Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaqub Eyyubovun oğlu Britaniya vətəndaşlığı alıb

Azərbaycanda yüksək vəzifə sahiblərinin bir qisminin ailə üzvlərinin Avropa ölkələri və digər dövlətlərin vətəndaşlığı, yəni ikili vətəndaşlıqları var

Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyəti isə Azərbaycandan kənarda inestisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə ediblər.

Bu haqda məlumat yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Çexiyada şirkət açmaq üçün müvafiq orqanlara Türkiyə vətəndaşlığını təsdiq edən pasport təqdim etmişdi.

Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun da Böyük Britaniya vətəndaşlığı aldığı üzə çıxıb. Belə ki, onun qeydiyyatdan keçirdiyi şirkətinin sənədlərində İngiltərə vətəndaşı olduğu göstərilir.

5 il əvvəl “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliklərə görə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Amma bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

Qanunun bu müddəası əslində yüksək vəzifəli şəxslər və onların ailə üzvləri üçün nəzərdə tutulub. Bu hissə nəinki cinayət məsuliyyəti yaratmır, heç onların ikili vətəndaşlıq hüququnu da məhdudlaşdırmır. Yəni qanun biriləri üçün əl yeri qoyub.

Jurnalist yazır ki, bir çox ölkələr böyük həcmdə investisiya cəlb etməklə müvəqqəti yaşamaq hüququ verir. Məsələn, İngiltərədə müvvəqqəti yaşamaq icazəsi 1 milyon funtsterliq sərmayəyə başa gəlir. Bu ölkədə Azərbaycanın xeyli sayda məmurlarının ailə üzvləri bu imkandan yararlanıblar.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cüma Əhmədzadənin və onun həyat yoldaşının, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, həyat yoldaşı Liana Bağırovanın, bacısı Düriyyə Nuriyevanın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin və digər çoxsaylı məmurların ailə üzvülərinin hər birinin bu ölkəyə yatırım yolu ilə əldə etdikləri müvəqqəti yaşamaq hüququ ən azından 1 milyon funt sterlinqə başa gəlib.

pia.az


Etiket: Yaqub Eyyubov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar