaz dövlətləri üçün mühüm bir elementdir. Türkiyə belə bir vəziyyətdə balans siyasəti yeritməklə öz məqsədlərinə daha da yaxınlaşır.

I. 2010/11-ci illərdə baş verən “ərəb baharı” proseslərindən sonra Türkiyənin bəzi körfəz dövlətləri ilə münasibətləri kəskinləşdi.

Türkiyə↔Qətər əlaqələri stabil xətlə davam etməkdədir. 2017- ci ildə 4 körfəz dövləti- S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir Qətərə blokada vəziyyəti tətbiq etdilər. Qətərə hava, quru, dəniz sahələrində embarqolar həyata keçirdilər. Türkiyə bunu şiddətli şəkildə qınadı. Türkiyənin Qətərin yanında dayanması bu 4 dövlətlə “diplomatiyanın girdabını” yaratdı. Türkiyənin ən böyük hərbi bazalarından biri Qətərdə yerləşir. Qətər Türkiyə üçün hərbi, iqtisadi cəhətdən çox önəmlidir. Bu körfəz dövlətləri Qətəri İranla yaxın əlaqələr qurmaqla, terror örgütlərinə yardım etməklə ittiham edərək üz çevirdilər və Qətərin önünə 13 şərt qoydular. Bu şərtlərin ən önəmlisi Qətərin təzminat ödəməsi və Türk bazasının bağlanması idi. Müttəhim damğası yeyən Qətər bu 13 şərtin hamısın qəbul etmədi.

Buna baxmayaraq, körfəz dövlətləri 4 ilə yaxın tətbiq edilən embarqoları aradan qaldırdılar. Körfəz dövlətlərinin bir ittifaqda olamsında sabiq Amerika Prezidenti Trampın rolu böyükdür. Tramp körfəz koalisiya yaratmağa və bu dövlətləri İsraillə yaxın əlaqələr qurmağa səsləyirdi. ABŞ vasitəsi ilə BƏƏ, Səudi Ərəbistanı, Bəhreyn karallığı və Misirin( digər körfəz dövlətləri də tədricən qatılacaq) İsraillə əlaqələr qurmağa başlaması, yeni bir güc koalisiyasının formalaşmasına dəlalət verir.

Türkiyənin bölgədə son illər güc dairəsini genişləndirmək politikası çalxalanmaya səbəb olur və pik hədd isə demək olar ki, Aralıq dənizində baş verir.Türkiyə daha öncə də bir çox hərbi quru əməliyyatı keçirir ki, bu da bəzilərində aqresiya yaradır. Səbəb isə dənizlərdə olan petrol qaynaqlarıdı. ABŞ-nin Aralıq dənizində Yunanlara yardım etməsi, Cənubi Kipr Rum yönətiminə qarşı tədbiq etdiyi silah embarqosunu aradan qaldırması buna dəlalət verir.

II. Səudiyyə Ərəbistanı↔Türkiyə münasibətləri Qətərə və öldürülmüş müxalif jurnalist Kamal Qaşıqçıya görə destruktiv bir ampluaya girmişdi.

2018-ci ildə Kamal Qaşıqçı Türkiyədə vəliəhd Məhəmməd bin Salman tərəfindən öldürüldükdən sonra Türkiyə ilə eskalasiya pik həddə çatdı. S.Ərəbistanı 2020-ci ildə Türkiyəyə qarşı bir neçə sektorda embarqolar tətbiq elədi. Gərginlik yaşanana qədər tərəflər arasında ticari dövriyyə 6 milyarda yaxın idisə də, konfliktdən sonra bu rəqəm 3,5-ə endi. Körfəz dövlətləri ilə bu yaşananlar Türkiyə iqtisadiyyatında bir xeyli boşluqlar yaratdı. Lakin son zamanlar Türkiyə Qaşıqçı davasını S.Ərəbistanına ötürdükdən sonra düyünlər açılmağa başladı. 2022-ci ildə 2 tərəf diplomatiyanın qapılarını genişləndirdilər. Prezident Ərdoğan kral Salman bin Abdülaziz El Suudi ilə, vəliəhd şahzadə Məhəmməd bin Salmanla da yaxın görüşmələr keçirtdi və mövcud olan embarqoların aradan qaldırılması istiqamətində müsbət addımlar atdılar. Bu embarqoların ardan qalxmasının şahidi ola bilərik.

Ərdoğan təkcə bu körfəz dövləti ilə kifayətlənməyərək, BƏƏ, Misir, İsraillə də münasibətləri nizama salmağı bacardı. 14 ildən sonra ilk də bir İsrail Prezidenti(İsak Hersoq) Türkiyəyə səfər etdi. Bu səfər yeni əlaqələrin başlanğıcını qoyaraq artıq Türkiyənin bölgədə önəmli bir aktor olduğu mesajını verdi. İsrail tərəfi “alçaq kreslo”, “Göy Mərmərə” böhranları ilə( Türkiyə nümayəndəsini alçaq bir kresloda əyləşdirmələri; Qəzzaya yardım aparan gəmiyə basqın edilməsi) vəziyyəti dağıdıcı bir məcraya sürüklədi. Fələstin məsələsi isə tərəflar arasında anlaşmazlığın kulminasiya nöqtəsi olmuşdu. Ancaq indi buzlar əriməyə başladı. İsrail Türkiyədən İrana və onun dəstəklədiyi Həmasa qarşı istifadə etməyə səy göstərir. Türkiyə də İsrail vasitəsilə hərbi və iqtisadi gücünü arılrmağı planlaşdırır.

III. Türkiyə↔Misir münasibətləri 9 il idi axarında deyildi. İki tərəf arasında əvvələr də gərginliklər olsa da, əsas münaqişə 2013-cü ildən başladı.

2013-cü ildə sabit prezident Əbdülfəttah Əl-Sisinin sabiq prezident “Müsəlman Qardaşları” hərəkatının rəhbəri Məhəmməd Mursini çevrilişlə devrməsi iki tərəf arasında nifaq saldı. Mursi Türkiyə ilə danışıqların tərəfdarı idi və Suriya məsələsini birlikdə həll edə bilmək üçün səylər göstərirdi. Lakin tərəflər arasında potensial təhlükə mövcud deyil, sadəcə əlaqələr soyuq şəkildədir. Xüsusilə də, Türkiyənin Livyada üstünlükləri və Livya hökuməti ilə dəniz anlaşması Misiri çox narahat edən amillərdən idi. Misir isə bunun əksinə olaraq, Livyanın şərqində ağalıq edən Xəlifə Xaftərə dəstək verir, həmçinin Yunanistan tərəfiylə də nizamlı siyasət yeridir. Bu iki tərəf tez-tez Türkiyənin əleyhinə fikirlər səsləndirir, Livya ilə Türkiyə arasında imzalanan dəniz müqaviləsini rədd edirlər. Çünki bu anlaşma onlara sərf etmir. 2019-cu ildə imzalanan bu müqavilə tərəflərə Aralıq dənizinin sərvətləri üzərində sahiblik etmə imkanı yaratdı. Müqavilə Aİ tərəfindən konstruktiv qəbul edilməsə də, BMT tərəfindən ratifikasiya edilib. Misir Türkiyənin bölgədə super güc olmasından, dənizlərdə ağalıq etməsindən ehtiyat edir. 2020/21 yenə bu iki tərəfli böhranın uzlaşma nöqtəsi oldu. Tərəflər arasında yumşaq güc istifadəyə daxil oldu.

IV. Türkiyə↔Birləşmiş Ərəb Əmirlikləri konflikti də yuxarıdakı komponentlərdən qaynaqlanır.

Bunlardan əlavə Türkiyə tərəfi BƏƏ-ni uğursuz 15 iyul çevrilişinə maliyyə yardımı etməklə ittiham edir. 2021-ci ildə Ərdoğan BƏƏ ilə yeni bir dövrün başlandığını bildirmişdi. Bu çıxışdan sonra tərəflər arasında müxtəlis sferalara aid 13 müqavilə imzalandı. Hətta BƏƏ-nin yaxın gələcəkdə Türkiyəyə 20 milyard dəyərində investisiya qoyacağı da gözlənilir. Amerika ilə yaşanan ixtilaftdan sonra Türkiyənin valyutasında bir xeyli düşüş yaşandı. Hal-hazırda iqtisadi çətinliklər yaşanmaqdadır. Lakin Ərdoğanın körfəz dövlətləri ilə aradakı səddi qaldırması və iqtisadi axını bərpa etməsi hesab edə bilərik ki, Türkiyə üçün böyük avantajlar qazandıracaq.

V. Türkiyənin NATO dövləti olması həm müsbət, həm də mənfi çalarlara malikdir.

Türkiyənin 16 yerində ABŞ bazaları , 15 yerində isə NATO radarları mövcuddur. Türkiyənin NATO üzvü olması təhlükəsislik baxımından müəyyən qədər qaranti yaradır. Lakin tam bir super güc olmasına da əngəl törədir. NATO Türkiyəni bölgədə balans yaradacaq bir güc olaraq dəyərləndirməkdədir. Həmçinin Türkiyənin alyansın üzvü olması Rusiyanı da ehtiyatlı davranmağa vadar edir. Rusiya-NATO qarşıdurmasında Türkiyə önəmli bir mövqeyə malikdir. Dünya təkqütblülük uğrunda mübarizənin şahidi olacaq. Bu yeni sistemdə Çinin rolu olduqca güclüdür. Çin və Türkiyə əlaqələri artan xətt üzrə getməkdədir. Rusiyanın Ukraynada zəiflədilməsi Türkiyəyə Suriyada və ətraf bölgədə əl-qolunu genişləndirmək imkanı qazandırdı.

Həmçinin Şimali İraq Kürdistan Müxtariyyəti ilə danışqlar apararaq İraqın şimalında terrorizmə qarşı mübarizə daha da gücləndi. Türkiyə son zamanlarda hərbi gücünü 2 qat artırıb. Türkiyə artıq Balkanlarda, Afrikada, Orta Şərqdə, Körfəzdə, boğazlarda, dənizlərdə, Cənubi Qafqazda, hətta müəyyən qədər Avropada da öz yerini alıb!

Yaxın gələcəkdə Türkiyənin öndə gedən bir siyasi, hərbi güc olacağını görə bilərik! Yeni dünya nizamı tam formalaşsa, Türkiyə bu sistemdə önəmli bir aktor olacaq!

Siyasi ekspert Elman Vəliyev

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar