Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“YAP-ın rəhbərliyində özlərinə yuva qurmuş əqidəsiz adamlar ifşa ediləcək" - Keçmiş icra başçısı

Komsomoldan və başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır...

“Mənim 33-illik siyasi təcrübəm və müşahidələrim onu deməyə əsas verir ki, ölkəmizdə xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərdən, komsomoldan və başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır”.

Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib.

Onun fikrincə, hər bir məmurun tərcümeyi-halı və keçmişi araşdırılmalıdır.

“1987-1993-cü illərdə bizlər Heydər Əliyevin müdafiəsinə qalxanda bu insanlar başqa respublikalarda və başqa qurumlarda qaçıb gizlənmişdilər. Bu tip adamlar fürsətdən istifadə edərək, hakimiyyətdə təmsil olunan bəzi vəzifə sahiblərinin köməkliyi ilə hakimiyyətin yuxarı eşalonunda özlərinə yer eləmiş, yaxın qohumlarını müxtəlif sahələrdə vəzifələrə yerləşdirmiş və deputat seçdirmişlər və məqsədli şəkildə Heydər Əliyevçilərə, YAP -nı yaradanlarına qarşı gizli mübarizə apararaq öz arzu və istəklərinə çatmışlar”, - deyə Musa Musayev vurğulayıb.

Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində Heydər Əliyevi müdafə edənlər, 1992-ci ilin aprelində yaş senzi ilə bağlı mitinqlərin təşkilatçıları, “91-lər”, YAP-ın qurucuları, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində fəal iştirak edənlər tədricən vəzifədən uzaqlaşdırılıb:

“Ulu Öndərə, cənab Prezidentimiz İlham Heydər oğlu Əliyəvə sadiq və sədaqətli insanlar barədə yanlış, qərəzli məlumatlar verilərək onun komandasından, YAP-nın Siyasi Şurasından və rəhbər strukrturlardan uzaqlaşdırılmışlar. Nəticə isə göz qabağındadır! Mən inanıram və inanmaq istərdim ki, yaxın zamanda bəzi məsələlərə aydınlıq gətiriləcək, qərəzli və satqın bəzi vəzifəli şəxslərin, o cümlədən YAP-nın rəhbər struklarında özlərinə yuva qurmuş əqidəsiz və mövqəsiz adamlar ifşa edilərək öz layiqli cəzalarını alacaqlar!

İslahatlar dalğası Prezidənt Adminstrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır! Hər bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azərbaycan xalqı tələb edir. Azərbaycan xalqının 90 faizi cənab Prezidəntin arxasındadır, əgər lazım gələrsə, onun və dövlətimizin müstəqilliyi yolunda şəhid olmağa hazırıq!”.(Yenisabah.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Musa Musayev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İki ay ərzində küçəyə çıxma qadağası təklif edildi - Rəsmi

Deputat: "Həftəsonu çölə çıxma qadağasının tətbiqi nəticə verəcək"

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Ali Məclisin sədrinin oğlu daha iki şirkət təsis etdi

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovu kimlər qoruyur?

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

loading...

Ən çox oxunanalar