Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanıq xəsarəti zamanı kartof, krem qəti olmaz – Həkim

Xəzər rayonunda ikisi uşaq olmaqla, üç nəfər qaynar suyun dağılması səbəbindən yanıq xəsarətləri alıb...

32 yaşlı ana 3 və 5 yaşlarında olan uşaqları ilə birgə aşağı ətrafların ikinci və üçüncü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşlı uşaqların olduğu evlərdə əksər hallarda yaşanan belə hadisələrə qarşı valideynlərin bir çoxu ilkin tibbi yardım kimi nə etməli olduğunu bilmir. Bu da yanıq dərəcəsənin və ağrının daha da ağırlaşmasına səbəb olur.

Bəs bu kimi hallar qarşısında ilkin olaraq hansı addım atılmalıdır?

PİA.az axar.az-a istinadən bildirir ki, yanıq zamanı hər kəs ilk olaraq soyuducuda olan müxtəlif kremləri, kartofu, diş pastasını yara nahiyəsinə çəkir:

"Bu isə qətiyyən doğru deyil. Belə halda həkim ilkin baxışda yanığın dərəcəsini təyin edə bilməyəcək. Həkim gələnədək uşağın əynindəki paltarların bədənə yapışmayan hissələrini kəsib çıxarmaq lazımdır. Yapışan hissələrə isə əl vurmaq olmaz. Yanıq sahəsini soyuq suyun altında tutmaq lazımdır. Bu zaman həm ağrı azalacaq, həm yanıq dərinləşməyəcək. "Pantenol" adlı sprey var, hər evdə olsa yaxşıdır. Yanıq xəsarəti zamanı ilkin yardım üçün əla vasitədir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar