Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenə həkim səhlənkarlığı - yenə körpə ölümü...

Cəlilabad xəstəxanasında körpə ölümü baş verib...

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, körpə ölümü günorta saatlarında qeydə alınıb. Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova dünən gecə saat 4 radələrində doğuş vəziyyəti ilə bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğum şöbəsinə yerləşdirilən hamilə qadının həyat yoldaşı Elnur İbrahimlinin dediklərinə görə, A.Kərimovanın doğuş sancılarının başlaması üçün müəyyən prosedurlar görülüb və təbii doğuşa hazırlıq aparılıb. Günorta saat 2 radələrində isə qeysəriyyə əməliyyatı edilməsinə qərar verilsə də, sonradan hamilə qadın yenidən təbii doğuş otağına köçürülüb. Təxminən 1 saatdan sonra isə uşağın ölməsi ilə bağlı məlumat verilib.

Ölən körpənin valideyni bədbəxt hadisənin baş verməsində, o cümlədən əməliyyata çox gec başlanıldığına görə xəstəxananın həkimlərini günahlandırıb. Xəstəxanadan isə ilkin məlumat olaraq öyrəndik ki, cift böyük ölçüdə olduğundan körpə ölü doğulub.

Körpənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Cəlilabad şəhər şöbəsinə təhvil verilib.

E.İbrahimli hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı artıq araşdırmalara başlanılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar