Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə yeni gərginliyin ssenariləri

Birləşmiş Ştatlar İranla müharibəyə başlayacaqmı?..

Əlirza Əhmədi

“National Iinterest”, 17.09.2019

Dövlət katibi Mayk Pompeo kimi “şahinlər” üçün Amerikanın gücü, bir bolşevik məsəlindəki kimi, sarsıla bilməz. Bir çoxlarının nəzərində Amerikanın qüdrəti – düşmənin təslim olması üçün lazım olan və Amerikanın yumşaldığı təqdirdə, itirəcəyi yeganə şeydir.

Donald Tramp, oğul-Corc Buşun prezidentlik dövrünün İraq müharibəsində necə yandığını izləyib və seçki ili ərəfəsində onun müharibə xaosunu qəbul etməsi çətin işdir. Prezident Trampın Fars körfəzi bölgəsindəki ən son təhlükəsizlik epizodunun dərs alması, xüsusən də administrasiyasının Tehrana qarşı apardığı kampaniyaya diqqət yetirməsi məntiqli olardı.

Səudiyyə Ərəbistanındakı Abqaiq neft emalı müəssisəsinə həmlədən sonra dövlət katibi Pompeo hücumun husi dronları ilə deyil, İranın İraq ərazisindən istifadəsi ilə həyata keçirildiyini bildirib. Halbuki husilər məsuliyyəti boyunlarına götürüb və İran Pompeonun iddiasını qətiyyətlə rədd edib.

ABŞ hökumətinin istinad etdiyi peyk şəkilləri “New York Times”-ın yazdığı kimi, İranı birbaşa günahkar saymaq üçün “vəzifəli şəxslərin təklif etdiyi qeyri-şəffaf görüntülərdir”. Pentaqon Pompeonun iddiasını dəstəkləməkdə maraqlı olmadığı kimi, adı açıqlanmayan ABŞ rəsmilərinin açıqlamaları da bu yöndədir.

Şübhə və çəkindirməyə diqqət etmək əvəzinə, bu ssenarilərin strateji təsirlərinə nəzər yetirmək daha yaxşı olar.

Husilər bu hücumu müvəffəqiyyətlə yerinə yetiriblərsə, bu, onların xarici təcavüzkarlara qarşı strateji imkanlarının əhəmiyyətli dərəcədə artması deməkdir. Belə bir hücumun husilərin texnoloji imkanları xaricində olması iddiası əsassızdır.

Əslində, son hücumla Birləşmiş Ştatların raket əleyhinə imkanlarının etibarlılığı şübhə altına alınıb. Səudiyyə ƏrəbistanıABŞ hökumətinin “şahinlər”i üçün husilər kimi qəbilə qüvvəsinin yad ərazilərə soxula bilməsi hərbi baxımdan və praktiki olaraq siyasi nöqteyi-nəzərdən utancvericidir.

Digər tərəfdən, İranın Fars körfəzindən kruiz raketləri atması ehimalı əslində, ABŞ üçün daha dəhşətli xəbər ola bilər. Vaşinqtondakı mütəxəssislər uzun müddətdir bu fikirdədir ki, İran raketlərinin dəqiqliyi azdır və nüvə başlığı olmadan İranın ballistik raketləri düşməni qorxutmaq və ya şantaj etmək üçün siyasi vasitə kimi təsirli ola bilməz. Əgər İranın kruiz raketləri hərbiləşdirilmiş Fars körfəzi boyunca uçubsa, Səudiyyə və Amerika sensorlarından yayınaraq neft qurğusunu vura bilibsə, bölgədəki ABŞ qüvvələrinə necə etibar edilə bilər?

İranın asimmetrik və çəkindirmə qabiliyyəti ilə bağlı narahatlıq əlamətləri əvvəllər də var idi. Təqaüdçü vitse-admiral, indi siyasətçi və prezidentliyə namizəd Co Sestak bir ay əvvəl ABŞ-ın İrana birbaşa hücumunun əməliyyat nəticələrindən narahatlığını dilə gətirib. O, İranın bölgədəki qisas potensialı ilə əlaqədar xəbərdarlıq edib.

Buna Pompeonun indi İran raketlərinə aid açıqlamasını və raketlərin dəqiqliyini əlavə edin, ABŞ-ın Fars körfəzi bölgəsindəki hərbi mövcudluğununun qorxuducu bir vasitə olmaqdan strateji zəifliyə keçməsi nəticəsi alınır.

Hər iki halda, ABŞ, Səudiyyə və İsrailin regional təhlükəsizlik arxitekturası uğursuz görünür. Birləşmiş Ştatlar müharibəyə gedə və ya barışıq davası aça bilər, ancaq ABŞ-ın məsafədən təzyiq göstərmə üsulu işləmir.

Pompeo aylardır media kampaniyasında iştirak edir və İrana qarşı “maksimum təzyiq” siyasətini uğuru kimi qiymətləndirir. Lakin Pompeonun sanksiyaların İranın bölgədəki şəbəkəsinə ciddi ziyan vurmasına dair dəlili əsassızdır.

İlk prioritet İran rəhbərliyinin mənbələrini aşkar etmək idi. Məsələn, Pompeo “ABC News”-a deyib ki, “hesablama, həqiqətən, çox düzdür. İndi “Hizballah” resurslar uğrunda mübarizə aparır. İraqdakı şiə milisləri də eyni durumdadır”. Səudiyyə Ərəbistanı neft emaı zavodlarına hücum Pompeonun təsəffürlərini pozub.

Pompeonun iddiasını qiymətləndirərkən, “Financial Times” bildirib ki, Qərb diplomatları və bölgə mütəxəssisləri “Hizbullah”ın maliyyə çətinliklərini həddən artıq şişirdiblər və “Livanın kəkələyən iqtisadiyyatı, regional iqtisadi artımın yavaşlaması və Livan diasporundan pul köçürmələrinin azalması da daxil olmaqla” amillərə istinad doğru deyil.

İran əleyhinə olan “Demokratiyaların Müdafiəsi Fondu”nun təmsilçisi Toni Badran deyib ki, “ABŞ rəsmilərinin yanlış qiymətləndirməsi “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın açıqlamalarına əsaslanır”.

Konqresin Tədqiqat Xidmətindən Kennet Katzman sanksiya təzyiqinin İranın müttəfiqlərinə dəstəyini dayandırmasına səbəb olacağı fikrini rədd edib: “Nə İranın, nə də “Hizbullah”ın imkanlarının və ya Əsədin kömək etmək niyyətinin dəyişməsinə dair heç bir əlamət yoxdur. Hər ikisi də Suriyada əhəmiyyətli dərəcədə məşğuldur, İraq, Yəmən və başqa yerlərdə vəziyyət demək olar ki, dəyişməz qalır”.

Sadə dillə desək, Vaşinqton İran iqtisadiyyatına təzyiqlə onun müttəfiqlərini dəstəkləməsini dayandıracağına ümid edir. İranın ittifaq şəbəkəsini dəstəkləməkdən vaz keçəcəyinə dair Vaşinqtonda mövcud olan rəy səhvdir. İran üçün qeyri-dövlət müttəfiqləri əsas milli təhlükəsizlik məsələsidir və buna görə də, gərginlik çox olduqda, onlar büdcə mülahizələrində prioritet olacaq.

İranın “Hizbullah” kimi qeyri-dövlət aktyorlarına dəstəyi də maddi cəhətdən böyük deyil və hətta sanksiyalar dövründə davam edə bilər.

Hazırda həm İran, həm də Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində mümkün görüşdən və Fransanın hücumdan sonra gərginliyi azaltmaq təklifindən geri addım atdıqları görünür. Fransanın təklifi və ya hər hansı bir razılaşma iki ölkə arasındakı problemləri həll edə bilməz: görüş tamamilə mənasız ola bilər, lakin o, mənasız gərginlikdən geri çəkilmə deməkdir.

Hər iki ölkə bu epizodik atışmaların son nəticədə maraqlarına zərər verdiyini və onsuz da həddindən artıq olan gərginliyin artdığını nəzərə almalıdır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Yaxın Şərq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar