Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyada koronavirusa yoluxmaların nəticələrinin uzunmüddətli araşdırılmasına başlanacaq

Yaponiya hökuməti koronavirusa yoluxmuş xəstələr sağaldıqdan sonra onların səhhətinin uzunmüddətli araşdırılmasına başlamağı planlaşdırır... 

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Kato Katsunobu məlumat verib.

Nazir bildirib ki, Yaponiyada və xaricdə qeydə alınan xəstələr sağalaraq xəstəxananı tərk etdikdən sonra onlarda yüksək temperatur, yorğunluq və tənəffüs problemləri müşahidə olunur. Nəfəsalmada və hərəkətlə bağlı yaranan problemlər həmin insanlara normal yaşamağa imkan vermir. Buna görə də hökumət strukturları gələn aydan başlayaraq, belə xəstələrdə koronavirusa yoluxmanın nəticələrinin uzunmüddətli araşdırılmasına başlayacaq.

Araşdırmaya koronavirusa yoluxmuş, lakin müalicədən sonra bu virusa mənfi reaksiya vermiş təqribən 2 min nəfərin cəlb olunacağı bildirilir. Xüsusən ağır simptomlarla əlaqədar oksigen terapiyası keçən yaşı 20 və daha yuxarı olan insanlarda virusun tənəffüs orqanlarına təsiri öyrəniləcək.

Nazirlik, həmçinin xəstəliyin yüngül keçdiyi və müalicədən sonra ağırlaşmaların müşahidə olunmadığı insanlarla bağlı araşdırmalar aparılmasını planlaşdırır.

Qeyd edək ki, son günlər Yaponiyada koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Belə ki, iyulun 11-nə olan məlumata görə, sutka ərzində koronavirusa 413 nəfərin yoluxduğu qeydə alınıb. Bu, aprelin 24-dən bəri ən yüksək göstəricidir. Ümumiyyətlə, indiyədək Yaponiyada 21 min 893 nəfərin həmin virusa yoluxduğu və onlardan 995 nəfərin həyatını itirdiyi bildirilir.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar