Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə xaos davam edir: Türkiyəni niyə Aralıq dənizində istəmirlər?

Vaşinqtonla Moskva Suriya məsələsində razılığa gəlib. O ölkədə heç vaxt sülh olmayacaq. Çünki bu, Türkiyənin sərhədlərində gərginliyə səbəb olur...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 17 dekabr 2019-cu il

Türkiyənin Avropadakı önəmli simalarından biri olan İnan Kıraçın pulunu Gilbert Çikliyə qapdırması gündəm olmuşdu. Bu məsələ digər dərin münasibətlərlə də əlaqəlidir.

Çox adam bilməsə də, İnan bəy həm ABŞ-da, həm də Fransada çox güclü münasibətləri olan bir iş adamıdır.

Bəs İnan bəy israilli Gilbert Çikliyə 54 milyon avro itirdiyi ilə qapdırdıması ilə qaldı, yoxsa arxa planda bilinməyən hadisələr də baş verib? Bu məsələ Türkiyədən kənarda çox müzakirə olunur. Kəşfiyyat şəbəkələri də hadisənin mərkəzindədir.

İndi isə əsas məsələyə - Suriyaya və “Ərəb Baharı”na kedək.

Türkiyə ilə ABŞ “Ərəb Baharı” dönəmində olduqca yaxın münasibətlər qurmuşdu. 2011-ci ilə qədər Qətər-Türkiyə qaz boru xətti layihəsi həyata keçiriləcəkdi. Bu boru xətti Qətər-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya vasitəsilə Türkiyəni, ardınca da Avropanı birləşdirəcəkdi. ABŞ da Rusiyanın oyundan kənarda saxlayacağı bu layihəni Türkiyə ilə həyata keçirəcəkdi. Lakin 2011-ci ildə Əsəd Rusiyanın təzyiqi ilə bu layihəyə icazə verməyəcəyini demişdi. Məhz bu qərar Suriyadakı vətəndaş müharibəsini tətiklədi. Başqa səbəblər olsa da, bu, daha ciddi səbəb idi.

Suriyanın xaosa sürüklənməsinin və bölüşdürülməsinin təməlində məhz bu məsələ vardı. Çünki Suriyada bir neçə milyon insan Əsədin avtoritar rejimi ucbatından bir yanğın çıxmasını gözləyirdi. O yanğın da ABŞ, yəni NATO, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən çıxarıldı. Türkiyəni də bu qrupa daxil etsək, heç şişirtmiş olmarıq.

17 mart 2011-ci ildə Dərada, yəni İordaniya sərhədində ilk qığılcım közədi. NATO əsgərlərinin başlatdığı bu müharibə qığılcımı həmin vaxtı yeni qurulmuş İŞİD tərəfindən daha da böyüdüldü. ABŞ Türkiyənin də içində olduğu qrupla böyük bir oyun qurmağa çalışarkən, Rusiya Əsədin bitəcəyi və Suriyanın yox olacağı müharibənin əsasını qoyurdu. Rusiya bilirdi ki, ABŞ Suriyada vətəndaş müharibəsi çıxaracaq. Lakin balaca bir bölgəyə nəzarət etsə də, bu işin yeganə qalibi Əsədi dəstəkləyən Rusiya olacaqdı. Lakin daha sonra Türkiyə ilə ABŞ arasında Suriya böhranı başlandı. Türkiyə də görürdü ki, ABŞ-ın bölgədəki oyunları artıq onu pis vəziyyətdə qoymağa başlayıb. Lakin Vaşinqton, daha doğrusu Obama Adminstrasiyası Türkiyənin heç bir istəyini qəbul etmirdi. Bu üzdən Türkiyə də Rusiya ilə yaxın əlaqələr qurmağa başladı.

Bu vəziyyət ABŞ-da böyük narahatlıq yaratdığı üçün Türkiyə ilə Rusiya arasında bir böhran inşa etməyə başladılar. Beləliklə, Türkiyəyə 2015-ci ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarəni vurdu.

Türkiyə ilə Rusiya bir anda üz-üzə qaldı. Ankara bu əməliyyatı Vaşinqtonun planlaşdırdığını o anda başa düşməmişdi. Hətta bu hücum Türkiyə ilə Rusiya arasındakı gərginliyi daha da artırırdı.

ABŞ məqsədinə çatmışdı, lakin Türkiyə yenə də ABŞ-a yaxınlaşmırdı. Əksinə, bu təyyarə böhranı 1 il sonra bitmişdi və itirən ABŞ olmuşdu.

Suriya böhranındakı ortaqlar da ayrılırdı. Türkiyə ilə Qətər bir tərəfdə, ABŞ, BƏƏ və Səudiyyə Ərəbistanı digər tərəfdə idi. Bu toqquşma hər gün daha artarkən Türkiyə ilə birlikdə Qətər də hədəfə alınırdı. Bölgədəki tək qalib isə Rusiya olmuşdu. Çünki Rusiya həm Türkiyə ilə ortaqlıq edirdi, həm də Türkiyənin Suriyada güclənməsinə Vaşinqton vasitəsilə mane olurdu.

Suriyadakı böhran heç bitməyəcək, çünki nə ABŞ, nə də Rusiya Suriyadan əl çəkən deyil. Suriya probleminin bitməsi Türkiyənin bölgədə güclənməsini təmin edəcək. Buna görə də, Vaşinqtonla Moskva Suriya məsələsində razılığa gəlib. O ölkədə heç vaxt sülh olmayacaq. Çünki bu, Türkiyənin sərhədlərində gərginliyə səbəb olur. Qarışıq vəziyyətdə olan Suriya Türkiyənin Aralıq dənizindəki təsirini də azaldır. 2 paytaxt, yəni Vaşinqtonla Moskva Türkiyə ilə görüşərkən və müsbət münasibətlər üçün zəmin axtarırkən belə Aralıq dənizində Türkiyəni görmək istəmir.

ABŞ-da hələ də Türkiyə ilə yaxınlıq qurmaq istəyən bir komanda var. Türkiyənin itirilməməli olduğunu deyən təsirli adamlar var. Lakin bu komanda hər gün daha da zəifləyir. Ona görə də, Türkiyənin qarşıdakı günlərdə alacağı qərar ABŞ-ın da mövqeyini müəyyənləşdirəcək. Əsəd Suriyada olduğu müddətcə Rusiya bölgədə müharibə olmasına icazə verməyəcək. Əsədsiz qalmış Suriyanın hər nöqtəsində ancaq rus əsgərləri görmək olar.

İordaniya da bu hadisələrdən kənarda qaldı. İordaniya İngiltərə ilə yaxın münasibətlər qurur. Lakin İngiltərə BREXİT-ə görə öz içində müzakirələr aparır və bu düyünü çözməyə çalışır.

Yaxın Şərq, sanki, bir az gündəmdən düşüb. Lakin qısa zamanda İngiltərə öz kölgəsini tezliklə Yaxın Şərqdə göstərəcək. Bunu da Küveyt və İordaniya üzərindən görə bilirik.

Türkiyə Aralıq dənizində “işləri pozan” bir qüvvə hesab edilir. Ankara milli maraqlarını qorumaq istədikcə hər kəs narahat olur. Suriyanın da, Kiprin də ətrafında olan budur. Türkiyə də bütün həmlələrə İHA və SİHA-ları Geçitkaleyə göndərərək cavab verib. Aralıq dənizində qərarlı olmaq, yeni nizamda da qərarlı olmaqdır. Türkiyə onların verəcəyi ilə yox, özünün alacağı şeylərlə maraqlanır.

Qeyd: Liviya məsələsində Türkiyənin həmləsi hər kəsi yenidən düşünməyə vadar edib. Türkiyə oradakı ağırlığını hiss etdirən kimi bütün nizam pozulub. Üstün gələn Ankara oldu. Ardınca da “türk əsgəri oraya gedə bilərmi?” məsələsi gündəm oldu. Yaşayaq görək. Amma günün sualı budur: Görəsən, Liviyada general Həftarı bitirmək istəyən kimdir?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar