Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

YAP Qərb bölgəsini kimlərə güzəştə gedib? – Foto

4 dairədə əsas rəqiblər...

Mərkəzi Seçki Komissiyasının (MSK) informasiya bazasında Gədəbəy, Tovuz, AğstafaQazax rayonlarında təşkil olunan 4 Seçki Dairəsindəki məlumatları təhlil edib, real durumu müəyyənləşdirməyə çalışdıq.

Məlum oldu ki, Qərb regionunun əsas hissəsini təşkil edən bu dairələrin yalnız birində hakim Yeni Azərbaycan Partiyasının (YAP) real namizədi var.

104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsi

Bu Seçi Dairəsi üzrə 19 nəfər namizəd olmaq üçün Dairə Seçki Komissiyasına müraciət edib. Onların hamısı imza vərəqələri götürsə də, 7 nəfər sonradan geri çəkilib. Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən rəsmi namizədi məktəb direktoru Elnarə Məhərrəmovadır. Ötən iki seçkidə hakim partiyanı bu dairədən Tibb Universitetinin prorektoru, "91-lər" hərəkatının üzvü Rafiq Məmmədhəsənov təmsil edib. 78 yaşlı deputat yenidən namizəd olmaq niyyətini açıqlasa da, YAP onu deputat korpusunda görmək istəməyib.

Namizədlər arasında iqtisadçı alim, iş adamı Nazim Bəydəmirli, "Trend" Agentliyinin direktor müavini, politoloq Arzu Nağıyevin adları diqqət çəkir. Nazim Bəydəmirli 2005-2010-cu illərdə bu dairədən millət vəkili seçilib. Ötən seçkilərə qatılsa da, sonrdan YAP-ın namizədinin xeyrinə geri çəkilib. Qalan namizədlər özləri haqqında yazdıqları məlumatlarda "müəllim", "mühəndis", bank işçisi" və s. olduqlarını qeyd ediblər.

105 saylı Tovuz Seçki Dairəsi

"Qənirə Paşayevanın dairəsi" kimi tanınan bu Seçki Dairəsindən 9 nəfər sənədlərini təqdim etsə də, sonradan bir nəfər namizəd olmaqdan imtina edib. Qalan 8 iddiaçının deputatlığa namizədliyi qeydə alınıb.

YAP-ın rəsmi namizədi Məhəbbət Hüseynova Tovuz Rayon Təhsil Şöbəsində məsləhətçidir.

Bu dairədən Qənirə Paşayevanın millət vəkili seçiləcəyi şübhə doğurmur. Seçicilər arasında böyük nüfuzu olan deputatın namizədliyi hakimiyyət və yerli əhali tərəfindən dəstəklənir.

106 Saylı Qazax-Ağstafa Seçki Dairəsi

Bu dairədən 19 nəfər iddiaçı sənədlərini DSK-ya təqdim edib, onlardan 4 nəfər namizəd olmaqdan imtina edib, 12 iddiaçı isə qeydə alınıb. İmtina edənlərdən biri VHP-nin Tovuz rayon təşkilatının sədridir. YAP-ın namizədi isə Tovuz Rayon Statistika İdarəsinin müdiri Niyazi Tağıyevdir. Ötən parlament seçkilərində bu dairədən AMEA Ədəbiyyat İnstitununun elmi işçisi Ülviyyə Ağayeva deputat seçilib. O, yenidən namizədliyini irəli sürüb.

Bundan başqa "Turanbak" ASC-nin kreditoru Rövşən Abdullayev, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva, Bakı Dövlət Universitetinin dosenti Turqay Hüseynov, Bakı Avrasiya Universitetinin dekanı, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin adları MSK-nın bazasında yerləşdirilən namizədlər sırasındadır.

YAP-ın bu dairədən "vazkeçilməz" namizəd irəli sürməməsi mübarizənin hazırki deputatla adları qeyd olunan şəxslər arasında gedəcəyini proqnozlaşdırmağa imkan verir.

107 Saylı Qazax Seçki Dairəsi

Qərb bölgəsində ən çox namizəd bu dairədən irəli sürülüb - 29 nəfər. Amma 15 yanvara olan məlumata görə, artıq 11 nəfəri iddiasından geri çəkilib. Onlardan ikisi AVP və VHP nümayəndələridir. Yeni Azərbaycan Partiyası bu dairəyə "ağır toplarından" biri olan Azərbaycanın Avropa Şurasındakı Nümayəndə Heyətinin rəhbəri Səməd Seyidovu göndərib. Qeyd edək ki, S.Seyiov ötən seçkilərdə 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən millət vəkili seçilib. O, bu dəfə doğulduğu Qazax rayonunu üstün tutub.

Bu dairənin hazırki deputatı Azərbaycan Sənaye Korporasiyası İdarə Heyətinin sədri Kamran Nəbizadədir. O, bu dəfə namizəd olmaqdan imtina edərək Səməd Seyidovu dəstəklədiyini bəyan edib.

S.Seyidovun rəqibləri arasında "Qərb-Resurs" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İB-nin sədri Ramil Göyüşovun adı diqqəti çəkir. O, bölgədə tanınmış ictimai fəaldır, yerli problemlərin həll olunması üçün vaxtaşırı təşəbbüslərlə çıxış edir, hüququ pozulan vətəndaşların hüquqularını müdafiə edir. Bu səbədən seçicilər arasında R.Göyüşova rəğbət böyükdür.

Qalan namizədlər başqa dairələrdə olduğu kimi, müəllim, həkim, fəhlə, tələbə, işsiz və s. kateqoriyaları təmsil edir. (AzPolitika.info)

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar