Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə münaqişə zonası böyüyür: Türkiyə Şərqi Aralıq dənizində öz milli maraqlarını qoruya biləcək?

Politoloq: “Aralıq dənizində geosiyasi məqsədlər var və ABŞ və İsrail Türkiyəni oradan sıxışdırıb çıxarmaq istəyir”

“Türkiyə Şimali Kipr Respublikasını dövlət kimi tanıdığı üçün onların verdikləri lisensiya əsasında Aralıq dənizində fəaliyyət göstərir və orada istismar kəşfiyyat işləri aparır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son günlər Şərqi Aralıq dənizində durmadan artan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Şərqi Aralıq dənizində gərginlik durmadan artır. Bu bölgədə ABŞ, Yunanıstan və İsrail tərəfindən Türkiyəyə qarşı sanki bir ittifaq qurulmaqdadır. Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı isə Şərqi Aralıq dənizindəki maraqlarını müdafiə etməkdə davam edəcəklərini söyləyib.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan da Şərqi Aralıq dənizində baş verənlərə seyrçi qalmayacaqlarını və gərəkən bütün addımları atacaqlarını bildirib. Qeyd edək ki, ötən həftə Şərqi Aralıq dənizində qaz yataqlarının istismarı üçün beynəlxalq konsersium yaradılıb və bu konsersumda Türkiyə yer almayıb. Rusiyada konsersiumdan kənarda qalıb. Türkiyə isə öz növbəsində Şərqi Aralıq dənizində qaz yataqlarının istismarına yol verməyəcəyini açıqlayıb.

Şərqi Aralıq dənizində qaz yataqları üzərində ortaya çıxan bu gərginlik ümumilikdə Yaxın Şərqin yenidən formalaşdırılması layihələri çərçivəsində gedən prosseslərlə nə qədər təsir edə bilər və Türkiyə Şərqi Aralıq dənizində öz milli maraqlarını qoruya biləcəkmi? ABŞ və İsrailin Aralıq dənizində Türkiyəni təkləmək cəhdləri hansı geosiyasi hədəflərə bağlıdır və Türkiyənin son zamanlar strateji məsələlərdə Şərq blokunda yer alması doğru strategiyadır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Rusiya Şərqi Aralıq dənizində yunanları dəstəkləmədiyi üçün yunanlar məcbur qalıb ABŞ-a və İsrailə üz tutublar”.

Din həmrəyliyindən çıxış edib rusların həmişə Kipr məsələsində Yunanıstana və Yunan Kiprlərinə yardım etdiklərini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu gün rusların Türkiyəyə qarşı yunanlara açıq yardım etməsini gözləmir:

“Türkiyənin Yunanıstanla və Kiprin yunan icması ilə aralarında əsas narazılıq Şərqi Aralıq dənizində enerji resurslarıdır. Türkiyə bu barədə öz mövqelərindən geri çəkilmək fikrində deyil. Prezident Ərdoğan da bildirib ki, Türkiyə orada kəşfiyyat işləri aparan gəmiləri hərtərəfli dəstəkləyəcək və öz faəliyyətini davam etdirəcək.

Şimali Kipr Respublikası Türkiyə petrolları şirkətinə lisenziya veriblər. Bu lisenziya da beynəlxalq aləmdə narazılıq yaradır. Çünki Şimali Kipr Respublikası beynəlxalq aləmdə tanınmamış bir dövlətdir. Buna görə də onların Türkiyə petrolları şirkətlərinə verdikləri lisenziya qeyri-qanuni hesab olunur. Amma Türkiyə Şimali Kipr Respublikasını dövlət kimi tanıdığı üçün onların verdikləri lisensiya əsasında Aralıq dənizində fəaliyyət göstərir və orada istismar kəşfiyyat işləri aparır.

Şərqi Aralıq dənizində iqtisadi zona var və zonaya görə də problem yaranıb. Bu zona mübahisəli zona sayılır. Təbii ki, Türkiyə öz mövqeyini axıra qədər müdafiə edəcək. Türkiyə bu vaxta qədər Şimali Kipr Respublikasını dünyada müdafiə edib və bu müdafiəni davam etdirəcək. Bu Türkiyə üçün həm siyasi, həm də iqtisadi məsələdir. Çünki Türkiyə enerji resurslarından tamamilə asılı ölkədir. Aralıq dənizində neft və qaz yataqlarının olması Türkiyə üçün enerji mənbələri əldə etmək imkanı verir.

Nəzakət Məmmədova: “Yaxın Şərqdə Rusiya-Türkiyə maraqları uyğundur və bu iki ölkə ABŞ-İsrailə qarşı müttəfiqdilər. Buna görə də yəqin ki, Rusiya əvvəlki kimi Yunanıstanı və Kipr Yunanlarını dəstəkləməyəcək”.

Bildiyimiz kimi bu yaxınlarda Türkiyənin xarici işlər naziri xarici ölkələrin diplomatik missiyaları üçün konfrans keçirib. Bu konfransda beynəlxalq hüquq çərçivəsində Türkiyənin hüquqları xarici diplomatlara, jurnalistlərə izah olunub. Beynəlxaq hüquqda Türkiyənin mövqeyini müdafiə edən müdüalar var. Türkiyə həmin maddələrdən istifadə edib sona qədər mübarizəsinə davam edəcək.

Təbii ki, Aralıq dənizində geosiyasi məqsədlər var və ABŞ və İsrail Türkiyəni oradan sıxışdırıb çıxarmaq istəyir. Çünki İsrail də enerji resurslarına tələbatı olan bir ölkədir. Hələ orta əsrlərdən, yəni Osmanlı dövründən Türkiyənin Aralıq dənizinə çıxışı baş verib. O dövrdən də Türkiyə ilə Yunanıstan arasında qarşıdurma davam edir.

İnanmıram ki, ABŞ və İsrail Türkiyəni Aralıq dənizindən sıxışdırıb çıxara bilsin. Çünki burada Rusiya faktoru da var. Hər bir hadisənin tarixi kökü var. Yəni hələ Sovet dövründə Rusiya tərəfindən Türkiyəyə qarşı yunanlara çox kömək edilib. Bildiyimiz kimi yunanlar da, ruslar da provaslavdırlar. Din həmrəyliyindən çıxış edib ruslar həmişə Kipr məsələsində Yunanıstana və Yunan Kiprlərinə yardım ediblər. Amma bu gün inanmıram ki, hazırkı durumda ruslar Türkiyəyə qarşı yunanlara açıq yardım etsinlər. Çünki Suriyada, Yaxın Şərqdə Rusiya-Türkiyə marağı uyğundur və bu iki ölkə ABŞ-İsrailə qarşı müttəfiqdilər. Buna görə də yəqin ki, Rusiya əvvəlki kimi Yunanıstanı və Kipr Yunanlarını dəstəkləməyəcək.

Rusiya yunanları dəstəkləmədiyi üçün yunanlar məcbur qalıb ABŞ-a və İsrailə üz tutublar. Kipr yunanları və Yunanısatn ABŞ və İsraildən yardım istəyirlər və onlarla mütəffiq olublar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar