Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

“Son 12 ildə ABŞ-da, Avropa Birliyi dövlətlərində, post-sovet ölkələrində keçirilmiş onlarla beynəlxalq tədbirlərdə, konfrans və dinləmələrdə iştirak etmişəm. Demək olar ki, hər bir tədbirdə Qarabağ, Cənubi Qafqazın gələcəyi, post-sovet ölkələri ərazisində münaqişələr müzakirə olunurdu. Hər dəfə işğalçı Ermənistandan gələn rəsmi şəxslər də, sivil toplum nümayəndələri və jurnalistlər, analitiklər də həmin “sülh göyərçininə” dönürdülər, bölgəmizdə sülhdən, əməkdaşlıqdan danışırdılar, işğal məsələsini artıq geridönməz fakt kimi qəbul edilməsini, bununla hamının barışaraq sülh şəraitində yaşamağı təklif edirdilər. Qarabağın nə keçmişini, nə bu gününü anlamayan, xəritədə belə yerini tanımayan amerikalı, avropalı siyasi xadimlər, deputatlar həmin ermənilərə empati ilə baxırdılar – görürsüz, adamlar sülh istəyir, əminamanlıq diləyir, əməkdaşlıqdan danışır. Biz isə, təbii olaraq işğaldan, dağıdılan torpaqlarımızdan, əks-həmlənin, müharibənin bu gedişlə qaçılmaz olduğundan bacardıqca mədəni-diplomatik dildə danışmağa çalışırdıq, amma kənardan “militarist” kimi görünürdük, ermənilərin “sülh” istəməsi onları üstün duruma salırdı. Ermənistan nümayəndələri bilərəkdən bu taktikanı seçmişdilər, özlərini qalib sayır, torpaqlarımızın daim onlarda qalacağını düşünür, işğalı sülh ilə pərdələməyə çalışırdılar. İndi zaman və dövran dəyişdi, Əsgər və Ordumuzun fədakarlığı, diplomatiyamızın doğru həmlələri, xalqın birlik göstərməsi 44 günlük müharibənin Qələbə ilə başa çatmasına səbəb oldu, doğrudur, bu hələ tam zəfər deyil, amma artıq böyük qələbədir, hərbi, diplomatik, hətta psixoloji üstünlük artıq bizim – Azərbaycanın tərəfindədir. Ona görə də indi məhz biz sülhün carçısına, inteqrasiynın tərəfdarına, əməkdaşlığın simvoluna çevrilməliyik”.

PİAravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bütün beynəlxalq tədbir və görüşlərdə əvvəldən axıra kimi sülhü təbliğ edib, əməkdaşlıq haqqında car çəkilməlidir: “İndi Ermənistan məğlub durumdadır, indi onlar “revanşist” moda keçib sivil dünyanın qəbul etmədiyi “militarist” ritorikanın girovuna çevriləcəklər. Prezident İlham Əliyev bir neçə dəfə elan etdi ki, artıq ərazi bütövlüyümüz bərpa edilib, müharibə tam qələbə ilə başa çatıb. Əla, bəzi müxalif kəsim və sivil toplum nümayəndələrinin buna etiraz etməsini anlamıram (halbuki, problemlərin olduğunu görürəm, bilirəm, yazmışam və danışmışam). Məncə, elə bu fikri dəstəkləmək lazımdır, YAP hakimiyyəti 27 ildir demirdimi ki, bizim Qarabağ kimi problemimiz var, bəzi daxili islahatları ona görə apara, ona görə pozitiv addımlar ata bilmirik (hərçənd, bu bəhanə idi) – deyirdi, israrla deyirdi. Xub, indi problem bitdi, doğrudan da böyük ölçüdə problem həll olunub, deməli, artıq daxili xroniki problem və xəstəliklərin həllinin zamanı yetişdi. Əgər biz hər addımda, “yox e, problem həll olunmayıb”, desək, hakimiyyət yenidən Qarabağ məsələsi ilə pərdələnərək sistem problemlərinin həllini gecikdirəcək. Ona görə də daxildə də həm hakimiyyət, həm müxalifət, həm də sivil toplum davranış qaydasını yeni Qələbə reallığına uyğunlaşdırmalıdır. Sistem problemləri çözülməlidir. Məncə, indi hakimiyyət daha rahat davranacaq, daha dərin problemlərin həllinə start verəcək. Bu işdə hamımız əlimizi daşın altına qoymağı bacarmalı, yeni Qalib Davranış Qaydalarına uyğun yaşamağı öyrənməliyik...”

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”  

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu – Həyati təhlükəsi var

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

Vilayət Eyvazov Xalq artistinin polkovnik ərini işdən çıxardı 

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib - Video

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Xanlar Vəliyevin “dəyişməz hədəf”i: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir?

Tehran Mənsimov Şuşa əməliyyatından danışdı

Ən çox oxunanalar