Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz

DİN qaydalarla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qaydalarla bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, qaydalar aşağıdakı kimi təsbit olunub:

"Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər".(Milli.az)

pia.az


Etiket: DİN qeydiyyat

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cahangir Əsgərovun AZAL-ın gəlirlərindən formalaşan "biznes imperiyası" - Siyahı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

“Ehtiyatlı ol, Zakir Fərəcov, Adil Vəliyev səni öldürərlər” - Aslan İsmayılov

Toylara icazə verilməsi bu şərtlərlə mümkündür - Şərtlər

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

Lukaşenko Putin haqda elə şeylər danışdı ki… - Sensasion video

Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

loading...

Ən çox oxunanalar