Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqə pandemiya da təsir etmir: Mövcud savaşlar davam edir...

Bir tərəfdən, koronavirus pandemiyası can almağa davam edərkən, Yəməndən Liviyaya qədər olan münaqişə mühiti və İraqdakı kimi hökumət böhranları Yaxın Şərq xalqları və siyasəti üçün öz vacibliyini qorumağa davam edir...

“Evrensel” qəzeti, Türkiyə, 20 aprel 2020-ci il

Bütüb fünyada olduğu kimi, Yaxın Şərqdə də əsas gündəm məsələ koronavirus pandemiyasıdır. Ancaq dünyanın digər yerlərindən fərqli olaraq, buradan böhranlar və qarşıdurmalar davam edir.

İordaniyada nəşr olunan “Düstur” qəzetindən Kamil Nusayrat bütün xəbərlərin pandemiya ilə bağlı olduğunu qeyd edib: “Fələstin yenə də bizim əsas davamızdırmı? Danışıqlar davam edirmi? Əsrin Müqaviləsi ilə bağlı hər hansı yeni bir xəbər varmı? Suriyada yeni bir şey baş verirmi? İraqda nələr oldu? Yeni bir baş nazir barədə razılığa gəliblərmi? Gənclərin qiyamı davam edirmi? Ah, Yəmən! Tərəflər barışdılar, yoxsa bəziləri hələ də bir-biriylə vuruşur? Yaxud da Liviya: Həftar Tripoliyə daxil oldu, yoxsa milli barışıq hökuməti hələ də onu qoruyur? Bəs Sudana nə oldu? Yadımda qalan son şey odur ki, məclis rəhbəri Netenyahu ilə görüşmüş və bütün dünya ayağa qalxmışdı”.

Bu sualların cavablarına gəlin daha yaxından baxaq.

Yəmən: Pandemiya fəlakətə çevrilə bilər

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatlarına görə, Yəmən koronavirusun yayılmasından bəri 4 aydan çox keçməsinə baxmayaraq, virusa yoluxmayıb. Bununla birlikdə, “Araby al Cedid” saytından yəmənli yazıçı Büşra əl Muxtari eyni fikirdə deyil. Əl Muxtari “Yəmən: müharibə reallığı və koronanın çətinlikləri”, başlıqlı məqaləsində Yəməndəki səhiyyə müəssisələrinin hesabatı ilə yayımlanan məlumatların ziddiyyətli olduğunu bildirib. Muxtari müharibənin yaratdığı çətinliklərlə yanaşı, həmçinin ölkədə virusa yoluxanların aşkarlanması üçün tibbi avadanlıqların olmadığını vurğulayıb.

Muxtari: “Döyüşçülərin münaqişə nöqtələrinə axışmasına görə Yəməndə virusun yayılıb-yayılmaması ilə bağlı qeyri-müəyyənlik yaranıb. İlk təsdiqlənmiş yoluxma hadisəsi bu yaxınlarda Hadramut şəhərində elan edilib. Mövcud məlumatlar və müharibədəki rəsmilərlə müttəfiqlərinin cahilliyi fonunda hazırkı vəziyyət yaxın günlərdə əsl fəlakətə çevrilə bilər”.

İraq: Kazımi də həmin cahil təbəqədəndir

Dünyanın 5-ci ən böyük neft ehtiyatına sahib İraqda heç cür hökumət qurula bilmir. 2 uğursuz cəhddən sonra nəhayət bir hökumət qurmaq səlahiyuəti kəşfiyyat rəisi Mustafa Kazımiyə verilmişdi. Amerikanın Səddam rejimini devirməsi ilə İraqda heç cür bitməyən bu “taxt oyunları”nın davam etdiyi ölkədə Kazımini həm ölkə daxilində, həm xaricdə çox böyük çətinliklər gözləyir. Bir tərəfdə ABŞ-İran mübarizəsi ölkədə davam edərkən, digər tərəfdən də ictimaiyyətin gözlədiyi problemlər və siyasi qruplar arasındakı qarşıdurma səngimək bilmir. Misirdə nəşr olunan “Əl Əhram” qəzetindən Salah Nəsravi İraqda davam edən hökumət qurmaq cəhdlərini bir çox aspektdən araşdıran bir məqalə hazırlayıb.

Suriya-BƏƏ yaxınlaşması

Koronavirus pandemiyasına baxmayaraq, Suriyadakı proseslər tam sürətlə davam edir. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə olan yaxın münasibətlər diqqəti cəlb edir. BƏƏ Suriya hökuməti ilə diplomatik əlaqələrini 2012-ci ilin fevralında kəsmiş, lakin 2018-ci ilin dekabrında Dəməşq səfirliyini yenidən açmışdı. Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid əl Nəhyan bir müddət əvvəl prezident Bəşər Əsədlə telefonda danışmışdı. “Rai əl- Youm” qəzeti bu telefon danışığının iki ölkə arasında yeni bir dövrə işarə etdiyini bildirib.

Liviya: Atəşkəs çox uzaq ehtimaldır

Koronavirus ölkə ərazisinə daxil olsa da, Liviyadakı qarşıdurmalar səngiməyib. Liviyada yayımlanan “əl-Ahbar” qəzeti “Liviya müharibələri davam edir: “Sülh tərəfdarları” korona ilə məşğuldurlar!”, başlıqlı xəbərdə indiki vəziyyətin atəşkəsdən çox uzaq olduğu qeyd edilib. Məqalədə avropalıların virusla məşğul olduğu bir vaxtda qarşıdurmaların hələ davam etdiyi qeyd edilib. Həftar qüvvələri ilə Milli Barışıq Hökuməti qüvvələri arasında iki yerə bölünmüş ölkədə, xüsusilə də sahil bölgələrində şiddətli qarşıdurmaların baş verdiyi bildirilib.

“Şarkul Avsat” qəzetindən Cibril Ubeydi əldə olunan atəşkəsi silahlı milislərin pozduğunu və bundan sonra Həftarın Tripolidə əməliyyat başlatmaq məcburiyyətində qaldığını qeyd edib.

Ubeydi: “Həmçinin, koronavirus xəstəliyini fürsəti bilən bəzi terror təşkilatları Sibrata, Sarman və Üceylat şəhərlərinə hücum etdi. Bəzi hərbçilərin İŞİD-in bayraqlarını daşıması da diqqəti cəlb edirdi”.

Müəllif ölkədə baş verən xaosa görə Türkiyəni günahlandırıb. O, məqaləsində Türkiyə Kəşfiyyatı tərəfindən Liviyaya gətirilən Sultan Murad Briqadası üzvlərinin döyüşmək üçün aylıq 2000 dollar aldığını bildirib.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar