Yardımlıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunda qeydə alınıb.
Yardımlı rayonunun Bozayran kənd sakini Əmrah Baxışzadənin idarə etdiyi “VAZ 21011” markalı minik maşını qəfildən idarəetməni itirərək dərəyə aşıb.
Sürücü və avtomobildə olan sərnişinlər - Vüqar Baxışov və Sirac Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır yaralanan V.Baxışov paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az