Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Henri Kissincer: “Bəziləri düşünür ki, ABŞ “Manhetten Layihəsi”ni başlatmaqla peyvəndi tapması həm Amerikanı, həm dünyanı, həm də seçkiləri xilas edə bilər”...

Koronavirusdan sonra dünya dövlətlərinin siyasi-iqtisadi və geosiyasi mövqelərində hansı dəyişiklilər meydana çıxa bilər?

Politoloq: “Dünyada siyasi xəritə dəyişəcək. Bu da o anlamda baş verəcək ki, qlobal maliyyə şəbəkələrinin suni olaraq yaratdığı prosesdə bir çox siyasi hakimiyyətlər dəyişəcək”

“Adətən bu cür iqtisadi böhranlardan sonra vəziyyətdən çıxış üçün ya dünya müharibələri başlayır, ya da bu cür yolxucu xəstəlikləri ortaya atmaqla dünyanın yenidən siyasi xəritəsini dəyişməyə çalışırlar”.

Bu sözləri politoloq Natiq Miri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin koronavirus pandemiyasından sonra dünyanın tamamən dəyişəcəyi ilə bağlı yazdığı məqaləni PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer koronavirus pandemiyasından sonra dünyanın tamamən dəyişəcəyini və yeni düzənin 100 illərlə sürəcəyinin yazıb. PİA.az xəbər verir ki, planetin ən seçkin siyasi ağıllarından biri hesab olunan Henri Kissincer 3 apreldə dünya nizamı və virus haqqında bir məqalə yazıb, Məqalə “Koronavirus pandemiyası dünya nizamını əbədi olaraq dəyişdirəcək”adlanıb­­ və bütün dünyada pandemiyadan sonrakı yeni beynəlxalq nizam haqqında müzakirələri də arxasınca gətirib.

Heç kimə sirr deyil ki, Kissincer çox vaxt dünyanı yönəldən güclərin fikirlərini ifadə edir. 93 yaşlı siyasətçinin geopolitik düşüncələri isə həmişə günyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olur.

Kissincerin dünyanın tamamən dəyişəcəyi barədə fikir bildirməsi hansı anlama gəlir və yeni sistemdə böyük dünya dövlətlərinin siyasi-iqtisadi və geosiyasi mövqelərində hansı dəyişiklilər meydana çıxa bilər? Pandemiyadan sonra yeni dünya sistemi əsasən hansı şərtlərdən doğa bilər və hansı şərtlər yarada bilər? Həmçinin Kissincerin bu bəyanatı yeni dünya sisteminin yaranması ilə koronavirus arasında birbaşa əlaqə olduğunu ortaya qoyurmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Tramp elə-belə adam deyil. Trampın hakimiyyətə gəlməsi ilə bütün dünyanın həm siyasi, həm iqtisadi, həm də ticarət əlaqələri sisteminə ciddi zərbələr dəydi və bu prosseslər yeni dünya nizamının formalamasına start verdi”.

Koronavirusun şişirdilmiş məsələyə oxşadığını düşünən politoloq PİA.az-a açıqlamasında fikrini bununla əsaslandırıb ki, koronavirus olmadığı dövrlərdə belə bu sezonda, yəni iqlimin qışdan yaza keçən dövründə müxtəlif qriplər yayılır. Bu qriplərdən ölən insanların sayı heç də koronavirusadan ölən insanların sayından az olmur:

“Belə fikirlər təkcə Kissincerin timsalında deyil, bir çox sayılan analitiklərin gələcəyə baxışlarında da yer alır. Bir çox siyasətşünaslar, dövlət adamları səviyyəsində yeni beynəlxalq nizam barədə fikirlər səsləndirilir.

Düşünürəm ki, əvvəlcə bu məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Koronavirus bir pandenimiya olaraq ortaya çıxmış olsa da, qlobal səviyyədə iqtisadi böhrandan söhbət gedir. Bildiyimiz kimi ən böyük qlobal şirkətlər bu gün 30-40 faizə qədər öz səhmlərinin dəyərini itiriblər. Dünyanı idarə edən insanlar son bir neçə gündə 408 milyard dollar pul itiriblər.

Göründüyü kimi bu qlobal səviyyədə iqtisadi böhrandan, mən hətta deyərdim ki, xaosdan xəbər verir. Adətən bu cür iqtisadi böhranlardan sonra vəziyyətdən çıxış üçün ya dünya müharibələri başlayır, ya da bu cür yolxucu xəstəlikləri ortaya atmaqla dünyanın yenidən siyasi xəritəsini dəyişməyə çalışırlar. Yəni güclülər gücsüzləri əzmək üçün mexanizmi işə salırlar. Bu baxımdan Kissencerin dediklərində müəyyən həqiqətlər var.

Düşünürəm ki, bu məsələ konkret hansısa dövlətlərin siyasəti deyil. Müəyyən maliyyə şəbəkələri var ki, bu məslələrin də arxasında məhz həmin maliyyə şəbəkələrinin durduğunu düşünürəm. Çünki bu iqtisadi böhran nəticəsində bir çox qlobal şirkətlər, eyni zamanda orta və yuxarı səviyyəli müəssisələr çox surətlə müflüsləşməldədir və müflisləşəcək. Bu da gələcək perspektivdə həmin iqtisadi strukturların böyük akulalar tərəfindən alınmasına gətirib çıxaracaq. Bundan sonra qlobal maliyyə çox kiçik dairələrin əlində cəmlənəcək və bütün maliyyəyə onlar nəzarət edəcəklər. Aparılan siyasət hələlik bunu göstərir.

Natiq Miri: “Qlobal şəbəkələr daha çox onların maraqlarını təmin edən adamları hakimiyyətə gətirməklə, bütövlükdə geosiyasi, geoiqtisadi maraqları olan ölkələri çox rahatlıqla idarə edə biləcəklər”.

Məhz bu baxımdan düşünürəm ki, dünyada siyasi xəritə dəyişəcək. Bu da o anlamda baş verəcək ki, qlobal maliyyə şəbəkələrinin suni olaraq yaratdığı prosesdə bir çox siyasi hakimiyyətlər dəyişəcək. O cümlədən ABŞ prezidenti Donald Trampın da noyabr ayında keçiriləcək prezident seçkilərində məğlub olunma ehtimalı getdikcə artmaqdadır.

Məlumdur ki, Tramp elə-belə adam deyil. Trampın hakimiyyətə gəlməsi ilə bütün dünyada həm siyasi, həm də iqtisadi, hətta ticarət əlaqələri sisteminə ciddi zərbələr dəydi və bu prosseslər yeni dünya nizamının formalamasına start verdi. Lakin problem ondadır ki, köhnə sistemi darmadağın edənlər, ya da bunu istəyənlər hələ ki, yeni münasibətlər sistemini ortaya qoymayıblar və düşünqrəm ki, yeni münasibətlər gərgin mübarizə fonunda ortaya çıxacaq. Görünür ki, bəzi güclər bu prossesləri sürətlənsirməyə qərar veriblər. Cunki bu cür qeyri-müəyyənlik uzun müddət davam edə bilməzdi.

Məhz bu qlobal maliyyə şəbəkələrinin yaratdığı bu cür suni proseslərə görə düşünürəm ki, gələcəkdə bir çox dövlətlərdə, güc mərkəzlərində siyasi hakimiyyətlərin dəyişmə prosseslərini müşahidə edəcəyik. Yəni bu qlobal şəbəkələr daha çox onların maraqlarını təmin edən adamları hakimiyyətə gətirməklə, bütövlükdə geosiyasi, geoiqtisadi maraqları olan ölkələri çox rahatlıqla idarə edə biləcəklər.

Natiq Miri: “Bu gün Afrika coğrafiyasında təkcə acından ölən insanların, xüsusilə də uşaqların sayı gündəlik 10-20 mindən yuxarıdır. Amma son 4 ay müddətdə koronavirusa görə dünya üzrə ölənlərin sayı 80 mini keçməyib”.

Söhbət siyasi xəritənin dəyişməsindən gedir. Bu da perspektiv planda o qədər də müsbət hansısa tendensiyaların başlayacağına ümid vermir. Əslində kimlərin bu məsələyə vəsilə olub-olmamasından asılı olmayaraq bu bir bəladır. Və mən seyərdim ki, bu bəla da Allahdan gəlib.

Adətən bu cür bəlalar gələndə insanların yadına onların missiyalarını və insanlığını xatırlatmaq üçün gəlir. Amma hiss olunur ki, bu qlobal güclər heç də insanlığı daha gözəl günlərə daşımaq üçün deyil, əksinə insanları daha çox istismar etmək və bütün dünyanı çox rahatlıqla idarə etmək, öz nəzarətləri altında saxlamaq üçün bbu bəlanı düşqnqblər və niyyətlərini dəçartıq ortaya qoyurlar. Buna görə də Kissencerin bu yöndəki fikirləri ilə razı deyiləm. Düşünmürəm ki, bizi daha yaxşı bir gələcək gözləyir. Çünki əgər qlobal maliyyənin bir neçə ailələrin əlində birləşməsindən söhbət gedirsə, bu bütün dünya insanlarının yenə də müstəmləkə yolu ilə istismar olunması deməkdir. Buna da dünyaya müsbət mənada nəyisə vəd edəcəyini düşünmürəm.

Natiq Miri: “Kissencerin bu yöndəki fikirləri ilə razı deyiləm. Düşünmürəm ki, bizi daha yaxşı bir gələcək gözləyir”.

Bütün dünya insanları bu virusdan bir nəticə çıxarmazlarsa və bu qlobal maliyyə şəbəkələrinə istədiklərini həyata keçirməyə imkan verəcəklərsə, növbəti zaman çərçivəsində bundan da daha pis dünya ilə qarşılaşacağıq. Çünki hər bir bəla ondan dərs çıxarmaq üçündür. Biz bu bəlanı müsbət mənada fürsət olaraq istifadə edəriksə, nemətə çevrilə bilər. Bunun əksi isə daha böyük bəlaların insanların başına gələcəyini ortaya qoyacaq. Çünki bir bəla bundan sonra gələcək daha böyük bəlaya qalxan olmaq üçün gəlib. Əgər insanlar bundan dərs çıxarmazlarsa, demək ki, insanlıq daha böyük bəla ilə üz-üzə qalacaq.

Hesab edirəm ki, koronavirus kimi bəlalar bir az da şişirdilmiş məsələdir. Çünki bu gün elə bir ajiotaj yaradılır ki, bu ajiotaj daha çox informasiya və dezinformasiya vasitəsilə insanların şüuruna yeridilir və insanlar çox rahatlıqla idarə olunurlar.

Fikir verirsinizsə, bu gün bütün dünya, bütün insanlar evə sıxışdırılaraq çox rahatlıqla idarə olunurlar. Düşünürəm ki, bu məsələ daha çox şişirdilmiş məsələyə oxşayır. Çünki koronavirus olmadığı dövrlərdə belə bu sezonda, yəni iqlimin qışdan yaza keçən dövründə müxtəlif qriplər yayılır. Bu qriplərdən ölən insanların sayı heç də koronavirusadan ölən insanların sayından az olmur.

Natiq Miri: “Ajiotaj yaratmaqla əslində insanların psixoloji durumunu çox gərgin vəziyyətdə saxlayırlar ki, bundan sonra insanları çox rahatlıqla idarə edə bilsinlər”.

Ümumdünya Səhiyyə Təşkilatı bu halları ortaya qoymalıdır. Onda bilinəcək ki, koronavirusdan suni olaraq ajiotaj yaratmaqla ölən insanların sayı ilə adi zamanlarda qrip viruslarından ölən insanların sayının nisbəti nə qədərdir. Nədənsə bu informasiyanı yaymaqda o qədər də maraqlı görsənmirlər.

Hər kəsə məlumdur ki, bu gün Afrika coğrafiyasında təkcə acından ölən insanların, xüsusilə də uşaqların sayı gündəlik 10-20 mindən yuxarıdır. Amma son 4 ay müddətdə koronavirusa görə dünya üzrə ölənlərin sayı 80 mini keçməyib. Bu baxımdan düşünürəm ki, bu məsələ həddindən artıq şişirdilmiş və xüsusi ilə qara niyyətlərə xidmət edən suni məsələdir. Ajiotaj yaratmaqla əslində insanların psixoloji durumunu çox gərgin vəziyyətdə saxlayırlar ki, bundan sonra insanları çox rahatlıqla idarə edə bilsinlər”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: ÜST PANDEMİYA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar