Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dünya nizamının hegemonu kim olacaq? – Hindistan və Çin arasında soyuq əsinti

Dünya yeni bir Hindistan-Çin gərginliyinə, böyük ehtimalla bu iki nəhəngin müharibəsinə şahid olacaq…

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 avqust 2019-cu il.

Dünya tarixi böyük güclərin hegemoniya mübarizəsindən ibarətdir. Geridə qalan ölkələri araşdıran akademik çevrə bu məsələnin dərinliklərini araşdırır. “Tarixi münasibətlər natarazdır” demək yetmir. Natarazlıq birtərəfli əlaqələr doğurmur. Əksinə, xeyli qarmaqarışıq olan bir “dünya işbölümü”nü ortaya çıxarır. Bunun səbəbi də bəsit olaraq, indiyə qədər heç bir hegemon gücün tək başına hegomoniya yaratmamasıdır. Bunun belə olmasında, iqtisadi quruluşlarla, siyasi-administrativ quruluşlar arasında tutum fərqi bəlirləyicidir.

Bəzi misallar üzərindən davam edək; Qədim dünyada, bəzi hegemon güclər özlərinin qapalı dövriyyə quruluşlarına sahib idilər. Məsələn, Amerika ərazisindəki hegemon quruluşların Asiya və ya Afrikadakı bənzər quruluşlarla əlaqəsi olmayıb. Asiyadakı quruluşlar isə, istər ipək, istərsə də ədviyyat yolu üzərindən, çox hissəli hegemonik quruluşları ortaya çıxardıb.

Mərkəzdə yer alan Çinin məhsulları karvanlar vasitəsilə çox uzaq yerlərə aparıla bilirdi. Amma Çin imperiyası, siyasi və administrativ olaraq bunun tək hakimi deyildi. İpək yolunda qismən varlıq göstərən, daha çox dəniz yolu üzərindən ədviyyat ticarətini həyata keçirən Hindistanda isə, ayrı və daha qarmaqarışıq siyasi quruluş hakim idi. Aralıq dənizinin şərqindəki siyasi quruluşlar isə, öz artıq mallarını ədviyyat və böyük ipək yolunun dövriyyəsinə qoşurdu. Nəticə olaraq, hegemoniyalar çox hissəli və yerli xarakterli idi. Burada mərkəzdən kənara doğru qarmaşıq “iş bölümü” mövcud idi.

Modern dünya da bunu tamamilə ortadan qaldıra bilmədi. Nə İspaniya, nə Portuqaliya kimi qabaqcıl dövlətlər, nə də onlardan sonra gələn Fransa, Hollandiya, və Britaniya, bu dünya hegemoniyasını qura bilmədilər. Müəyyən zamandan sonra razılaşsalar da, aralarında mütəmadi olaraq bu ticari gücü paylaşa bilmədikləri üçün müharibə yaşadılar. Hər zaman ən böyük hissənin sahibi olan və “üzərində Günəşin batmadığı” ilə iftixar edən Birləşmiş Krallıq belə dünya hegemoniyasına sahib ola bilmədi.

Britaniya " src="http://pia.az/photos/new/FILE-20190819-1726GY5LZ1Y692N1.PNG" width="463" height="297" />

Bəs Britaniya hegemoniyasının yerini alan ABŞ hegemoniyası üçün bu vəziyyət dəyişdi? Xeyir. 1990-cı illərdə “Berlin divarı”ın yıxılması və “Sovet düşərgəsi”in çöküşünü düz məntiq yürüdərək dəyərləndirən çevrələrin birqütblü olduğuna inandıqları bir dünyanın quruluşunu qeyd etməsi, yanlış düşüncə məhsulu idi. İndi isə bir baxaq…

Birləşmiş Krallığın hegemoniyası 1870-ci illərdə zəiflədiyinin siqnallarını verirdi. Onun yerini yüksələn üç böyük gücdən biri, ya Almaniya, ya ABŞ ya da Yaponiya alacaqdı.

Hələ də Avropa mərkəzli baxış hakim olduğu üçün, nəzarəti ələ almağa namizəd gücün Almaniya olacağı və sərmayənin Almaniyada toplanacağı düşünülürdü. İkinci Dünya müharibəsinin səbəbkarı ABŞ, Almaniya və Yaponiya arasındakı rəqabət idi.

Əgər Almaniya qazansaydı, daha böyük müharibənin, hər ikisi militarizmin zirvəsində olan Almaniya və Yaponiya arasında olacağı kənara atılacaq bir ehtimal deyil.

Hər nəysə, nəticədə ABŞ qazandı. Gücünü bütün sahələrdə ən üst səviyyəyə qaldıran ABŞ, ilk olaraq Sovet düşərgəsi ilə “iş bölümü” etməyə girişdi. Yalta konfransı da bunun üçün hazırlanmışdı. ABŞ, üstün gücünə rəğmən mütləq bir dünya hegemoniyası qura bilməyəcəyinin fərqində idi. Sovetlərə “Dünyanın 2/3-ü bizim, 1/3-ü sizin olsun”, deyilən konfrans da məhz Yalta konfransı idi. Əgər “komunizm təhlükəsi” daşıyan Sovetlər olmasaydı, ABŞ 2/3-ü necə idarə edəcəkdi? Eyni vəziyyət “ABŞ imperializmi təhlükəsi” üzərindən Stalin Rusiyası üçün keçərli idi. Nəticədə Berlin divarının yıxılması və Sovetlərin çökməsi, ABŞ hegemoniyasının zəfərini yox, onun necə sonuna gəlindiyini göstərir.

Hazırda ABŞ yüzilliyinin bitdiyi və Çinin, onun yerini almağa ən yaxın namizəd odluğu deyilir. ABŞ hegemoniyasının zəiflədiyi yerlərdə regional güc toplanmağa başlayır. Türkiyə də bunlardan biridir. Türkiyə səlahiyyətliləri artıq gələcəyin Çində olduğunu görür. Son rəsmi “Asiya Genişlənməsi” strategiyası da buna işarət edir. Türkiyə ABŞ hegemoniyası dövründə ikinci planda qalsa da yeni qurulacaq dünyanın mərkəzində yer almağa çalışır.

“Yeni Dünya nizamı”, ABŞ-ın yerini alacaq olan yeni hegemon gücün quracağı “iş bölümü” deməkdir. Bəs bu gücü kim təmsil edəcək? Necə ki, bir vaxtlar hamı Almaniyanın yoluna gözləyərkən ABŞ ipləri əlinə almağı bacardısa, Çin gözləntisi başqa bir fövqəldövlətin vasitəsilə aradan çıxa bilər. Bu dövlət isə Hindistan ola bilər.

Çinin çox ciddi riskləri var. İnanılmaz inkişafını ABŞ ilə qurduğu, başda dollar üzərindən qarşılıqlı asılılığa söykədi. Ona görə də ABŞ iqtisadiyyatının zəifləməsinin Çin üzərindənki təsirinin nə olacağı bəlirsizdir. Çin 2008-ci il böhranından “urbanization” həmləsi ilə aradan çıxa bildi. Amma, yeni böhran zamanı nə olacaq? Tutaq ki, Çin yeni böhran dönəmini də yola verə bildi. O zaman nə olacaq? Dünya yeni bir Hindistan-Çin gərginliyinə, böyük ehtimalla bu iki nəhəngin müharibəsinə şahid olacaq. Hindistan və Pakistan arasında yüksələn gərginlik buna işarətdir.

Bu əslində Çin-Hindistan rəqabətinin əks olunmasıdır. Türkiyə “Asiya genişlənməsi” edərkən çox diqqətli olmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır

Turqut
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar