Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın perespektivdə Türkiyə və Azərbaycanın Ermənistanla iqtisadi əlaqələr qurması mümkündür? - Ekspertdən şərh

Düşmən ölkə ilə iqtisadi əməkdaşlıq daha çox hansı tərəfin maraqlarına xidmət edir?..

İqtisadçı-ekspert: “Əgər Ermənistan ayın 10-da imzalana üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyə yerinə yetirərsə və Rusiya hansısa siyasi manipulyasiyaya yol verməsə, nəzərdə tutulan növbəti mərhələ məhz iqtisadi əlaqələrin bərpa edilməsi olacaq”.

Ermənistanla həm siyasi, həm də iqtisadi əlaqələrin normallaşdırılması Türkiyənin strategiyasına da uyğundur. Çünki Ermənistan iqtisadiyyatı hansısa formada Türkiyədən asılı olsa və iqtisadi münasibətlər inkişaf etsə, bu Ermənistanın dünyada “soyqırım” alətindən yararlanmaq imkanlarını məhdudlaşdıracaq”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Türkiyə və Azərbaycanın Ermənistanla iqtisadi əlaqələr qurmasını mümkünlüyünü PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın yeni iqtisadiyyat naziri Vaan Kerobyan dünən bildirib ki, artıq qonşularla iqtisadi tərəfdaşlıq qurmaq zamanıdır. Təbii ki, Vaan Kerobyan qonşular deyərkən Türkiyə Azərbaycanı nəzərdə tutub.

Bəs yaxın perespektivdə Türkiyə və Azərbaycanın Ermənistanla iqtisadi əlaqələr qurmasını mümkün hesab etmək olar və belə bir əməkdaşlıq Qarabağ probleminin tam həllində hansı rol oynaya bilər? Həmçinin düşmən ölkə ilə iqtisadi əməkdaşlıq daha çox hansı tərəfin maraqlarına xidmət edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Qonşuluq münasibətlərinin yaranması Azərbaycanın da maraqlarına xidmət edir”.

Əslində Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərinin normallaşmasına daha çox ehtiyacı olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad olunması Türkiyə və Ermənistan arasında olacaq iqtisadi münasibətlərin inkişafına şərait yaradır:

“Yaxın perspektiv anlayışı bir az mübahisəli məsələdir. Amma əgər Əgər Ermənistan ayın 10-da imzalana üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyə yerinə yetirərsə və Rusiya hansısa siyasi manipulyasiyaya yol verməsə, nəzərdə tutulan növbəti mərhələ məhz iqtisadi əlaqələrin bərpa edilməsi olacaq. Növbəti 5 ildə isə bu istiqamətdə müəyyən nailiyyətlər əldə oluna bilər.

Türkiyənin Ermənistanla iqtisadi münasibətlərinin pozulmasının hər zaman əsas arqumenti Azərbaycanın işğal olunmuş ərazilərin boşaldılması məsələsi idi. Bildiyimiz kimi Türkiyədə müəyyən erməni icması var. Buna görə də Türkiyənin Ermənistanla həm iqtisadi, həm də iqtisadi əlaqələrin normallaşdırılması Türkiyənin strategiyasına da uyğundur. Çünki Ermənistan iqtisadiyyatı hansısa formada Türkiyədən asılı olsa və iqtisadi münasibətlər inkişaf etsə, bu Ermənistanın dünyada “soyqırım” alətindən yararlanmaq imkanlarını məhdudlaşdıracaq. Bu da Türkiyəni xeyli rahatladacaq.

Digər tərəfdən Azərbaycanın torpaqlarının işğaldan azad olunması Türkiyə və Ermənistan arasında olacaq iqtisadi münasibətlərin inkişafına şərait yaradır. Həmçinin Türkiyə də qeyd etdi ki, Qarabağda yaşayacaq ermənilər Azərbaycan vətəndaşıdır. Həmçinin həmin ermənilər erməni icmasının təmsilçiləridir. Bu da növbəti mərhələdə sülh yaratmaq və dayanıqlı sülhməramlı missiyalarının, eyni zamanda sosial-iqtisadi münasibətlərin müəyyən mərhələlərlə, yəni kiçik addımlarla da olsa, inkişafına gətirib çıxaracaq addımdır.

Rəşad Həsənov: “Ermənistanın növbəti mərhələdə daha konstruktiv qonşuluq münasibətlərini həyata keçirəcəyinə və regionda iqtisadi münasibətlərin inkişaf etməsinə şərait yaradacağına ümid edirəm”.

Əslində Ermənistanın da buna çox ehtiyacı var və ümid edirəm ki, Ermənistan artıq lazımsız, mənasız yalanlarından tamamilə əl çəkəcək. Eyni zamanda Ermənistanın növbəti mərhələdə daha konstruktiv qonşuluq münasibətlərini həyata keçirəcəyinə və regionda iqtisadi münasibətlərin inkişaf etməsinə şərait yaradacağına ümid edirəm. Düzdür söhbət Ermənistandan getdiyinə görə bu haqda tam proqnoz vermək çətindir. Amma əgər Ermənistanın ağlı varsa, indi yaranmış şərait tam real şərtlər altında qiymətlındirməlidirlər. Ermənistan inkişaf planını bu şərtlər altında qurmalıdır.

Qonşuluq münasibətlərinin yaranması Azərbaycanın da maraqlarına xidmət edir. Çünki Ermənistan 3 milyonluq və inkişaf etməmiş bir bazardır. Bu da Azərbaycan məhsullarının Ermənistan bazarında daha asan rəqabət aparması deməkdir. Həmçinin də Ermənistan coğrafi baxımdan Azərbaycana çox yaxındır. Eyni zamanda yaranmış iqtisadi münasibətlər Azərbaycan üçün də yeni imkanlar yarada bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar