Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yaxşı şerimi mürgüləməyəndə yazacam - Mirzə Ələkbər Sabirin unikal müsahibəsi

Bu gün Azərbaycanın böyük şairlərindən biri olan, satiranın ustadı, filosof və müəllim Mirzə Ələkbər Sabirin (30 may 1862 – 12 iyul 1911-ci il) doğum günüdür... 

Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev ustad şairimizin xatirəsini yad edərək, özünün “facebook” səhifəsindən Mirzə Ələkbər Sabirin nadir müsahibələrindən birini paylaşıb. Müsahibəni görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz götürüb.

Millət vəkilinin “facebook” səhifəsindən götürdüyümüz həmin müsahibəni PİA.az-ın oxucularına da təqdim edirik.

Sual: Sizin ilk təxəllüsünüz olan "Hophop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmiziniz?

Cavab: Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdi. Hophop quş adıdır. Bu quşun bu addan başqa el arasında bir neçə adı da vardır ki, fatmabacı, bunbbu, öp-öp və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir. Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.

Sual: Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?

Cavab: Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.

Sual: Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?

Cavab: Başda o böyükdür, yaşda mən.

Sual: Səhhət dərin savadlıdırmı?

Cavab: Mən onun şagirdiyəm, o mənə ustaddır.

Sual: Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?

Cavab: Ziya Paşa və Namiq Kamal bəyi

Sual: Tofiq Fikrəti bəyənmirsiniz, düzdürmü?

Cavab: Siz Osmanlı şairlərini soruşursunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilir.

Sual: "Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim" ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?

Cavab: Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr "Səda" qəzetində korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, "Kaspi", "Həqiqət" və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram. Mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam, və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da məbədini yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi.

Sual: Mətbu şeirlərinizin hansını bəyənirsiniz?

Cavab: Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.

Sual: Sonra, yəni nə vaxt?

Cavab: Mürgüləməyəndə.

Sual: Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şerin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?

Cavab: Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşlü xəncəl ilə çıxmaq ağılsızlıqdır.

Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa el oxusun.

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var” - Fəzail Ağamalı 

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı

Qərar təsdiqləndi: Aya Sofya muzeyi məscid olaraq fəaliyyət göstərəcək

Eldar Mahmudovun yeni milyardları… – “Zaminbank” ona necə kömək edib?

Azərbaycanda koronavirusdan ilk ölümün qeydə alındığı kənddən - Videoreportaj

Ədalət Vəliyevlə Fuad Əliyev arasında görüş keçirilib

"Neftçilər arasında da koronavirusa yoluxma qeydə alınıb" - Rəsmi

loading...

Ən çox oxunanalar