Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək

Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək...

PİA.az xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat dərc edilib.

Saytda bildirilir ki, Yevlax rayonu Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ Müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlu 13.09.2013-cü il tarixində Yevlax şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş edib.

“Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.

Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilmişdir.

Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumu nəzərə alınaraq ona fərdi evin tikilməsini Yeni Azərbaycan Partiyası öz üzərinə götürmüşdür. Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılmışdır”, - deyə “yap.org.az” saytında bildirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar