Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır

OQ-ın bugünki brifinqinə sözardı...

Bu gün Operativ Qərargahın brifinqdə bir sözçü deyir ki, metroda təkrarlanan hava mövcuddurhshdk... virus tez yayılır və s. Cənab dolayısıyla etiraf edir ki, karantin zamanı metro müasir standartlara cavab vermədiyi üçün bağlanıb.

Yeri gəlmişkən, elə yaxın vaxtlarda istifadə etdiyim İstanbul (Ankarada da vəziyyət belədir) metro xəttiylə bəzən iki saat fasiləsiz yol gedirdik, heç bir əziyyətsiz. Kondisioner nəzərdə tutulmuş funksiyasını yerinə yetirir (bizdə adı var, özü yox), hər dayanacaqda, vaqonda bir neçə gigiyenik vasitələr (bizdəki kimi boş yox ha) istifadəsi mədudlaşdırılmış oturacaqlar, maska zəruriyəti vəssalam. Rahat, sakit voqonlarda yorulmadan, saatlarla yol qət edə bilirsən. Bakıdakı vaqonların səsi insanın bütün enerjisini alır... Allah göstərməsin, işin gərəyi "20 Yanvar"dan "Həzi Aslanov"a gedəsi olsan, aldığın mənəvi və fiziki zərbələrdən uzun müddət özünə gələ bilmirsən!

Qısacası, pandemiya prosesinin Azərbaycanda uzun müddət davam etməsinin tək səbəbi müxtəlif sahələrdə yarıtmaz fəaliyyətlərin nəticəsi olaraq zaman-zaman qalaqlanmış problemlərdir. İstər tibbi cəhətdən, istər nəqliyyat, təhsil sistemi, istərsə də sosial maarifləndirilməzlik və s. sahə olsun, fəaliyyət çox qüsurludur. Bu problemlərin qısa bir zamanda həllinə, müsbət istiqamətdə inkişafına nail olmaq (hələ belə bir qlobal problem varkən...) mümkün deyil. Və təəssüf ki, belə acınacaqlı durumdan əziyyət çəkənlər də hər zaman olduğu kimi, yenə də kasıb təbəqənin nümayəndələridir. İşsizlik, sosial ehtiyacların zəruriliyi, sağlamlıq problemləri və s. bütün bunlar ailələrdə ciddi xəstəliklər yaradır və vəziyyət getdikcə dözülməz hal alır (faktlara istinadən).

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır. İşsizlərə, imkansızlara davamlı maddi (tibbi avadanlıq, qida ehtiyacları qarşılanmalı və s.) yardım verilməlidir (Sosial Müdafiə Fondunun püşk atma yoluyla deyil). Tarixə istinad, insanları yaşama(ma)qla sınamaq zamanla çox təhlükəli nəticələr verib...

Şəhla Aslan, yazar-jurnalist (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar