Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı biznesmenin “ATEF Şirkətlər Qrupu” məhkəməyə verildi - Dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcu var

İş adamı Talıb Əlixanbəyova məxsus “ATEF Şirkətlər Qrupu” məhkəməyə verilib.

“Kriminalqafqaz”ın verdiyi məlumata görə, iş üzrə iddiaçı “Fortuna.F.M” şirkətidir.

Bakı Kommersiya Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılan məhkəmə prosesi davam etməkdədir.

İddiaya görə, şirkət müqavilə üzrə qarşı tərəfə verdiyi malların ödənişlərini ala bilməyib.

“ATEF Şirkətlər Qrupu” transformator istehsalı ilə tanınır.

Şirkətin nizamnamə kapitalı 34 milyon manata yaxındır.

Qanuni təmsilçisi isə tanınmış iş adamı Talıb Əlixanbəyovun oğlu Emil Əlixanbəyovdur.

Şirkətin Müşahidə Şurasının sədri də elə T.Əlixanbəyov özüdür.

T.Əlixanbəyov həm də Yeni Azərbaycan Partiyasının Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür.

Bu günə olan rəsmi məlumata görə, “ATEF Şirkətlər Qrupu”nun dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcu var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar