Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdəki rus şizofreniyası və “sehrli çubuq” yalanı...

Rusiya Yaxın Şərqdə yeni təhlükəsizlik sistemi qurmağı vəd edir...

Sam Mensa
“Şarkul Avsat” qəzeti, 19 aprel 2021-ci il

ABŞ prezidenti Co Bayden administrasiyasının xarici siyasətini qiymətləndirmək üçün hələ tezdir. Bunun üçün, bəlkə də mandatın ilk 100 gününün tamamlanmasını gözləmək lazımdır. Məsələləri daha da çətinləşdirən amil isə əksər amerikalılar üçün öncəlik olmasa da, ABŞ ictimaiyyətinin xarici siyasət də daxil olmaqla, bir çox məsələdə bölünməsidir. Vaşinqtonun bölgəyə qarşı siyasətinə gəlincə isə əsas məsələ budur ki, buradakı dinamika və canlı rus diplomatiyasının fəallığı diqqətli müşahidəçilərin nəzərindəm yayınmır. Bu da onu göstərir ki, Moskva təsadüfən və ya bilərəkdən hazırkı ABŞ administrasiyasının Yaxın Şərqdən çəkilmə siyasətini davam etdirdiyini başa düşür. ABŞ-ın bu siyasəti hələ tam təsdiqlənməyib. Bu vəziyyətin də bir yerləşdirmə, yoxsa bölgədəki məsələləri olduğu kimi buraxmaq siyasəti olduğu hələlik aydın deyil.

ABŞ-ın bu tərəddüdünə cavab olaraq isə Rusiya diplomatiyası Moskvanın çoxsaylı səviyyələrdə apardığı siyasət üçün xarakterik olan cari və yerli qazancları möhkəm strateji nailiyyətlərə çevirməyə çalışır. Rusiya öz təsirini Aralıq dənizi və Ərəb körfəzində tətbiq etməyə çalışır. Bu baxımdan, 1975-ci ildə Avropada keçirilmiş Helsinki Təhlükəsizlik Əməkdaşlıq Konfransının prinsiplərinə uyğun olaraq, Yaxın Şərq üçün bir təhlükəsizlik sistemi qurmaq ehtiraslarını dilə gətirir. Bu, Rusiyanın aktiv dövlətlər arasında uzlaşdırıcı rol oynamaq istədiyini izah edir. Bu rolun ən təəccüblü tərəfi də budur ki, Moskvanın sahədə gördüyü işlərlə diktə etdiyi hədəfləri arasında şizofrenik bir vəziyyət var.

Ruslar son zamanlarda Əsəd rejiminin legitimliyini bərpa etmək və gücünü bir dövrlük möhkəmləndirmək üçün ərəblərlə Əsəd arasındakı pozulmuş münasibətləri düzəltməyə çalışıblar. Bu siyasətlə, eyni zamanda 2015-ci ildə Suriyadakı münaqişədə birbaşa iştirak edərək əldə etdikləri qazancları dəstəkləyəcək Suriyanı bərpa edəcəklərinə ümid edirlər. Bu çərçivədə, Moskva parlaq bir uğur əldə etmədən rejimin mövqeyini gücləndirmək üçün Suriya müxalifətinin daxili və xarici mövqelərini yumşaltmağa çalışdı. Rejimlə əlaqələrini gücləndirmək və bölgədə Amerikanın yaxınlığında hərbi baza yaratmaq üçün təzyiqləri artırıb. Buraya Moskvanın Suriya ilə İsrail arasında sülh prosesindəki rolu və İsrail qəbul etsə də, etməsə də Hizbullah-a nümayəndəlik açmaq hüququ vermək istəyi də daxildir.

Livana gəldikdə ksə Rusiya liderləri Beyrut limanının yenidən qurulmasında iştirak etmək üçün dəvət alıblar. Onlar da özlərini hökumətin qurulması yolundakı maneələrin aradan qaldırılmasına kömək etmək məcburiyyətində hiss edirlər. Hökuməti qurmaqdan məsul olan baş nazir Saad Haririnin keçən həftə Moskvaya etdiyi səfər Fransanın uğursuz olduğu bir vaxtda Rusiyanın verdiyi dəstəyin bariz əlaməti idi.

Etiraf etmək lazımdır ki, Suriya müharibəsinə girdikdən sonra Rusiya Liviya və Misirdə itirdiklərini bərpa etdi. İndi, həqiqətən də, Rusiya bəzi bölgələrin Vaşinqtonla fikir ayrılıqları və boşluqlarından istifadə edərək bölgənin bütün paytaxtlarında özünə yer tapıb. Başqa sözlə, bu qısa təqdimatdan sonra Sovet İttifaqının dağılması ilə birlikdə üzləşdiyi fəlakətlərdən sonra Putin Rusiyasının Yaxın Şərqdə yenidən ortaya çıxması və beynəlxalq bir oyunçu rolunu bərpa etməsi ehtimalı daha da güclənir.

Bəs bu təəssürat doğrudurmu? Moskva Vaşinqtonun uğursuz olduğu uzlaşmalara və barışmalara nail ola bilərmi? Düzdür, Rusiyanın bölgədəki fəallığı inamlı və dinamikdir. Lakin bölgədə uzun müddət qalmağı tələb etsə də, məhsuldar olacağı dəqiq görünmür. Rus fəallığı bir çox səbəbdən faydasız görünür. Birinci səbəb bir çox yerdə Rusiyanın mərkəzi rolu qarşısında ən böyük maneə kimi ortaya çıxan Tehranın Moskva ilə münasibətidir. İndiyə qədər belə görünürdü ki, İran Suriyada kök salır, köhnə və çoxsaylı qazanclarını və əlbəttə ki, Livandakı hegemoniyasını güzəştə getməyə hazır deyil. Bu məsələ ani uzlaşmalardan daha böyük problemdir. Həmçinin bir çox yerə edilən ziyarətlərdən və açılan nümayəndəliklərdən daha dərindir. Bundan əlavə, Suriyadakı bütün göstəricilər Tehranın varlığını möhkəmləndirməyə hazır olduğunu, Rusiyanın narazılığının isə səthi olduğunu göstərir. Bəs Rusiya Hizbullah-ı və İranı bəhanə edərək Livana kömək etməkdən imtina etdiyi bir vaxtda, Tehranın Suriyadakı genişlənməsinə mane olmazdan əvvəl ərəb ölkələrini Əsəd rejimini xilas etməyə, onunla münasibətlərini normallaşdırmağa və ona kömək etməyə inandırmağı necə razı salacaq?

İranın dəstəklədiyi və silahlandırdığı Yəməndəki Husilərin atdığı raketlərə və hücumlara artıq hər gün məruz qalan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Körfəzi ölkələrinə qarşı İranın kobud rəftarını Moskva necə həll edə bilər? Yaxud da Helsinki Təhlükəsizlik Ortaqlığı Konfransı prinsiplərinə görə, Yaxın Şərq üçün necə bir təhlükəsizlik sistemi qurmaq olar? Tehran nüvə qabiliyyəti qazanmaq təhdidi ilə hər gün bütün dünyanı şantaj etməyə davam edərkən regional təhlükəsizlik sistemi necə yaradıla bilər?

Moskvanın 2 ildən çoxdur müddətsiz olaraq nəticəsiz qalan vədlərindən sonra Suriyadakı İran silahlarının onu təhdid etməsi məsələsində Təl-əvivi sakitləşdirə bilmədiyi məlumdur.

Yeni ABŞ administrasiyası Yaxın Şərq üçün bir baxış yaratmaqda nə qədər istəksiz olsa, Moskvanın siyasəti də o qədər uğurlu olacaq. Vaşinqton xarici siyasəti öz daxili siyasətinin davamı olaraq görməyə davam etdikcə və hər adminstrasiya özündən əvvəlkinin siyasətlərini pislədikcə uğurlu olacaq. Bayden adminstrasiyası Ukrayna ilə Moskva arasındakı toqquşmada iqtisadi sanksiyalarla yanaşı, həm də Qara dənizə müharibə gəmiləri göndərmək kimi kiçik addımlar atıb Moskva, Pekin və digərləri ilə problemləri və anlaşmazlıqları nəzərə aldıqca daha da uğurlu olacaq. Moskva, Pekin və Tehran Vaşinqtonla eyni prinsipləri və dəyərləri bölüşən normal ölkələr kimi qəbul edildikcə uğur da qaçınılmaz olacaq. Vaşinqtonun bölgədəki müttəfiqlərini tərk etməkdə israr etməsi və onlara aid olan uzlaşma və müzakirələrə daxil olmaması ilə uğur qazanılacaq.

Uzun sözün qısası, Qərb, Moskva və Pekin arasında etibarsızlıq olsa da və Yaxın Şərqdə yalnız Rusiyanın əlində sehrli çubuq olduğuna inanılsa da, bölgədəki əsas məsələ beynəlxalq sistemdəki güc balansının dəyişdiyi bir zamanda ərəblərin ortaq maraqları ilə bağlı ortaq baxışın gücləndirilməsidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar