Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazın ən dəbli çalarları müəyyənləşdi - Foto

Zeytun yaşılı çəhrayı və sarı ən dəbli çalarlar siyahısına daxil edilib. Solğun yaşıl populyarlığını bu gün dəbdə olan militari üsluba, yəni hərbi geyimlərə borcludur. Odur ki, xakinin müxtəlif çalarları bizə çoxdan tanışdır. "Boz" qış obrazlarından yorulmusunuzsa və ya şokedici neon çalarları xoşunuza gəlmirsə, sakit zeytun çalarlarına daha yaxından baxmağın vaxtı çatıb.

PİA.az xəbər verir ki, yaşılın solğun versiyaları instaqram ulduzlarının da qarderobuna yol tapıb. Bu trend rəng nəcib tonlar siyahısına daxil edilir və istənilən geyim çeşidlərində də rast gəlinir.

Üstəlik bu rəngi uyğunlaşdırmaq da son dərəcə sadədir. Bunu küçə tərzi ulduzlarının şəkillərinə baxaraq söyləmək olar, zeytun yaşılı qara rəngləri bir anda hərəkətə gətirdi. Sakit yaşıl çantalar heç bir şəkildə praktikliyi baxımından adi bej və bozdan seçilmir.

İkincisi, heç bir çalar zeytun yaşılı qədər lüks və cah-calallı görünmür, hətta qəhvəyi rəng də onunla müqayisə edilə bilməz. Modapərəstlər yaşılın dərinliyini lakonik qara elementlərlə vurğulamağa üstünlük verirlər. Sakit yaşıl ilə qəhvəyinin vəhdəti də aktualdır. Leoni Hannenin zeytun hərbi plaşı ilə qəhvəyi kəməri buna mükəmməl nümunədir.

Yer tonları bu mövsüm həmişəkindən daha aktualdır, odur ki, bu rəng uyğunluğunu da əldən vermək sadəcə yolverilməzdir. Dəb blogerlərinin ən təəccüblü birləşməsi bəlkə də bütün giləmeyvə tonları ilə zeytun rənginin duetidir. Açıq yaşıl şalvarı çəhrayı neylon torba çanta və ya ipək kofta ilə kombinə etməkdən çəkinməyin. Bu kombinasiya sizi yazın ən dəbli xanımı edəcək. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar