Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni bir PKK formalaşdırmaq prosesi başlayır - Bu durum Türkiyəyə necə təsir edəcək?

ABŞ “böyük PKK dövləti” istiqamətində Türkiyədə İraqdan və Suriyadan fərqli olaraq, demokratikləşmə adı altında çalışan siyasətçilərlə birgə addımlayacaq...

Nejat Eslen
“Oda Tv” qəzeti, Türkiyə

Dövlət sərhədləri müəyyən bir regionu, yəni müqəddəs vətəni, bu ərazidə yaşayan insanları və bu insanların siyasi cəhətdən institutlaşmasını ifadə edən hüquqi şəxsiyyəti bildirir və buna görə də, dövlət səhvlərə görə ittiham edilə bilməz. Çünki səhvlərin mənbəyi dövlət deyil, dövləti idarə edənlərdir.

Dövləti idarə edənlərin səhvlərini dövlətin boynuna ataraq dövləti aşağılayanların çoxu, həm Yaxın Şərqdə PKK-nın qurulmasını dəstəkləyir, həm də dövlət anlayışını deyil, türk dövlətini ittiham edirlər.

ABŞ Yaxın Şərqdəki dövlətləri məhv edərək məqsədinə çatmaq istəyir

Hər fürsətdə dövləti zəiflətməyə çalışanlar unutmamalıdır ki, İraqda, Suriyada və Liviyada dövlət çökdükdən sonra insanlar böyük əzablara məruz qaıb.

Əslində, ABŞ-ın liderlik etdiyi “Böyük Yaxın Şərq Layihəsi”nin və onu izləyən “Ərəb Baharı”nın məqsədi insanları incitmək olsa da, digər əsas məqsədi bu geniş ərazidəki dövlətləri parçalamaq və öz maraqlarına görə yeni bir Yaxın Şərq yaratmaq və bu regionda PKK dövləti qurmaqdır.

ABŞ İraqda 1991 və 2003-cü illərdə öz ordusundan istifadə edərək İraq dövlətini çöküdürüb, parçalayıb və ölkənin şimalında bir kürd dövləti qurub. Lakin ABŞ ordusu çox bahalı olduğu üçün bu cəhdlər də baha başa gəlib.

ABŞ Suriyada öz ordusundan istifadə etmək əvəzinə, başqa bir şey tətbiq edib. Əvvəlcə üsyanlar başladaraq Suriya dövlətini sarsıdıb. Trampın da bildirdiyi kimi, Obama Suriyada süni terror təşkilatı olan İŞİD-i qurdu, müsəlmanı müsəlmana qırdırdı, Suriyanı parçaladı və Fəratın şərqindəki PKK-YPG dövlətinin əsasını qoydu.

KCK (Kürdüstan Cəmiyyətlər Birliyi) müqaviləsi bizim terror təşkilatı kimi tanıdığımız PKK dövlətinin konstitusiyasıdır. Bu müqavilə 4 ölkədən alınacaq torpaqlarda qurulmalı olan KCK dövlətinin funksiyalarından bəhs edir. PKK KCK-nın Türkiyədəki silahlı, HDP isə siyasi qoludur.

Türkiyədən bir parça qoparmamış böyük PKK dövləti qurmaq mümkün deyil

Kürd əhalisinin böyük bir qismi Türkiyədə yaşadığı üçün böyük PKK etnik dövlətinin qurulması Türkiyədən müəyyən bir ərazinin alınmasından və Türkiyədəki kürd vətəndaşların bu dövlətə köçürülməsindən asılıdır.

PKK 40 illik silahlı mübarizəsində Türkiyəyə böyük zərərlər versə də, uğurlu ola bilməyib. “Böyük PKK dövləti”nin yaradılması Türkiyədən qoparılacaq bir ərazidən və kürd əhalisindən asılıdırsa, onda ABŞ Türkiyə üçün hansı üsuldan istifadə edəcək? Əsas məsələ budur.

Şərtlər yeni bir PKK formalaşdırmaq prosesinə uyğundur

Mövcud durum bu amillər üzərində dəyərləndirilməlidir:

- Sonuncu dəfə keçirilən İstanbul Bələdiyyə Sədri seçkiləri Türkiyədə kürd səslərinin dəyərini artırıb və Türkiyədə seçkiləri qazanıb hakimiyyətə gəlmək üçün kürd səslərinin vacibliyini də ortaya çıxarıb;

- Türkiyə Atlantik quruluşunun qaynaqlarından istifadə edərək borcalanıb və Türkiyənin yeni kredit ehtiyaclarını qarşılaya biləcək qurumlar da Atlantik quruluşunun daxilindədir. Bu durum Türkiyəni PKK məsələsi də daxil olmaqla, Atlantik quruluşunun tələblərinə qarşı zəiflədir.

- Türkiyə köçkünlərin geri göndərilmələri üçün Suriya məsələsinə və Fəratın şərqindəki etibarlı bölgənin qurulmasına üstünlük verir. Həmçinin, təhlükəsiz bölgənin cənubunda PKK-YPG dövlətinin qurulmasını qəbul etmiş kimi davranır.

Suriyadan ABŞ-ın dəstəyini alan PYD hələlik aralarında bir fərq olmasa da, PKK-ya nisbətdə daha çox önəm qazanıb. Suriya ilə bağlı ABŞ-Türkiyə arasında gedən sövdələşmələr də məlum deyil.

ABŞ-ın keçmişdə apardığı əməliyyatların əksinə olaraq, Türkiyənin İraqın şimalında PKK-ya qarşı apardığı hərbi əməliyyatları azaltması və sərhədlərin dəyişdirilməsinə göz yumması çox maraqlıdır. PKK-nın təsirinin azaldılması və buna qarşılıq olaraq, Suriyada YPG dövlətinin yeni prosesə başlaması barədə bir sövdələşmə əldə edilib edilməməsi hələ məlum deyil.

Suriyada PYD-nin nəzarəti altında olan torpaqlara hüququ tanınacaqsa, “böyük PKK dövləti”nin ikinci qolu da tamamlanmış olacaq. İstəsək də, istəməsək də, Suriyadakı proseslərin Türkiyəyə və PKK məsələsinə ciddi şəkildə təsiri olacaq.

Problem ondadır ki, Türkiyədə bəzi siyasi partiyalar və siyasətçilər gələcəkləri üçün yeni bir PKK prosesinin yaradılmasına həvəs göstərirlər.

ABŞ Türkiyəni siyasətçilər vasitəsilə bölmək istəyə bilər

Bütün bu amilləri nəzərə alaraq demək olar ki, ABŞ “böyük PKK dövləti” istiqamətində Türkiyədə İraqdan və Suriyadan fərqli olaraq, demokratikləşmə adı altında çalışan siyasətçilərlə birgə addımlayacaq.

Bu ehtimal onu göstərir ki, türk xalqı Türkiyəni idarə edəcək siyasətçiləri seçərkən diqqətli olmalıdır.

Türkiyənin problemi kürdlər deyil, PKK məsələsidir. PKK Türkiyədə yaşayan bir çox kürdün də problemidir. Türkiyənin strateji ortağı olan ABŞ İraqdan və Suriyadan sonra, Türkiyəni də bölərək böyük PKK dövlətini qurmaq istəyir. Türkiyədə dövlətə təzyiq göstərənlər isə PKK dövlətinin qurulmasını dəstəkləyirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar