Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudi uşaqların nasist Almaniyasından qaçırılma planı – “Kindertransport” haqqında ilginc faktlar

Almaniyada Nasist Partiyasının hakimiyyətə gəlişi ilə yəhudi vətəndaşlar bir çox çətinliklərlə üzləşiblər. Uşaqlarını bu prosesdən uzaq tutmaq istəyən ailələr, uşaqlarını İngiltərəyə 'Kindertransport' ilə göndəriblər.

Bəs bu "Kindertransport" nədir?

Milli Sosialist Alman İşçi Partiyası 1933-cü ildə Almaniyada hakimiyyətə gəlib. Partiyanın iqtidarda olduğu 1945 -ci ilə qədər ölkə 'Nasist Almaniyası' olaraq idarə edilib və tətbiqlər buna uyğun olaraq aparılıb.

15 Sentyabr 1935 -ci ildə Nasist Partiyası tərəfindən qüvvəyə minən Nürnberq Qanunlarında yəhudilər üçün çətin şərtlər olub. Belə ki,yəhudilərə saf irq adlandırılan alman xalqı ilə evlənmək və cinsi əlaqədə olmaq qadağan edilib və yəhudi vətəndaşları iş yerlərindən qovularaq yoxsullaşdırılıb.

"Kristal gecə" və ya "Qırılan şüşə gecəsi" kimi tanınan 9 Noyabr 1938 -ci il axşamı Nasist Partiyası yəhudilərin evlərini, iş yerlərini və ibadət yerləri olan sinaqoq kimi binaları dağıdıb, hücumlar və talanlar təşkil ediblər.

Almaniyadan mühacirət ideyası və "Kindertransport"

Bu cür hadisələrdən sonra yəhudi vətəndaşlar Almaniyadan başqa ölkələrə köçməyi planlaşdırmağa başlayıblar. Toplama düşərgəsinə aparılmış ailələr uşaqlarını 'Kindertransport' ilə başqa ölkələrdə yaşamaq üçün göndərmək qərarına gəliblər.

"Kindertransport" ilə nasist Almaniyasından qaçırılan uşaqlar

"Kindertransport" İkinci Dünya Müharibəsinin başlamasından doqquz ay əvvəl başlayan, bu dövrdə Almaniyanın tabeçiliyində olan Avstriya, Çexoslovakiya və Polşa kimi ölkələrdən 17 yaşından kiçik uşaqların İngiltərəyə köçürülməsini təşkil edən plana verilən addır.

İngiltərənin uşaqları əhatə etməsi

Böyük Britaniya ailəsi qəbul etdiyi uşaqlara ölkəyə girmələrinə icazə verən müvəqqəti səyahət vizaları hazırlayıb. Uşaqların İngiltərəyə qəbul edilməsinin prioriteti yetim, kasıb və valideynləri konsentrasiya düşərgələrində olanlara verilib.

"Kindertransport"un başlanğıcı və sonu

Birincisi 1938 -ci ilin dekabrında baş tutan 'Kindertransport', İngiltərənin Harviç şəhərinə gəlib. Digəri, 1 sentyabr 1939 -cu ildə Almaniyada İkinci Dünya Müharibəsinin başlaması ilə sona çatıb. Sonuncu" "Kindertransport" isə 14 may 1940 -cı ildə Hollandiyada reallaşıb.

Müharibədən sonra uşaqların həyatı

"Kindertransport" layihəsinin sona çatması ilə uşaqlar fərqli həyat tərzləri ilə bir çox fərqli sektorda çalışaraq həyatlarına davam ediblər. Bəzi uşaqlar Holokost səbəbiylə ailəsindən heç kimin qalmadığını öyrənib, bəzi uşaqlar ailələrinə qovuşub, bəziləri isə İngiltərə vətəndaşı olub və ya başqa ölkələrə köçüblər.(musavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar